Erməni tərəfinə verilən meyitlərin dəqiq sayı

Erməni tərəfinə verilən meyitlərin dəqiq sayı"2014-cü ildə Kəlbəcərdə işğalçı Ermənistan hərbçiləri tərəfindən girov götürülən və qeyri-qanuni azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bununla əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış tələblər qaldırılıb".

"19 Ermənistan hərbçisinin meyiti qarşı tərəfə verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti alınıb."
Sonxeber.az-ın ans press-ə istinadən məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb.

M. Quliyev bildirib ki, aprel hadisələri ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb: "Həmin hadisələrlə əlaqədar 19 Ermənistan hərbçisinin meyiti qarşı tərəfə verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti alınıb".

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov ikin düşmüş şəxslərlə əlaqədar bu ilin 6 ayı ərzində aparılmış axtarış-araşdırma və siyahılarda dəqiqləşdirmə işləri, həmçinin aprel humanitar proseslərin təşkili barədə danışıb: "İtkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə mövcud olan siyahıda fərqin aradan qaldırılması sahəsində işlər davam etdirilib. 213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası
Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb. 2016-cı il iyulun 1-ə olan məlumata görə, 3803 nəfər hazırda itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Ötən ilin sonunda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyasının itkin düşmüş şəxslərlə əlaqədar təqdim etdiyi siyahılarda fərq 300 nəfərdən 85 nəfərə qədər azalıb".

İşçi Qrupunun rəhbəri nəzərə çatdırıb ki, bu ilin iyununda Ermənistan ərazisində saxlanılmış Qətibə Ələkbərova azad edilib: "Ümumilikdə, 1 iyul 2016-cı il tarixə olan məlumata görə, 1436 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə İşçi Qrupu tərəfindən münaqişə zamanı şəhid olan və tanınmadan dəfn edilən meyitlərə aid məzar yerlərinin CPS koordinaitlarının çıxarılması işinə də start verilib. 127 naməlum məzar yeri müəyyənləşdirilərək koordinatları təsbit olunub".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3034   Tarix: 02 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral
.

DƏHŞƏTLİ GÖRÜNTÜ: İranın atdığı raket İsrail vətəndaşını vurdu - ANBAAN VİDEO

Sosial şəbəkədə dəhşətli görüntülər yayılıb. bildirir ki, İranın ötən gecə atdığı raketlərdən biri səmanı şəkən İsrail vətəndaşını vurub. Sözügedən vieonu təqdim edirik:

14 aprel
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel