İdmanla məşğul olanlar, məşqdən sonra mütlək.. -DİQQƏT

İdmanla məşğul olanlar, məşqdən sonra mütlək.. -DİQQƏTTərkibindəki vitamin, kalsium və dəmir baxımından tam bir qida anbarı olan süd qayda ilə içildikdə orqanizmdəki artıq yağların atılmasını sürətləndirir, arıqlamağı təmin edir. Sizə südün faydalarını təqdim edirik.

Gündə 1-3 stəkan süd kalsium, dəmir, maqnezium, minerallar və B6, B12, A, C, D vitaminləri baxımından tam bir möcüzədir. Qidalanmanın üç dayağı deyə biləcəyimiz karbohidrat, yağ və zülal tərkibli tək qida qrupudur. Bu da südün qidalanmada əsas yerlərdən birində olması üçün bir səbəbdir. Əgər hər hansı bir problemi yoxdursa, insan gündə 1-3 stəkana qədər süd içməlidir.

Darçınlı südün faydası

Dietoloq bildirir ki, özü təklikdə bir möcüzə olan südü darçınla içmək olduqca faydalıdır. Araşdırmalar sübut edib ki, darçınlı süd bel bölgəsindəki yağlanmanın qarşısını alır. Darçınlı südü yatmazdan əvvəl ara yeməyi kimi də içə bilərsiniz. Südə bir çay qaşığı qəhvə əlavə etmək maddələr mübadiləsini də sürətləndirir.

İdmandan sonra süd için

İdmandan sonra itirilən zülallar geri qaytarılmalıdır. Bunun üçün ən yaxşı vasitə süd içməkdir. Süd ehtiva etdiyi zülallar baxımından idman əsnasında itirilən əzələ kütlələrinin də bərpası üçün faydalıdır. Süd sümüklərin qırılmasının qarşısını alır və inkişafına vasitəçi olur. Qadınların xüsusilə menopauza dövründə gündə ən az 3 boşqab qədər süd və süd qrupuna aid qida qəbul etmələri vacibdir.

Daim işləyən həzm sistemi üçün süd vacib qidadır. Hər gün kifayət qədər süd içmək mədə və bağırsaq problemlərinə çox yaxşı təsir göstərir. Mədədə yaranan yanma və ya ağrı hissinə qarşı təbii həb təsiri göstərir. Ehtiva etdiyi mineral və vitaminlərlə dərini gözəlləşdirir, yeniləyir, yaşlanmanı gecikdirir. Bədənə lazımlı olan D vitamininin əhəmiyyətli bir qismini də süd təmin edər.

Yağlı süd piylənmə yaradır?

Hər şeyin çoxu zərərli olduğu kimi, süddən də çox istifadə zərərli ola bilər. Çox içilən südün zülalı böyrəklərdə kalsium daşları meydana gətirə və həddindən artıq yağlanma nəticəsində piylənməyə səbəb ola bilər. Qısası, süd və süd məhsulları normadan artıq istifadə edilməməlidir. Xüsusilə uşaqlar lazım olandan artıq süd içməməlidir. Oxşar zülallı qidalarla yanaşı, çox süd içmək dəmir əskikliyinə səbəb ola bilər. Lakin böyük yaşlı insanlarda bu risk azdır. İçdiyiniz südün yağsız olmasının heç bir yan təsiri və ya mənfi tərəfi yoxdur. Yağsız süd yağı azaldılmış, vitamin və mineralları artırılmış məhsuldur. (lent.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2432   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Keçi və xoruz toyuğu belə xilas etdi - VİDEO

Hollandiyanın Qelderland əyalətindəki bir fermada keçi və xoruz bir toyuğu ona hücum edən Şahin quşundan xilas edib. -a istinadən xəbər verir ki, sentyabrın əvvəlində 59 yaşlı fermer Caap Bits həyətdə səs eşidib. Şahin quşunun bir toyuğa hücum etdiyi məlum olub. Bu an müşahidə kamerasının videosuna düşüb

16 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021