Sürücülərin nəzərinə
Azərbaycanda sürücülük vəsiqələri beynəlxalq standartlara uyğun dəyişdiriləcək.
Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Admiral.az-a verdiyi məlumata görə, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin sahibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir.
Qurum rəsmisi deyir ki, vaxtı bitməyən vəsiqələr də işləyir. Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur: "Vəsiqələrin hər birində etibarlılıq müddəti var. Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı qüvvədədir".
Qurum rəsmisi deyir ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün 18 manat dövlət rüsumu vermək lazımdır: "Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı da, 18 manat ödənilməlidir".
Qeyd edək ki, sürücülük vəsiqələri ilə bağlı başqa bir yenilik də var. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu təmin edib.
Nazirlikdən verilən məlumata görə, Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar xidmət qurupu yaradılıb.
Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 2097 Tarix: 04 may 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı
Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku
19 aprelAzərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin
19 aprelYağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
19 aprelBakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO
Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib
19 aprel"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi
Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl
19 aprelParlament seçkiləri nə vaxt keçiriləcək?
"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna
19 aprelAzərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq
Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl
19 aprel