Türkiyədə çevriliş niyə alınmadı: 5 SƏBƏB - FOTOLAR
1960-cı ildən bəri Türkiyə ordusu düz 3 dəfə hakimiyyəti ələ keçirib, 1997-ci ildə isə daha bir hökuməti kənarlaşdırıb. Bəs sonuncu çevriliş cəhdi niyə məramına yetişmədi?
RFE/RL-in regional direktoru, "Türkiyə dəftəri" bloqunun müəllifi Abbas Djavadi bunun 5 səbəbini göstərir.
İctimai dəstəyin olmaması
Öncəki üç çevriliş zamanı əhali vətəndaş qarşıdurması və zorakılıq dönəmindən sonra "sülh və əmin-amanlıq" istəyirdi. Bu dəfə çevriliş edənlər bu dəstəyi ala bilmədi, onları çox az adam alqışladı. Faktiki olaraq prezident Rəcəb Tayyib Ərdoğanın dramatik çağırışına daha böyük kütlə cavab verdi, küçələrə çıxıb çevrilişə etirazını bildirdi.
Görünən odur ki, bu dəfə çevrilişi dünyəviçilər etmədi
Türkiyə ordusu özünü ölkənin dünyəvi konstitusiyasının qoruyucusu hesab edib. Bu dəfə hakimiyyət çevriliş cəhdinə görə dünyəviçiləri deyil, ABŞ-da yaşayan Ərdoğan tənqidçisi, ilahiyyatçı Fetullah Güləni suçladı, halbuki o, həmin cəhdin arxasında durmadığını bildirir. İki böyük müxalifət partiyası da hökuməti aydın şəkildə dəstəklədi, dedi ki, ötən hərbi çevrilişlərin acı təcrübəsi bir daha yaşanmamalıdır.
Polis və qiyamçılar əks qütblərdə durdular
Öncəki çevrilişlərdə ordu hakimiyyəti ələ alandan sonra polis də onu dəstəkləyib. Bu gün isə polis hökumətlə sıx işləyir. Polis zabitləri ordu daxilində çevrilişi planlamış qrupun izinə düşüb, minlərlə şübhəli qiyamçı əsgər və zabiti saxlayıb.
Qiyamçılar ordunun kiçik bir hissəsidir
Hökumət və müxalifət qiyamçıların ordunun maksimum 10-20 faizini təşkil etdiyini bildirir. Keçmişdə isə ordu bütövlükdə işə qarışırdı.
Bu günlər medianı susdurmaq daha çətindir
Öncəki çevrilişlərdə qiyamçılar dövlət televiziya və radiosunu ələ keçirərək, onların yayımını dayandırırdı. Amma bu dəfə belə olmadı, xəbərlər özəl TV kanalları, əsasən də CNN Turk, eləcə də Twitter və WhatsApp kimi sosial şəbəkələr vasitəsilə yayıldı və dirəniş səslərinin platformasına çevrildi.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Bu universitet tələbələrə fərqli təqaüdlər təsis edib: 150, 250 manat
Tanınmış kosmetoloq Natavan Əmirova paylaşımı ilə özünü biabır edib
Meyxanaçı Kərim vəfat etdi
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Kərim harda dəfn olunacaq? (AÇIQLAMA)
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Röya Ayxan və Elçin Cəfərovdan yeni duet - "Can" klipi çəkildi
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU