Böyük çiyələklər almayın -DİQQET

Böyük çiyələklər almayın -DİQQETMeyvə-tərəvəz mövsümü yaxınlaşanda çoxumuzun bu məhsulların təbii yolla yetişməsini gözləməyə səbri çatmır, istixanalarda yetişən məhsullardan alıb nübar eləməyə tələsirik. Çox zaman isə bu məhsulların orqanizmimizə verəcəyi fəsadları qulaq ardına vurub görməzdən gəlirik.

Halbuki vaxtından əvvəl yetişdirilən məhsullar insan orqanizminə mənfi təsir edir. Çünki həmin məhsulların yetişdirilməsi zamanı kimyəvi maddələrdən istifadə edilir.

Bəs giləmeyvələri alarkən nələrə diqqət etməliyik?

Kimyəvi tərkibli məhsullar qaraciyər və beyin toxumalarını dağıdır

"Mövsümdən əvvəl yetişdirilən meyvə və tərəvəzlərin tərkibində istifadə edilən kimyəvi maddənin miqdarının çoxluğu insanlarda zəhərlənməyə səbəb ola bilər".

Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İ. Abdullayev bildirib ki, əslində indi yeyilməsi təhlükəli sayılan çiyələk, pomidor, xiyar kimi məhsulları ilin bütün fəsillərində istixanalarda yetişdirmək mümkündür: "Məsələn, elə indi bazarlarda qarpız da satılır. Ancaq o qarpız yerli deyil, xaricdən gətirilmiş məhsuldur".

İ. Abdullayev qeyd edib ki, məhsulun yetişdirilməsində istifadə edilən kimyəvi maddələr müəyyən norma daxilində istifadə edilməlidir: "Bütün məhsulların yetişdirilməsində kimyəvi maddələr istifadə edilir, ancaq orqanik yetişdirilən məhsullar da var. Bu məhsullar üçün peyin çürüntüsü istifadə edilir. Məhsul dərilməmişdən əvvəl fitosanitar normalara cavab verir-verməməsinə dair razılıq alınmalıdır. Əks halda, həmin məhsul insan orqanizmində zəhərlənməyə səbəb ola bilər. Zəhərlənmə də qaraciyərə, beyin toxumalarına, daxili orqanlara dağıdıcı təsir göstərə, həyati təhlükə yarada bilər".

Azərbaycanda çiyələyin yetişdirilməsi zamanı heç bir hormonal preparatlardan istifadə olunmur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor müavini Rəşad Vahabzadə açıqlamasında deyib ki, topdansatış və pərakəndə ticarət mərkəzlərində yerli kənd təsərrüfatı məhsulları üzərində mütəmadi yoxlama aparılır və məhsuldan nümunələr götürülərək, laboratoriyalara təqdim edilir. Laborator yoxlamalar zamanı məhsulun tərkibində pestisidlərin, nitrat və nitritlərin qalıqlarına rast gəlinməyib.

R. Vahabzadənin sözlərinə görə, Azərbaycanda çiyələk və digər kənd təsərrüfatı məhsullarının istixana şəraitində yetişdirilməsi zamanı heç bir hormonal preparatlardan istifadə olunmur: "Yalnız çiçəklənmədən əvvəl bitkilərin xəstəlik və zərərli orqanizmlərdən qorunması məqsədilə, yığıma 7-10 gün qalmış zəif toksid qrupa aid olan və sürətli parçalanmaya məruz qalan pestisidlərdən istifadə olunur. Bu da nəticə etibarı ilə məhsulda toksid qalığının olmamasına səbəb olur".

DFNX rəsmisi qeyd edib ki, hazırda respublika ərazisində istixana şəraitində yetişdirilən 241 hektar çiyələk sahəsi mövcuddur. Bu günə qədər istixana şəraitində yetişdirilən məhsulun tərkibi və keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə heç bir müraciət daxil olmayıb: " İstər istixana, istərsə də açıq tarla şəraitində bütün meyvə və tərəvəzlər öz vegitasiya dövrünə uyğun olaraq yetişir. Kimyəvi dərmanlardan isə zərərli orqanizmlərin məhsula verəcəyi itkinin qarşısının alınması məqsədilə istifadə olunur və bu prosesə Dövlət Xidməti tərəfindən nəzarət olunur. Əgər dərmanlanma qaydalarına düzgün əməl olunarsa, o zaman ciddi problem baş verməz".

R.Vahabzadə son olaraq əhalinin nəzərinə çatdırır ki, tez xarab olan meyvələri alarkən istehlakçı malın qablaşmasına, sanitar vəziyyətinə və məhsulun vizual görünüşünə diqqət yetirməlidir: " Bu saat bazarlarda böyük ölçülü, daş kimi çiyələklər satılır. İnsan kənardan ona baxanda başa düşməlidir ki, bu, süni üsulla, kimyəvi maddələrlə yetişdirilmiş meyvədir. Normal, təbii şəraitdə yetişdirilmiş çiyələk heç vaxt böyük ölçüdə olmur, adətən xırda və ya orta ölçüdə olur. Belə çiyələklərin ətri də, dadı da spesifikdir. Çiyələk çox şirin giləmeyvə deyil. Dadında bir qədər kəmşirinlik, hətta turşluq da var. May ayı çiyələyin tam yetişməsi üçün yetərli zaman deyil. Torpaq qızmalı, havanın temperaturu müəyyən istilik həddinə çatmalıdır ki, giləmeyvələr də yetişsin".

Böyük çiyələkləri niyə almaq olmaz?

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, istixanalarda düzgün yetişdirilməyən məhsullar təhlükə mənbəyidir.

Bu məhsullardakı təhlükə isə yetişdirilmə prosesində nitrit, nitrat kimi gübrə maddələrindən artıq istifadə ilə bağlıdır. Məhsulların yetişdirilməsində gübrə maddələrinin çox istifadəsi zəhərlənməyə gətirib çıxarır".

A.Maqsudov hər məhsulun öz mövsümündə yeyilməsini daha doğru hesab edir: "İndi də satışda olan çiyələyi alanda çox iri çiyələkləri almaq olmaz. Xırda çiyələklər almaq olar, çünki onlar sadaladığımız kimyəvi maddələri canına çox yeritmir. Böyük ölçüdə olan çiyələyin tərkibində isə bu kimyəvi maddələr daha çox yığılır. Yaxşı olardı ki, insanlar mövsümə xarakterik məhsulları qəbul etsinlər".

Şöbə müdiri zəhərlənmə zamanı ürəkbulanma, qusma, ishal, bədənin hərarətinin qalxması kimi şikayətlərin olduğunu deyib: "Zəhərlənmə zamanı ilkin olaraq mədəni təmizləmək üçün 1 litr suya 1 çay qaşığı soda töküb içmək olar. Bir neçə gün isə pəhriz saxlamaq lazımdır. Əksər vətəndaşlar zəhərlənmə zamanı qatıq içirlər. Halbuki bunun qida zəhərlənməsi və digər zəhərlənmələrdə effekti yoxdur. Bu üsul praktikada illərdir məsləhət görülmür".

Əslində isə mövsümün ən ləziz giləmeyvəsi çiyələyin faydaları çoxdur. Çiyələyin tərkibində bol dəmir, fosfor mineralları, C, B və K vitaminləri var.

Xolesterolu aşağı salır, damar tıxanmasının qarşısını alır, bədənə qüvvət verir. Yaxşı antioksidan sayılan çiyələk immuniteti gücləndirir. Bağırsaq qurdlarını tökür, sidikqovucudur. Qanı təmizləyir. Diş ətlərini gücləndirir, ağız qoxusunu yox edir. Sakitləşdirici təsiri ilə təzyiqi aşağı salır, stressi də azaldır. Qızdırmanı aşağı salır. Revmatizm, qaraciyər problemlərinə faydalıdır. Dərini nəmləndirir. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3315   Tarix: 18 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

Avropa təşvişdə: tutuquşu qızdırmasından ölümlər artır

Beş Avropa ölkəsində insanlar arasında tutuquşu qızdırmasına (psittakoz) yoluxma halları sürətlə artır. -a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliklə bağlı təcili xəbərdarlıq edib. "Chlamydophila Psittaci" bakteriyasının törətdiyi virusa görə çoxsaylı ölüm xəbərlər

10 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Plastik butulkalardan istifadənin TƏHLÜKƏLƏRİ: Uşaqlarda hormonal...

Plastik butulkalar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib, lakin onların törədə biləcəyi potensial risklər barədə düşünənlər azdır. -a istinadən bildirir ki, Bisfenol A (BPA) plastik butulkaların istifadəsi ilə bağlı əsas narahatlıqlardan biridir. Bu kimyəvi komponent, xüsusən də, düzgün saxlanmadıqd

3 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart
.

Hər gün bir banan yesək, orqanizm necə reaksiya verəcək?

İndiki vaxtda sağlam qidalanma və düzgün qida seçimi hər zamankından daha vacibdir. Bu nöqtədə bəzi sirli və təsirli qidalar var ki, onların möcüzəvi təsiri göz ardı edilə bilməz. xəbər verir ki, meyvənin tərkibindəki vitaminlər, minerallar və antioksidantlar orqanizmi qidalandırır, immunitet sistemin

7 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart
.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel