Zaqatala və Balakəni qasırğa vurdu - FOTOLAR
İyulun 22-i axşam saat 19 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri sabit hava şəraiti hökm sürüb, qısa müddətli qasırğa baş verib, leysan yağıb.
Sonxeber.az aya-ya istinadən xəbər verir ki, qasırğa əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Qasırğa nəticəsində yaşayış və inzibati binaların, fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib, bir sıra ərazilərdə irigövdəli ağaclar yıxılıb. Rabitə və elektrik naqilləri qırılıb. Bir çox maşınlara üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon rəhbərliyi, Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müvafiq qurumlar axşam saatlarından başlayaraq fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.
Qasırğa və leysan yağış Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini qoparıb yerə salıb. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlara leysan nəticəsində ciddi ziyan dəyib. Qazbinə kənd tam orta məktəbinin idman korpusunun dam örtüyü, 51 saylı Yol İstismar İdarəsinin əsas və köməkçi binalarının dam örtüyü, bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərin dam örtüyünə ciddi ziyan dəyib. Qasırğa nəticəsində rayonun elektrik və rabitə sisteminə ziyan dəyib, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Vəziyyətlə əlaqədar rayonda təbii qazın verilişi dayandırılıb.Hazırda rayonda fəsadların ardan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1625 Tarix: 23 iyul 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021