Atasını qətlə yetirən tələbənin fotosu - Yeni təfərrüatlar

Atasını qətlə yetirən tələbənin fotosu - Yeni təfərrüatlarDünən Yardımlı rayonunun Alar kəndində atasını ov tüfəngi ilə güllələyən 17 yaşlı tələbə barədə müəmmalar davam edir.

Onun vəhhabi olması və atasını "imamının" əmriylə öldürməsi xəbərini rəsmi qurumlar təkzib edib.

Belə bir ərəfədə AzNews.az atasını güllələyən Qaçay Şahverənovun fotosunu əldə edib.

Fotodan görünür ki, Qaçay saqqal saxlayırmış. Lakin bu saqqalın vəhhabiliyə nə dərəcədə aidiyyətinin olması barədə birmənalı fikir söyləmək olmaz.

Qeyd edək ki, tələbə oğlanın vəhhabi olması iddiası ilə kənd sakinləri, qətlə yetirilən şəxsin yaxınları çıxış ediblər. Bildiriblər ki, Qaçayın saqqal saxlaması, vəhhabilər kimi qısa ətəkli şalvarlar geyinməsi atası ilə arasında ciddi problemlər yaradıb. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb. Qohumlarıgildə qalarkən isə əmisinin təkidi ilə saqqalını qırxıb.

Digər məlumata görə isə, Quba Dövlət İqtisad Kollecində təhsil alan Qaçay atasını anasını incitdiyinə görə öldürüb. Prokurorluqdan verilən məlumata görə, öldürülən şəxs həyat yoldaşını tez-tez döyür, ona qarşı nalayiq ifadələr işlədirmiş. Anasının təzyiqlərə və təhqirlərə məruz qalmasına dözməyən oğul atasının canına qıyıb.

Əldə etdiyimiz fotonu təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4435   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart