Yanğında ölənlərin ailəsinə 15 min manat veriləcək

Yanğında ölənlərin ailəsinə 15 min manat veriləcəkBinəqədi rayonu ərazində çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən Sərəncam imzalanıb.

Sərəncamda deyilir ki, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət alanların hər birinə 5 min manat, bu binanın sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.

Məlumata görə, baş nazirin müavini, yanğınla əlaqədar yaradılmış Dövlət Komissiyasının sədri Abid Şərifov binanın durumundan danışıb. O, bildirib ki, mütəxəssislər yoxlama aparıblar. Bina bərpa olunacaq. Bunun üçün layihə hazırlanıb, on gün ərzində təqdim ediləcək. Təmir-bərpa işləri üçün ilkin vəsait də ayrılıb. Mənzillər dövlət hesabına məişət əşyaları ilə təmin ediləcək.

Onun sözlərinə görə, bina sakinlərinin bütün kommunal borcları silinib. "Asan xidmət"in səyyar avtobusları binanın yanında fəaliyyət göstərir, sənədlər verilir.
Yanğın zamanı xəsarət alanların vəziyyətinin yaxşılaşdığını bildirən A.Şərifov deyib ki, xəstəxanalarda 12 nəfər qalıb. Bu insanların sağlamlıq durumu Səhiyyə Nazirliyinin və Dövlət Komissiyasının tam nəzarəti altındadır. Son məlumata görə, onların hamısı tezliklə xəstəxanadan buraxılacaq.

Komissiya sədrinin söylədiyinə görə, yanğın zamanı ziyan dəymiş avtomobillərin sahiblərinə kompensasiya ödənilməsi nəzərdə tutulur./AzərTac


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 571   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) "İmprotex İndustries" MMC (VÖEN – 1401813511) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə ANAMA minatəmizləmə texnikaları, ehtiyat hissələri və təlim xidmətlərini

23 aprel
.

Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır

1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir. "Qafqazinfo"nun məlumatına görə, təqsirləndirilən vəkil konvoy müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Əvvəlki prosesdə Sümbülə Əliyeva işə baxan hakimlərə etira

22 aprel
.

"Baku electronics"ə cərimə yazılmasının səbəbi açıqlandı

"Baku electronics" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 44.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir

23 aprel
.

Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ

Nazirlər Kabinetinin ölkədə taksi xidməti ilə bağlı qərarı iyulun 1-dən qüvvəyə minəcək. -in məlumatına görə, taksilərlə bağlı bu tələblər bunlar olacaq:. Buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Avtomobilin istehsal yaşı 8-dən az olmalıdır ki, sahibi taksi fəaliyyətin

23 aprel
.

Bakıda itkin düşən naftalanlı gənc tapıldı - YENİLƏNİB + FOTO

Bakıya işləməyə gəlib itkin düşən, 2006-cı il təvəllüdlü Pərviz Ələkbərov tapılıb. xəbər verir ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin Bakı şəhərində olduğu müəyyən edilib. 10:46. Naftalan şəhər sakini, 2006-cı il təvəllüdlü Pərviz Ələkbəro

22 aprel
.

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib

Qərbi Kaspi Universitetinin sabiq sektor müdiri Asim Əliyev əcnəbi tələbələrin təhsilhaqqını mənimsədiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 2022-ci ilin avqustuna kimi Beynəlxalq Əlaqələr şöbəsinin əcnəbi tələbələrlə iş sektorunun müdiri işləmi

22 aprel
.

Sumqayıtda müəllim vəfat etdi

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, ötən gün sözügedən məktəbin ingilis dili müəllimi Xuraman Əliyeva qəfil dünyasını dəyişib

23 aprel
.

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyini

22 aprel