İmtahan suallarını yaydı 5 min manat cərimə olundu - TQDK

İmtahan suallarını yaydı 5 min manat cərimə olundu - TQDKTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlarda istifadə olunan test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və "Abituriyent" jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır.
Sonxeber.az-ın TQDK-ya istinadən verdiyi məlumata görə, bu ilin martın 6-da təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb.
O, həmçinin ideya müəllifi olduğu internet saytında və "facebook" sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının da yayılmasına yol verib. Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub.
Əvvəlki illərdə keçirilən magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub.
Bundan başqa, Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və "Abituriyent" Jurnalı Redaksiyasına məxsus "Abituriyent 2016 Magistr №1", "Abituriyent 2016 Magistr №2" jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olub.
Qeyd olunanlarla əlaqədar, TQDK və "Abituriyent" Jurnalı Redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı "pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək.
Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında qətnamə qəbul olunub.
Məhkəmə qərarına əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "Abituriyent" jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilib.
Bundan başqa, məhkəmə qərarına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 manat məbləğində pul tutularaq TQDK-ya ödənilməlidir. Cavabdehdə eyni məbləğdə pul tutularaq " Abituriyent" jurnalı redaksiyasına da ödəniləcək.
Məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və "facebook" sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar da öz əksini tapıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "Abituriyent" jurnalı redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.
TQDK bir daha xatırladır ki, rəsmi razılıq olmadan TQDK və "Abituriyent" jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla surətinin çıxarılması qadağandır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1841   Tarix: 05 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Cəza tədbirlərinə keçməzdən əvvəl televiziya kanallarının rəhbərləri ilə ayrıca və məqsədli müzakirələr aparılmalıdır" - AÇIQLAMA

Bir müddət əvvəl Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, Şura verilişlərin monitorinqində süni intellektdən istifadə etməyə başlayıb. Nəticədə aparıcılar tərəfindən təxminən 3 min dəfə xarici sözlərdən istifadə edildiyi müəyyənləşib. Məsələn, "ok" sözü 104 dəfə səsləndirilib

18 dekabr
.

Stomatoloqlardan pul tələb edən şəxslər tutuldu - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, rayonda özlərini jurnalist kimi tanıdan iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub. Balakən RPŞ-nin keçirdiyi tədbirlərl

18 dekabr
.

Audiovizual Şura boşanmalarla bağlı verilişə görə "MTV" kanalına xəbərdarlıq etdi - Video

Audiovizual Şura ailə institutunu nüfuzdan salan informasiya yayımlanmasına görə "MTV" kanalına xəbərdarlıq edib. "Qafqazinfo" xəbər verir ki, Audiovizual Şuranın onlayn iclası keçirilib. İclasda "MTV" kanalının efirində baş vermiş pozuntu halı müzakirə olunub. Bildirili

17 dekabr
.

Göyçə gölündən ən yeni görüntülər - Möhtəşəm qış mənzərəsi

AzTV Bala Göyçə və Böyük Göyçə göllərindən yeni görüntülər təqdim edib. Qaynarinfo xəbər verir ki, möhtəşəm qış mənzərəsini özündə əks etdirən bu kadrları təqdim edir:

17 dekabr
.

Mirmahmud Fəttayevin nəvəsinin ölümünün təfərrüatı bilindi

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi 18 yaşlı Müşfiq Fəttayevin qəfil ölümünün təfərrüatları məlum olub. Mirmahmud Mirəlioğlunun qardaşı Mirfəyyaz Fəttayev Qaynarinfo-ya aşıqlamasında Müşfiq Fəttayevin avtomobildə dünyasını dəyişdiyini bildirib:

18 dekabr
.

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Tanınmış bədii qiraətçi, Əməkdar müəllim​ Nadir Hüseynovun ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. "Qafqazinfo" xəbər verir ki, hadisə dekabrın 17-si saat 11 radələrində paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, N. Hüseynov sürdüyü avtomobillə hərəkətdə olarkə

18 dekabr
.

AZAL-dan daha bir yenilik - Yan oturacağı "bloklaya" bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. xəbər verir ki, artıq sərnişinlər yan oturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər. Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkan

18 dekabr
.

"Anama söydülər deyə bu onlara Allahın cavabı oldu"

Basketbol klubu "Panatinaikos"un baş məşqçisi Ergin Ataman Avroliqanın 16-cı həftəsində səfərdə "Fənərbağça Beko" üzərində 81-77 hesablı qələbədən sonra açıqlama verib. xəbər verir ki, Atamanın sözlərinə görə:. "Pis çıxış edən 'Panatinaikos' yoxdur. Yolumuza davam edirik

17 dekabr
.

"Həkimin etdiyi əməliyyatda 3-cü ölən mənim övladımdır..." - Video

Kürdəmirdə cərrahi əməliyyatdan beş gün sonra vəfat edən 22 yaşlı Məleykə Nurməmmədovanın yaxınları həkimi ittiham edirlər. "Qafqazinfo" xəbər verir ki, onlar bununla bağlı "Baku TV"yə danışıblar. Mərhumun atası Müsəllim Məmmədov hadisənin qan köçürüldükdən sonra baş verdiyini iddi

17 dekabr