Cəbhə xəttində monitorinq keçiriləcək

Cəbhə xəttində monitorinq keçiriləcəkATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 14-də Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Sonxeber.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Gennadi Petriça və Xristo Xristov keçirəcəklər.

Müharibə   Baxılıb: 313   Tarix: 13 sentyabr 2016  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az