16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıq

16 ay teatrsız qalan aktyorlardan ETİRAZ: Biz yaşamırıqArtıq iki ilə yaxındır ki, pandemiya ilə əlaqədar bir çox məkanlar, mədəniyyət ocaqları, eləcə də teatrların fəaliyyəti dayandırılıb. Bu müddət ərzində isə bir çox teatrların əməkdaşları işsiz qalıblar. Sənət adamlarından kimi sosial şəbəkədə etirazını bildirib, kimi Operativ Qərargaha səslənib.

Sonxeber.azxəbər verir ki, axşam.az sənət adamlarından teatrsız 16 ayı necə keçirdiklərini soruşub:

Xalq artisti Məleykə Əsədova teatr üçün darıxdığını deyib:

"Teatr üçün çox darıxmışam. Yəqin ki, bu mövsümdə açılar".

Xalq artisti Naibə Allahverdiyeva açıq havada tamaşa oynamağı məsləhət görüb: "Ana öz balası üçün necə darıxarsa, biz aktyorlar da səhnə üçün elə darıxırıq. Səhnəsiz ruhumuz çöküb. Pandemiya tüğyan edir, bu vəziyyətdə nəyin necə olacağını bilmək çətindir. Amma bir yenilik edə bilərlər: havalar soyuyana qədər açıq havada da tamaşa göstərə bilərik. Tamaşaçılar da maraqla qarşılayar".

Xalq artisti Firəngiz Mütəllimova isə koronovirus infeksiyasının yayıldığı ərəfədə teatrların qapalı qalmasının tərəfdarı olduğunu söyləyib: "Çox çətindir, teatr canlı və kollektiv sənətdir. Təsəvürünüzə gətirin, bu üçüncü dalğanın başladığı vaxtda, xəstə sayının artdığı ərəfədə kollektiv sənətdə nələr ola bilər. Hərə bir evdən gəlir. Bu qədər ayı, ili səbrlə dözmüşük. Sənət dostlarıma demək istərdim ki, bir az da səbr edək, gözləyək. Hər yer mərhələ-mərhələ açılır. Növbəti dəfə bizim teatrlar da açılar. Sənət dostlarımın səhnəyə sağ-salamat gəlib çıxmalarını arzulayıram. Tək biz yox, bütün dünya bu dəqiqə bu bəladadır. Virusu ağır da, asan da keçirən olur. Ehtiyatlı olmaq lazımdır. Ona görə də deyirəm ki, dözək, salamat səhnəyə qayıdaq və rollarımızı oynayaq.

Əməkdar artist Nahidə Orucova bildirib ki, teatrsız ona çətindir: "İki ildir biz teatrsızıq. Belə şey olar? Hərdən efirə gedirdik, qurdumuzu öldürürdük. İndi efir də yoxdur, verilişlər mövsüm finalına çıxıb. Qalmışıq çəkilişsiz. Teatrsız necə olaq? Hər yer açılıb, bir teatrdan başqa. Belə çıxır ki, heç yerdə Covid-19 yoxdur, bircə teatrda var? Kinoteatrlar və teatrlarsız olmaz. 43 ildir ömrümü səhnəyə həsr etmişəm. Səhnə məni yaşadırdı. İndi necə olum? Çarəsizik... Gözləyirik, yalvarırıq ki, sentyabrda açsınlar. 16 ay işsiz qalmışıq, bütün məşqlər sıfırdan başlamalıdır. Bizi yaşadan teatr, səhnə, tamaşaçılardır. Biz tamaşaçıdan enerji alırıq. Nə yaxşı bir az enerjimiz qalıb. Belə davam etsə, o da bitəcək. Nədən enerji alaq? Elə bil birdən-birə teatr heç kimə lazım olmadı. Çox üzücüdür, xoşagələn hal deyil. Həsrətlə gözləyirik ki, səhnəmiz açılsın. Gedək o səhnənin tozunu, iyini udaq. İndi yaydır rayonlara gedib, dincəlirik, təbiətdən zövq alırıq, nəfəs aldıq. Qışda belə olsa, nə edəcəyik? Aktyor işsiz paslanır. Yenidən əvvəlki tempə qayıtmaq çətin olacaq. Pas atıb gedirik".

Əməkdar artist Anar Heybətov teatrların qapalı qalmasının sənət adamları üçün uğursuz olacağını açıqlayıb: "Çox çətindir. Aktyor teatrsız susuz balıq kimidir. Hər yerə icazə var, təkcə teatrlardan başqa. Niyə? Vaksin olunanlar həm işə, həm də tamaşaya gələ bilərlər. Belə getsə, nəticə yaxşı olmayacaq. Ən yaxşısı teatrlar açılsın, biz də işə başlayaq. Gələcəkdə lazım bilərlərsə, tamaşaçılar üçün uyğun üsul taparlar. Az sayda tamaşaçı ilə tamaşa oynamaq olar. Restoranlar, toylar, ticarət mərkəzləri açılıb. Bəs teatr? Nə bilim...".

Əməkdar artist Sənubər İsgəndərli də dəfələrlə sosial şəbəkədə teatrların bağlı qalmasına etirazını bildirib. "Əgər Covid-19 pasportu ilə hər yerə getmək olarsa, niyə teatrlara, kinoteatrlara həmin pasportla getmək olmaz? Pandemiya imkan verdi ki, bir çox şeyə kənardan baxdıq. Sənətə, həyata, insanlara baxışımız dəyişdi. Ona görə də düşünürəm ki, dəyişikliklər çox olacaq. Əvvəlki kimi heç nə olmayacaq. Çıxış yolları, variantları tapmaq lazımdır. İşimizə qayıtmaq üçün işlər gedir. Ən əsası məsələ isə odur ki, qayıdandan sonra biz tamaşaçıya nə deyəcəyik, hansı mövzulara müraciət edəcək, nələri qabardacağıq. İnandırım sizi ki, həmkarlarımdan kimdən soruşsanız eyni söz deyiləcək: balığı sudan çıxaranda necə olar? Teatr bizim evimizdir, insanı evindən çıxaranda necə olar? Teatr canlı sənətdir. Min onlayn tamaşa olsun, mükün deyil. Aktyor tamaşaçı nəfəsin duymalıdır. Onda o sehir baş verir. Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək" deyə, aktrisa müxtəlif vaxtlarda məsələ ilə bağlı etdiyi paylaşımlarında bildirib.

Əməkdar artist Tünzalə Əliyeva tamaşa oynamaq üçün darıxdığını deyib:

"Çox çətindir, aktrisa səhnədə böyüməli, yetişməli, ölməlidir. İndi dünya bu bəladadır. Biz də qaydalara əməl edirik. Bəlkə yaxın günlərdə açılar, tamaşalarda oynayarıq".

Aktrisa Zümrüd Qasımova isə teatrsız qalan aktyorların yaşamadığını bildirib:

"İki ilə yaxındır ki, tamaşa yoxdur. Pandemiya aktyorlara pis təsir etdi. Yaşayıram, dövlət maaş da verir. Amma hiss etdim ki, mən teatrsız hamıdan birinə çevrildim. Teatrsız həyat yoxdur. Film yox, teatr adamları fərqlidir. Başa düşdüm ki, biz yaşamırıq, elə-belə mövcuduq. Mənim üçün teatrsızlıq böyük faciədir. Tamaşaçı ilə ünsiyyət həyatdır. Hər zaman deyirəm ki, iki həyatım var: biri real, digəri teatrdakı. İkili həyat yaşamışam. İndi isə bir həyatı yaşamağa məcbur oldum. Teatrsız həyat istəmirəm. İstəyirəm səhnə, məşqlər olsun. Deyirlər peyvəndlənmə 80 faizə çatanda teatr açılacaq. Teatr canlı sənətdir. İndi və burada baş verir. Onlayn tamaşa oldu. Teatr aktyorunu başa düşməzlər. Bizim var olmağımızdır. Bir çox sənət adamları etiraz etdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2276   Tarix: 25 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən Əməkdar jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. "Flor

10 fevral
.

Yüz il əvvəl itən rəsm əsəri 30 milyon avroya satıldı

Avstriyalı məşhur rəssam Qustav Klimtin tamamlanmamış "Froylyayn Lizerin portreti" adlı rəsm əsəri Vyanada hərracda 30 milyon avroya satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı satışı həyata keçirən "im Kinsky" hərrac evi yayıb. Bildirilir ki, Klimtin 1917-c

25 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral