ANS-nin taleyi həll olundu - FOTOLAR
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilkən prosesdə ANS MTRŞ-nın lisnziyanın ləğv olunması ilə bağlı qərarının ləğv edilməsini istəyib.
Prosesdə "ANS Şirkətlər Qrupu"nun vitse-prezidenti Mirşahin Ağayev çıxış edib.
O bildirib ki, MTRŞ-nın ittihamında ANS Fətullah Güləndən müsahibə aldığı göstərilib. M.Ağayev bunun düzgün olmadığını deyib: "Bizim müxbir ABŞ-da Fətullah Gülənin mətbuat konfransında iştirak edib. Həmin zaman orada digər jurnalist də olub. Lakin biz həmin müsahibəni efirə verməmişik".
Daha sonra M.Ağayev Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı ANS TV-nin efirində gedən hadisələri sadalayıb: "Məhkəmədən xahiş edirik ki, ədalətli qərar çıxardasız. Biz bu dövlətə inanırıq, yazılan və yazılmayan qanunların heç birini pozmamışıq".
ANS-in nümayəndəsi Raquf Mustafayev də çıxış edib. O, çıxışında vəsatət verib.
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov da çıxış edib. O qeyd edib ki, ANS Türkiyədə baş verən hadisə ilə bağlı FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənə dəstək verib: "MTRŞ da bunun üçün ANS-in lisenziyasını bir aylıq dayandırıb".
Prosesdə ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayevlə MTRŞ-nın Aparat rəhbəri arasında mübahisə də düşüb.
Sonda qərar elan olunub. Qərara əsasən məhkəmə ANS-in müraciətini təmin etməyib.
Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayınm və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, ANS MTRŞ-nın televiziyanın yayımının bir ay müddətində dayandırılması barədə qərarın ləğv edilməsini istəyir. ANS həmin qərardan Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə iş baxılmamış saxlanılıb. Belə ki, hakim bu iş üzrə iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalı olduğunu bildirib.(musavat)




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Zərgər gətirilən bir çanta qızılı qəbul etmədi: "Bu günaha girə bilmərəm"
Pensiyalar bu tarixdə tam ödəniləcək
Baş Prokurorluq Kamran Əsədov və "şərikləri" ilə bağlı - Açıqlama yaydı
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Nazir anons etdi: Azərbaycanda ətin qiyməti YENİDƏN DƏYİŞİR