Nazirlik suyun rənginin dəyişməsinin səbəbini açıqladı
İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.
"Analizin nəticələrinə görə, çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib, suyun keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb.
Mütəxəssislərin rəyinə görə, hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb, bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq", - deyə İ. İbrahimova bildirib.(apa.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1371 Tarix: 24 avqust 2016
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşZəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila
24 aprelMasallıda 64 yaşlı qadın yıxılaraq ölüb
Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm
24 aprelMarketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA
Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur
24 aprelBərdədə qaçırılan 23 yaşlı qız tapılıb
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl
24 aprelFinal" çayın dəstəyi ilə tanınmış aparıcı Çində
"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy
24 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprel