"Park Bulvar"dakı mağazalar bağlanır

"Park Bulvar"dakı mağazalar bağlanırOliqarxların "Park Bulvar"dakı mağazaları bağlanır.

Gündəmdə olan əsas məsələlərdən biri də bir sıra iri iş adamlarının həbs olunmasıdır. Oliqarxlar Beynəlxalq Bankın rəhbərliyi ilə əlbir olaraq dövlətin 6 milyard manatadək pulunu mənimsəyiblər. Bu səbəbdən 100-ə yaxın oliqarx, məmur istintaqa cəlb olunub, bəzilərinin haqqında artıq cinayət işləri də açılıb.

Məlumata görə, oliqarxlar sahib olduqları mülkləri dəyər-dəyməzinə sataraq borclarını qaytarmaq üçün hərəkətə keçiblər. Həmçinin onlar mağazalarındakı bahalı malları da ucuz qiymətə satdırırlar. Həmin ticarət mərkəzlərində çalışan işçilərin çoxu uzun müddətdir ki, maaşlarını da ala bilmir.

Milli Parkda yerləşən "Park Bulvar" ticarət mərkəzində də hazırda həbsdə olan bir neçə biznesmenin mağazaları olduğu bildirilir. Hazırda həmin mağazalarda geyim malları endirimlərlə, "su qiymətinə" satılır.

Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən ticarət mərkəzində olduq. "Park Bulvar"ın 1, 2-ci mərtəbələrində əsasən geyim malları satılan mağazalar yerləşir. Elə içəri daxil olarkən 1-ci mərtəbədə yerləşən iki mağazanın bağlanmasının şahidi olduq. Üzərində "Mağazanın daşınması ilə əlaqədar olaraq son endirim" sözləri yazılsa da, həmin mağazalar bağlı idi. İçəridə bundan öncə hansı malların satıldığını müəyyənləşdirməyə çalışsaq da, heç bir nəticə çıxarda bilmədik.

"Girandola" uşaq geyimləri mağazasında 70 %, "Manqo", "İnci", "Karen Millen" kimi brend ayaqqabı və geyimlərin satıldığı mağazalarda mayın 15-dən 50-40 % endirimlər var idi. Bəzi mağazaların üzərində endirim olduğu qeyd edilməsə də, malların əksəriyyəti yarı qiymətlə satılır. Endirim tarixlərinə baxdıqda ucuzlaşmanın daha çox may ayının ortalarına təsadüf etdiyinin şahidi olduq.

Lakin bəzi mağazalarda endirim hiss olunmurdu. Məsələn, Türkiyənin "Koton" firmasına məxsus mağazada yalnız bir-iki qış geyimləri ucuz qiymətə satılırdı. Burdakı mallar orta hesabla 30 manatdan başlayan qiymətlərlə təklif olunurdu.

Mərkəzin 2-ci mərtəbəsində də bağlı mağazaya rast gəldik. Bu mərtəbədə daha çox ziyafət geyimləri və aksesuarlar satılan mağazalar fəaliyyət göstərir. Ziyafət geyimlərinin qiymətləri 300 manatdan başlasa da, satıcılar malların üzərində olan qiymətlərin yarısı qədər endirimlər təklif edirdilər. Aksesuarların satışında isə çox az - 25 %-ə qədər ucuzlaşma var idi./Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6674   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Azərbaycan-ABŞ ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunacaq

Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib. Bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyat

18 fevral
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel