Azərbaycanlı nazir Lənkəranskinin yasına gəlib?

Azərbaycanlı nazir Lənkəranskinin yasına gəlib?Rövşən Lənkəranskinin hüzr mərasimi keçirilən günlərdə Lənkəran aeroportuna bir vertolyot eniş edib. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə, vertolyotla gələn şəxs məşhur kriminal avtoritetin yasında iştirak edib.
Yerli sakinlərin şahidliyinə görə, Kiçik bazar məhəlləsində keçirilən yas məclisinə nüfuzlu bir şəxs daxil olmayıb. Sadəcə, mərhumun yaxınlarına başsağlığı verərək yarım saat sonra oranı tərk edib.
Elə həmin gün vertolyot yenidən Lənkəran səmasına qalxıb və geriyə dönüb. Bu şəxsin kimliyi haqda səhih bilgilər açıqlanmır. Bəzi iddialara görə, yas mərasimində iştirak edən şəxs general rütbəli azərbaycanlı nazir olub.
Ancaq bu versiya təsdiqlənmir və naziri görənlər olsaydı sosial şəbəkələrdə xəbərlər tirajlayar, kimsə xəlvətcə şəklini çəkərdi.
İkinci ehtimal isə ondan ibarətdir ki Lənkəranskinin yas mərasiminə gələn şəxs tanınmış avtoritetlərdən olub və gözə görünmədən mərhumun ailəsini ziyarət edərək şəhəri tərk edib.
Lənkəranda saysız-hesabsız bahalı avtomobillər yas məclisinin keçirildiyi ərazidə görmək olar. Onların əksəriyyəti avqustun 22-də Lənkərandan gedib.
Qeyd edək ki, Rusiya mətbuatı Rövşən Lənkəranskiyə qarşı sui-qəsdin səbəblərinə dair iddia irəli sürüb. Məlumata görə, Lənkəranski Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun həbsindən sonra yaranan kriminal müharibənin qurbanı olub.
Rövşən avtomobili ilə görüşə gedərkən güllələnib. 2016-cı ildə Rusiya mafiyasının "bütün bossların bossu" adlandırdıqları Kalaşovun həbsindən sonra onun rəqibləri Merab Djanqveladze və Rövşən Canıyev aktiv fəaliyyətə başlayıblar.
Xüsusilə də, öz təşəbbüsləri ilə Şakro Molodoyun Ded Xasan və Tariel Onian arasındakı münaqişə ilə əlaqədar "vorzakon" tituluna qoyduğu qadağanı ləğv ediblər. Canıyev məhz bu fəaliyyətin qurbanı olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6997   Tarix: 24 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021