Rektordan ŞOK açıqlama - Qafqaz universiteti BAĞLANMAYIB
Havar Məmmədov: "Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib"
"Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi".
Sonxeber.az bildirir ki, bunu Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədov APA-ya müsahibəsindən deyib.
Onun sözlərinə görə, hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir: "Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək. Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək".
H.Məmmədov qeyd edib ki, Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib: "Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir. Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib. Mövcud hadisələr ali məktəbə qəbul faizinin aşağı düşməsinə səbəb olub. Bu il Qafqaz Universitetində ayrılan 1049 plan yerinə 703 tələbə qəbul olub, ən yüksək bal 696 bal təşkil edib".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1787 Tarix: 06 sentyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşar Nurinin qızı tənqidlərə cavab verdi - Video
Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Axşam.az xəbər verir ki, Ülkər efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. "Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar. Niyə həmişə mən hədə
17 dekabrÖlkəyə gətirilən bu qida əlavəsində nöqsanlar aşkarlandı - Məhv edildi
Aparılan nəzarət tədbirləri zamanı "Nord Star Pharma" MMC-nin Rusiyadan idxal etdiyi 100 ədəd "Qlisin Biokor" B1 və B6 vitaminləri ilə" əmtəə nişanlı bioloji aktiv qida məhsulunun müayinəsi nəticəsində B1 vitaminin miqdarının normadan aşağı olduğu aşkarlanıb. xəbər verir ki
16 dekabr18 yaşadək işçilərlə bağlı yenilik
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 18 yaşadək işçilərlə bağlı onların əmək hüquqlarının qorunması məqsədilə yenilik tətbiq edilib. "Qafqazinfo" xəbər verir ki, yeniliyə əsasən, sistemə bu yaş kateqoriyasına aid işçilər üçün əmə
16 dekabr"Yerdəki 100 manatı götürmək istəyəndə yıxıldı" - Video
Xəbər verdiyimiz kimi, Azərbaycan Universitetində 18 yaşlı tələbə yıxılaraq xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, şahidlər hadisənin detalları barədə "Baku TV"yə danışıblar. "Yerdə 100 manat var idi. Onu götürmək üçün döşəmənin üstünə hoppandı. Həmin yer qırıldı və aşağ
15 dekabrTülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verildi
Kikboksçu Tülin Ələkbərova və tələbəsi Abbas Rəhimlinin barələrində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənləri
16 dekabr