Qəddafi gizli hərəmxanasında azyaşlı qızları nəyə məcbur edirmiş? -DƏHŞƏTLİ FAKTLAR

Qəddafi gizli hərəmxanasında azyaşlı qızları nəyə məcbur edirmiş? -DƏHŞƏTLİ FAKTLAR2011-ci ildə xalq tərəfindən linç edilən Liviya diktatoru Muammer Qəddafinin ölümündən sonra həyatı ilə bağlı sirli məqamlar üzə çıxdı. Həmin məqamların əksəriyyəti mediaya sızdırılandan sonra insanları heyrətə gətirmişdi.

Qəddafinin hamıdan gizli saxlanılan hərəmxanası, ora zor hesabına gətirilən qadınlar haqqında sirlər onun hərəmxanasında qurban edilən gənc xanımlardan birinin Fransa mətbuatına geniş açıqlamasından sonra dünya mediasının diqqətini çəkdi. Fransız jurnalistlərdən biri hərəmxananın qurbanı olan gənc xanım Seruyanın bütün açıqlamalarını toplayaraq kiçik kitabça şəklində çap etdirdi.

Sonxeber.az Moderator.az-a istinadən xəbər verir ki, kitab Seruyanın Qəddafini ilk dəfə necə görməsinin təsviri ilə başlayır. Məktəblərin birində keçirilən bayramda Qəddafiyə gül dəstəsini məhz o təqdim edir. Qəddafi həyəcanlı yeniyetmə qıza diqqətlə baxır və onun saçını oxşayır. Təbii ki, ilk anda həm ərafdakılar həm də Seruyanın özü bunu nəvaziş kimi qəbul edirlər. Lakin sabahısı gün, hərbi formada olan, cüssəsinə görə kişiləri xatırladan bir qadın məktəbə gələrək Seruyanı başqa bir yerdəki bayrama aparacağını və orada da Qəddafiyə gül dəstəsi verəcəyini deyir. Təbii ki, nə məktəb müdiriyyətinin, nə də qızın valideynlərinin buna etiraz etmək şansları belə yox idi.

Məlum məsələdir ki, gənc qız Qəddafinin gözdən-qulaqdan uzaq iqamətgahına və oradakı gizli hərəmxanaya aparılır. Növbəti gün Qəddafinin gecə istirahəti üçün hazırlanan qız diktatorun otağında ona müqavimət göstərir. Qəddafi hərəm işlərini aparan Məkbulə adlı qadına "buna təlim keçin, sonra yenidən gətirin", deyir. Ondan sonrakı günlərdə isə Seruya bir neçə dəfə Qəddafinin otağına aparılmaq və gecəni orada keçirtmək məcburiyyətində qalır. Seruya ifadələrində Qəddafinin bəzən gecələr bir neçə qızla eyni vaxtda cinsi təmasda olduğunu qeyd edib. Onun sözlərinə görə, cinsi istismara məruz qalan qızların əksəriyyətinin yaşı 13 yaşdan aşağı olardı.

Kitabda Qəddafinin cinsi həyatı ilə bağlı başqa çox faktlar da var. Onun hətta yüksək postlarda çalışan şəxslərin ailə nümayəndələrini də cinsi istismara çəkdiyi qeyd edilir. 18 yaşlı Hüda adlı qız tərəfindən deyilən faktlarda bu detal özünü doğruldur.

Başqa bir məsələ isə, Qəddafinin qadın qoruyucuları ilə bağlıdır. Diktatoru hərbi geyimli, kifayət qədər zabitəli və yüksək təlim keçmiş peşəkar qadın cangüdənlər qoruyurdu. Həmin cangüdənlər də vaxtilə cinsi istismara məruz qalmış qadınların arasından seçilirdi.

Seruyanın sözlərinə görə, Qəddafi ölsə də, yenə də onun qorxusu insanların üzərində gəzməkdədir. Bu səbəbdən də cinsi istismara məruz qalan bir çox qadınlar bu haqda nəsə deməkdən çəkinirlər.

Seruya bəzən hətta yeniyetmə oğlanları belə tərəf müqabili kimi seçən Qəddafinin bu aludəçiliyi ilə bağlı məhkəmə qarşısına çıxmağa hazır olduğunu bildirib.

Seruyanın ifadələri əsasında çap edilən "Les Proies: Dans le harem de Kadhafi" kitabda Qəzzafinin əxlaqsızlığından, bəyəndiyi azyaşlı qızları sarayına salaraq orada həmin qızların başına zülmlər açması barədə başqa faktlar da var.

Məsələn, zorla cinsi əlaqəyə məcbur edilən qızların bəzilərini yaxınlarını öldürtməklə hədələyirdilər.

18 yaşlı Huda adlı qızı evindən gizli saraya apararaq qardaşını öldürmək hədəsi ilə cinsi əlaqəyə məcbur ediblər:

"Qəddafinin adamları dedilər ki, "hökumət əleyhinə şeir yazmış" qardaşının azad olunmağını istəyirsə, onunla yatmalıdır.

Qəddafi hər gün ən azı 3 bakirə qızı zorlamasa, sakitləşmirdi. Məni krujevalı alt paltarı geyinib yanında oturmağa, pornoqrafik filmlərə baxmağa vadar edirdi".

Təəssüflər olsun ki, Qəddafinin zorladığı qadınların heç birini ailəsi geri qəbul etməyib. Bəzilərini isə qohumları, ailə üzvləri öldürməklə hədələyiblər. Halbuki, bədbəxt qızların heç bir günahı olmadığını ən yaxşı elə onların özü bilib. Qızlarını qoruya bilmədiyi üçün özlərini günahlandırmayan kişilər, təəssüflər olsun ki, bütün nöqsanları biçarə qızlarda gördülər...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 6336   Tarix: 25 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

70 hekat soğan əkdi, sata bilməyib pulsuz PAYLADI: 3 min adam tarlaya axışdı - VİDEO

Fermer 70 hektar sahədə əkdiyi soğanı sata bilmədiyi üçün vətəndaşlara pulsuz şəkildə paylayıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. 70 hektar sahədə əkdiyi soğanı sata bilməyən fermer vətəndaşlara pulsuz paylayıb. Soğanın pulsuz olduğunu eşidən 3 minə yaxın insan tarlay

25 aprel
.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI: Üç gün davam edəcək

Aprelin 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək. xarici mediaya istinadən xəbər verir ki, qasırğa üç gün davam edəcək və bu ayın sonuncusu olmalıdır. Təfərrüatlar. Aprelin 25-dən aprelin 27-dək meteohəssas insanların rifahına təsir edə biləcək güclü qasırğaya uyğun olaraq K-indeksi 4 (sarı səviyyə

25 aprel
.

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəmədi, ÖLDÜRÜLDÜ - VİDEO

Səhvən ayağını əzdiyi şəxsin xəstəxana xərclərini ödəməkdən imtina edən dükan sahibi bıçaqlanaraq öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, İstanbulda baş verən hadisədə mağaza sahibi həmin küçədə mebel satışı ilə məşğul olan şəxsin oğlunun ayağını maşını ilə əzib. Mağaza sahibi xəstəxana xərclərin

25 aprel
.

29 yaşlı qadın canlı yayımda ərinə zəng edib hər şeyi ETİRAF ETDİ: "19 yaşlı oğluna qoşulub qaçdım" - VİDEO

Türkiyədə 29 yaşlı qadın 19 yaşlı ögey oğluna qoşulub qaçdı. xarici mediaya istinadən xəbər verir, Türkiyədə Müge Anlının aparıcılıq etdiyi "Tatlı Sert" verilişində qalmaqallı hadisələrindən biri yaşanıb. 29 yaşlı qadın canlı yayımda 19 yaşlı ögey oğlu ilə qaçdığını etiraf edib. Həmin an canl

23 aprel
.

Mağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO

Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr

24 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel