Prezidentin İstanbuldakı 3 mesajı

Prezidentin İstanbuldakı 3 mesajıAzərbaycan prezidenti İlham Əliyev 2016-cı il başlayandan faktiki hər ay bu və ya digər səbəblə Türkiyədə səfərdə olub. Türkiyə və Azərbaycan prezidentlərinin dostluğu getdikcə güclənir. Təsadüfi deyil ki, mayın 23-də İstanbulda keçirilən Dünya Humanitar Sammitinə qatılan onlarla lider şəkil çəkdirərkən Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın bir tərəfindən BMT baş katibi Pan Gi Mun, digər tərəfində İlham Əliyev dayanmışdı. Bu Ərdoğanın Əliyevlə və Azərbaycanla münasibətlərə verdiyi önəmdən irəli gəlir.

Bu barədə politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərəkən deyib.

Qeydlərdə daha sonra bildirilir: "İlham Əliyev sammit çərçivəsində ikitərəfli görüşlər də keçirdi. Əliyevin Ərdoğanla görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ oldu. Böyük ehtimalla bu müzakirəyə daha çox Ərdoğanın ehtiyacı olub. Çünki Ərdoğan ABŞ, Fransa və Rusiyanın xarici işlər nazirlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirdikləri görüşün detalları haqqında məlumat almaq istəyə bilərdi.

İlham Əliyev İstanbulda Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşdü. Azərbaycan və Ukrayna prezidentləri müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bir neçə dəfə görüşüblər. Budəfəki görüşün əsas məqsədi Ukrayna prezidentinin Azərbaycana səfərini müzakirə etmək idi. Böyük ehtimalla Poroşenko 2016-cı ilin sonuna qədər Azərbaycana rəsmi səfər edəcək.

Maraqlıdır ki, Azərbaycanın rəsmi media orqanları Azərbaycan prezidentinin Türkiyə prezidenti ilə görüşünə geniş yer ayırarkən, Ukrayna prezidenti ilə görüşü sanki görməzlikdən gəldilər. Görünür, bu rəsmi Bakının hələ də Azərbaycan-Ukrayna münasibətlərində Rusiya amilinə diqqət yetirilməsi ilə əlaqədardır. Ancaq əgər rəsmi Bakı müstəqil xarici siyasət yürütdüyünü elan edirsə, ikitərəfli münasibətlərdə üçüncü tərəfin mövqeyini əsas götürməməlidir".

"Atlas" vurğulayıb ki, İlham Əliyevin Dünya Humanitar Sammitindəki çıxışını 3 hissəyə bölmək olar: "İlham Əliyev çıxışının birinci hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr etdi. Azərbaycan prezidenti tədbirdə BMT baş katibinin iştirakından istifadə edərək (Bakıdakı Qlobal Foruma gəlməkdən son anda vaz keçmişdi) öz iradını çatdırdı. İrad bundan ibarət idi ki, BMT-nin bəzi hallarda qətnamələri bir neçə həftəyə icra edilir, ancaq Azərbaycanın işğal altındakı torpaqlarıyla bağlı 4 qətnaməsi 22 ildir yerinə yetirilmir.

İlham Əliyev çıxışının ikinci hissəsində diqqəti Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasına yönəltdi. Ümumiyyətlə son həftələr rəsmi Bakı bu mövzunu beynəlxalq aləmdə aktuallaşdırmağa çalışır. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, avadanlıqları köhnəlmiş "Metsamor" atom elektrik stansiyası bölgə üçün təhlükə mənbəyidir və ikinci Çernobıl hadisəsinin təkrarlanması ehtimalı az deyil. İkinci səbəb isə odur ki, Ermənistan hakimiyyəti atom elektrik stansiyasının tullantılarından "çirkli bomba" hazırlaya bilər və bu haqda siqnalların sayı getdikcə çoxalır.

İlham Əliyevin çıxışının üçüncü hissəsi Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlı qaçqınlarla bağlı idi. Yəni dövlət başçısı dünyaya bu mesajı verdi ki, beynəlxalq aləm işğal nəticəsində azərbaycanlı qaçqınların varlığını da unutmamalıdır".

Mərkəz vurğulayıb ki, İlham Əliyevin İstanbuldakı bu çıxışı bölgədə vəziyyətin yenidən gərginləşə biləcəyindən oncə beynəlxalq aləmə son xəbərdarlıq mesajı kimi də qiymətləndirilə bilər: "Çünki Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayının sonundakı görüşündən də nəticə çıxmazsa, bölgədə toqquşmaların baş verməsi ehtimalı yenidən artacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1648   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart