Taksilərdə nağd ödəniş ləğv olunur?- RƏSMİ AÇIQLAMA

Taksilərdə nağd ödəniş ləğv olunur?- RƏSMİ AÇIQLAMA"Bakı şəhəri üzrə bütün ictimai nəqliyyat vasitələrinə, o cümlədən taksilərə müəyyən tələblər qoyulacaq. Artıq bununla bağlı Bakı Nəqliyyat Agentliyində konsepsiya hazırlanır".
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Mətbuat katibinin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyində ictimai nəqliyyat və taksilər barədə optimallaşma və təhlillər aparılır. Bu təhlillərin nəticəsi olaraq vahid nəqliyyat konsepsiyası hazırlanır.
Agentlik rəsmisi bildirib ki, gələcəkdə sürücülər, avtobusların texniki vəziyyəti və digər məsələlərlə bağlı tələblər qoyulacaq. Bundan əlavə paytaxtda fəaliyyət göstərən bütün taksilərdə ödəniş kartla həyata keçiriləcək: "Taksilərə kameralar quraşdırılacaq, kvotalar tətbiq olunacaq. Bundan sonra taksi sürücüləri yol boyu istədiyi rəqəmi səsləndirə bilməyəcəklər. Konsepsiyada bütün ictimai nəqliyyatda kontaktsız əlaqədən istifadə olunması nəzərdə tutulub. Hazırda istifadə olunan kartlar taksilərə də tətbiq olunacaq".
N. Allahyarova onu da bildirib ki, konsepsiyada bütün daşıyıcılar Bakı Nəqliyyat Agentliyi tərəfindən xüsusi təlim mərkəzində yoxlamadan keçməmiş nəqliyyata buraxılmayacaqlar: "Bütün optimallaşma, inteqrasiya prosesiləri yay aylarına təsadüf edəcək. Bəzən elə olur ki, eyni istiqamətdə bir neçə marşrut xətti var. Bəzən eyni istiqamətdə yalnız bir marşrut xətti olur. Bu da sərnişinlərə böyük problem yaradır. Bununla bağlı konsepsiyadan irəli gələn bütün dəyişikliklər yay aylarına təsadüf edəcək ki, insanların hərəkətinə mane olmasın. Avtobus və sürücülərlə bağlı proses mərhələli şəkildə həyata keçiriləcək".(hurriyyet.az )


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 995   Tarix: 27 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel