Çaysevərlərə BƏD XƏBƏR: çox çay içmək...

Çaysevərlərə BƏD XƏBƏR: çox çay içmək...Xüsusilə türk xalqları arasında ən çox içilən içki çaydır. Günün istənilən saatında içilən çay yorğunluğu aradan qaldırır, bədəni rahatladır. Təbii ki, bu da onun tərkibindəki maddələrin sayəsində olur. Lakin pəhriz saxlayanlar çaya birmənalı yanaşa bilmirlər. Çaylar arasında əsasən qara çaya üstünlük verilir. Sızlərə sevimli içkimiz olan çayın faydaları və ziyanları haqqında araşdırmanı təqdim edirik.

İlk növbədə qeyd edək ki, qara çay qablaşdırılmış quru çayın isti suda dəmlənməsi ilə hazırlanır və dəmlənmə əsnasında kofein, orqanik turşular, polifenol törəmələri və mineralların bir qismi suya keçir. Çayın dadı da polifenol törəmələri və kofeindən qaynaqlanır. Dəmlənmə müddəti uzandıqca, bu elementlərin suya keçən miqdarları da artır. İki-üç dəqiqə 180 ml qaynar su ilə dəmlənmiş çayda 30 mg miqdarında kofein olur. Dəmləmə müddəti uzandıqca bu miqdar təxminən 60 mg-a qədər artır.

Qara çayın tərkibindəki maddələr beyində elektrik fəaliyyətini sürətləndirərək xəbərdaredici təsir göstərir. Bu isə insanda diqqətin artmasına kömək olur. Lakin mütəxəssislər çayın gün ərzində 1-6 fincandan çox içilməməsini məsləhət görür. Üstəlik, çay açıq və şəkərsiz içilməlidir.

İnsan orqanizmindəki hüceyrə və toxumalarda gün ərzində milyonlarla kimyəvi əməliyyat reallaşır. Bu kimyəvi əməliyyatlar nəticəsində sərbəst radikallar olaraq adlandırılan maddələr ortaya çıxır. Bu sərbəst radikallar hüceyrə DNT, zülallar və lipitlərə zərər verərək, bir müddətdən sonra ürək xəstəlikləri, xərçəng, sinir sistemi xəstəliklərinə səbəb olur. Bu zərərli maddələri bədəndən atan, hüceyrələrə zərər verə bilməyəcək hala gətirən sistem isə antoksidandır. Çayın içərisində olan polifenollar isə güclü antioksidandır. Mütəxəssislərin son illərdə çay mövzusunda apardığı araşdırmalarda çayın sağlamlıq baxımından təsirləri tədqiq edilib və tərkibindəki polifenollar (ən qüvvətli olanı EGCg), flavanoidlər və kateşinlərin gündə 1-6 fincan çay içdikdə 1 həftə sonra plazma antioksidan tutumunu artırdığı müəyyən olunub. Eyni zamanda çayda olan yüksək səviyyədəki flavanoidlərin hüceyrə və toxumalardakı oksidativ zərərin qarşısını aldığı da müşahidə edilib.

Çay içmək arıqlamağı çətinləşdirir

Çayı şəkərli içməyə vərdiş etdikdə ürək xəstəlikləri inkişaf edir, kökəlməyə meyllilik artır. Yemək zamanı tünd çay içmək qidalardan alına biləcək dəmir qəbulunun azalmasına səbəb ola bilər. Qara çay açıq və limon dilimi qoyularaq içildikdə dəmir əskikliyi anemiyası olan xəstələrə də heç bir mənfi təsir göstərmir. Çay açıq içildikdə heç bir qidanın içindəki mineralların bədən üçün faydalılığına mənfi təsir etmir.

Gündə 4- 5 fincanı keçməyin

Qara çayın tərkibində olan kafein beyində informasiya emalı və yaranan problemə qarşı sürətli və müsbət cavab yaradılması qabiliyyətini təmin edir. Gündə 6 fincana qədər çay içmək oyaq qalmağınıza və diqqətinizin maksimum cəmlənməsini təmin edir. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5923   Tarix: 24 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gənc yaşda saçlar niyə ağarır? - Ağ tükü qoparmaq olmaz

Saçların ağarması təkcə yaşla əlaqəli dəyişikliklər səbəblərdən baş vermir. Bu, sağlamlıq problemləri ilə də bağlı ola bilər. -a istinadən xəbər verir ki, alimlər saçların piqmentasiyaya cavabdeh olan melaninin itirilməsi səbəbindən ağardığını bildiriblər. Bu, qida çatışmazlığı və ya hər hansı bir xəstəlik

17 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur? - AÇIQLAMA

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur. Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzin

11 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Bütün xəstəliklərin çarəsi - Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır. -a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanları

9 sentyabr 2021