Rusiya Ermənistana silah tədarükünə başladı

Rusiya Ermənistana silah tədarükünə başladı"Sərəncamımızda çox keyfiyyətli silahlar var".

Rusiya tərəfindən Ermənistana kredit razılaşması üzrə silah tədarükü prosesi artıq başlayıb.

Sonxeber.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib.

Ermənistan hökuməti aprelin 15-də Rusiya hökuməti ilə Yerevana 200 milyon dollar dövlət ixrac krediti əsasında hərbi təyinatlı məhsulların tədarükünə dair qərar layihəsini təsdiqləyib.

Ölkələr arasında kreditin verilməsinə dair müqavilə 2015-ci ildə bağlanıb. Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, silah tədarükünə dair "sazişlərin imzalanması üzrə iş aparılır".

"Ermənistana 200 milyon dollar həcmində kredit razılaşması üzrə silah tədarükü prosesi çoxdan gedir, amma deyə bilmərəm ki, konkret tədarük gedir", - Ovannisyan jurnalistlərə bildirib.

Silahın tədarük müddətinə və Rusiya krediti çərçivəsində erməni ordusunun tam silahlanmasına gəldikdə isə o qeyd edib ki, dövlət maraqlarından kənara çıxaraq məlumat verə bilməz.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil.

"Kredit barədə söhbət getməyəndə də biz planlı şəkildə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq. Biz dəfələrlə demişik ki, sərəncamımızda çox keyfiyyətli silahlar var, onların olması çox vacibdir, başqaları bu silahları yalnız arzulaya bilər", - Ovannisyan deyib.

A.Ovannisyanın sözlərinə görə, Rusiya ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.

Daha öncə Ermənistanın Rusiyadan "Smerç" reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, "İqla-S" zenit raket komlekslərini, "Avtobaza-M" yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan "TOS-1A" sistemlərini, idarəedilən "9M113M" raketlərini, "RPQ-26" qumbaraatanlarını, "Draqunov" snayper tüfənglərini, zirehli "Tiqr" avtomobillərini, mühəndis və rabitə vasitələrini almaq istəyir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 4700   Tarix: 04 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan MN ermənilərin iddialarını təkzib etdi

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən sərhədyanı ərazilərdəki otlaq sahələrinin qəsdən yandırılması barədə yayılan məlumatlar bu ölkənin rəsmilərinin növbəti yalanıdır və böhtan xarakteri daşıyır". Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. "Bi

5 sentyabr 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Şuşa ətrafındakı bölmələrimizə qarşı təxribat törədildi

Avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Belə ki, axşa

15 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - FOTO + VİDEO

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydaların

1 avqust 2021
.

Prezident sabiq nazirin oğlunu da təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 İyun Silahlı Qüvvələr günü ilə əlaqədar torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mi

26 iyun 2021