"20 Yanvar"dakı taksi problemi həll olundu - Fotolar+Video

Sonxeber.az məlumat verir ki, dünən "Qafqazinfo" saytında "20 Yanvar" metrostansiyasının çıxışında taksilərin və sərnişin avtobuslarının qanunsuz fəaliyyəti barədə məqalə yayımlanmışdı. Sakinlər redaksiyaya müraciət edərək həmin ərazidə vəziyyətin biabırçı həddə olduğunu bildirmişdilər. Söhbət həmin ünvandakı taksi şoferlərinin özbaşınalıqlarından, sərnişinləri məcburən taksiyə minməyə məcbur etməyindən gedirdi. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz. Bu gün şikayətçilər yenidən redaksiya ilə əlaqə saxlayaraq əməkdaşlarımızı hadisə yerinə dəvət ediblər.

Məlum olub ki, problem işıqlandırıldıqdan sonra aidiyyəti qurumlar dərhal ölçü götürməyə başlayıblar. Stansiyanın ətrafına Daxili İşlər Nazirliyinin işçiləri cəlb olunub. Onlar metronun çıxışında dayanma-durma qaydalarını pozan sürücüləri dərhal ərazidən uzaqlaşdırır, əmrə tabe olmayan şəxslər barədə cərimə protokolu yazılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, məsələ barədə İdarə rəhbərliyi tərəfindən tapşırıq verilib: "Sizin yayımladığınız informasiya barədə mənim tərəfimdən dərhal rəhbərliyə məruzə olundu. Bundan sonra ərazidə nizam-intizamın təmin olunması barədə tədbirlər planı qəbul edildi. Hazırda mən də daxil olmaqla, nazirliyin bir neçə strukturunun əməkdaşları ərazidədir. Yol polisi və Post Patrul Xidmətinin birlikdə 50-yə yaxın əməkdaşı xidmət aparır. "20 Yanvar" dairəsindən "Şamaxinka" kimi tanınan əraziyə kimi hər 100 metrdən bir yol polisi əməkdaşı dayanıb. Biz mütəmadi olaraq bu ərazidə dayanma-durma qaydalarını pozan sürücülər barədə tədbir görürük. Onu deyim ki, bu gün 2 saat ərzində sürücülər barəsində 320 protokol tərtib olunub. Eyni xətanı 3-cü dəfə törədən 4 sürücü var ki, onlar İnzibati Xəta məsuliyyətinə cəlb olunub. Çörək pulu qazanmaq üçün başqalarının yolunu kəsmək heç kəsə bəraət vermir. Çalışacağıq burada vəziyyət həmişə belə olsun. Amma bunun üçün insanların da şüurunda dəyişiklik olmalıdır".

Qeyd edək ki, artıq ənənəvi olaraq ərazidə dayan və qanunsuz sərnişin daşıma ilə məşğul olan "Ford" və "Hyundai" markalı avtomobillər oradan tamamilə uzaqlaşdırılıb. Taksi fəaliyyəti ilə məşğul olan minik avtomobillərinin isə dayanmasına yol polisi və Post Patrul əməkdaşları tərəfindən icazə verilmir.

Bu məqamda "20 Yanvar" metrostansiyasında dünən və bu gün çəkilmiş kadrları təqdim edirik:

"20 Yanvar"dakı taksi problemi həll olundu - Fotolar+Video"20 Yanvar"dakı taksi problemi həll olundu - Fotolar+Video"20 Yanvar"dakı taksi problemi həll olundu - Fotolar+Video


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2027   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, bu günü

28 mart
.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart