Yol polisi sürücünün verdiyi hədiyyədən imtina etdi - FOTO

Yol polisi sürücünün verdiyi hədiyyədən imtina etdi - FOTOXəbər verdiyimiz kimi, gənc fəal Bəxtiyar Hacıyev avtomobilinin qanunsuz evakuasiya edilməsinə etiraz əlaməti olaraq cərimə meydançasında maşının üstünə "Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısı yapışdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Hacıyev öz facebook hesabında status paylaşıb. Gənc siyasətçi yazıb ki, 90-MV-558 dövlət nömrə nişanlı avtomobili 6 saylı cərimə meydançasındadır. O bildirib ki, Penitensiar Xidmətə sorğu vermək üçün maşını xidmətin binasının qarşısında park edib: "Məktubu poçt qutusuna atıb çıxdım (3, maksimum 4 dəqiqə ərzində), gördüm şanlı, operativ DYP avtomobili aparıb. Ona görə də, cərimə və evakuator xidməti ödəməkdən bezib, imtina edib, hədiyyə edirəm".
Daha sonra isə avtomobilinin aparıldığı cərimə meydançasından foto paylaşaraq qeyd edib: "Evakuator oğurluqlarına etiraz əlaməti olaraq gedib avtomobilin üstünə "Baş DYP rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısını yapışdırıb, velosipedimi avtomobildən götürüb çıxdım. Velosipeddən istifadə edə-edə, bacardığım qədər bütün yollarla həm bu problemlə, həm də DYP nəzarətində olan bütün digər problemlərlə mübarizə aparmağa başlayım".
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov qısa araşdırmadan sonra Avtosfer.az-a bildirdi ki, avtomobilin evakuasiya edilməsi qanunidir: "Sürücü Bəxtiyar Hacıyev gündəmdə qalmaq və qalmaqal yaratmaq naminə belə hərəkətlərə yol verir. Təkcə onu demək kifayətdir ki, sürücünün bu avtomobillə 14 dəfə inzibati xəta törətməsi onun məsuliyyətə cəlb edilməsinə səbəb olub. Doğrusunu deyək ki, tətbiq edilən cərimələrin ödənilməsi faktı da var.
Sonuncu paylaşdığı məlumatlara gəldikdə isə sanki sürücü hazırlaşıb ki, avtomobil evakuasiya edildikdən sonra əvvəlcədən yazıb hazırladığı bildiriş vərəqəsini şüşəyə yapışdıracaq, avtomobilində gəzdirdiyi velosipedlə getməsinin fotosunu sosial şəbəkələrdə paylaşmaqla piar aparacaq".
Vaqif Əsədov bildirib ki, Bəxtiyar Hacıyevin avtomobilinin evakuasiya edildiyi ərazidə Formula 1 yarışlarına son hazırlıq işləri gedir. Eləcə də, DYP əməkdaşlarının paytaxt üzrə dayanma-durma və parketmə qaydalarını pozanlara qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir vaxtda sürücünün narazılıq etməsi başadüşüləndir: "Çünki qanun hər kəsə şamil edilir. Əgər dayanmaq-durmaq qadağandırsa, özünün dediyi kimi, maşını 3-4 dəqiqə belə park edib qayda pozursa, hansı güzəştdən danışmaq olar? Həmin avtomobil qanun çərçivəsində müvəqqəti mühafizə olunan duracağa aparılıb. Yəni, sürücü barəsində seçilən tədbir qanunauyğundur. Hamı kimi o da cərimələnəcək və inzibati məsuliyyətə cəlb ediləcək".
Vaqif Əsədov sonda Bəxtiyar Hacıyevin yaydığı məlumatla bağlı bunları deyib: "Əgər çox hörmətli Bəxtiyar Hacıyev cənabları avtomobilini həqiqətən hədiyyə etmək niyyətindədirsə, təşəkkür edirik və bildiririk ki, bizim üçün ən böyük və ən dəyərli hədiyyə törətdiyi xətanı səmimi etiraf etməsi olardı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2897   Tarix: 05 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel