Cəbhədə ermənilər yenə..

Cəbhədə ermənilər yenə..Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.

Sonxeber.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Müharibə   Baxılıb: 247   Tarix: 19 sentyabr 2016  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR

Cəbhədə TƏXRİBAT

14 sentyabr 2016

vipemlak.az