Xırda qəpiyi götürməyənlər cərimələnəcək- TƏKLİF

Xırda qəpiyi götürməyənlər cərimələnəcək- TƏKLİFQəpik də manat kimi milli pul vahidimizdir. Amma bu gün ölkəmizdə 1, 3, 5 qəpiklik kimi xırda metal pullara münasibət heç də birmənalı deyil.

Bu xırda qəpikləri iri supermarketlər şəbəkəsində, ictimai iaşə yerlərində, avto parklarda ödəniş kimi istifadə etmək istədikdə sanki xidmət göstərənləri təhqir edirsən. Çox zaman adamı borclu çıxarmağa da cəhd edirlər. Sanki xırda qəpik uzatmaqla günah bir iş görmüş olursan.

Yəni açıq şəkildə xırda qəpiklərə qarşı cəmiyyətdə sanki bir allergiya formalaşıb.

Bəs metal qəpiklərə bu cür hörmətsizliyin səbəbləri nədən qaynaqlanır?

"Xırda qəpiklərə hörmətsizlik edən cinayət məsuliyyətinə cəlb olunmalıdır"

Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas deputat Tahir Kərimli açıqlamasında deyib ki, xırda qəpiklərə bu cür münasibət cinayət məsuliyyəti yaradır:

"Bu gün 3-5 qəpiklərin gündəlik həyatımızda istifadəsindən açıq şəkildə imtina edilməsi və buna birbaşa olaraq sahibkarların şərait yaratması açıq şəkildə cinayət faktıdır.

Belə hallara qarşı mübarizə aparılmalı və günahkarlar mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Həm Cinayət Məcəlləsində, həm də inzibati hüquqpozmalar qanununda Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı hörmətsizliyə görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Dövlət rəmzlərinə hörmətsizlik faktında cinayət tərkibi böyük olanda bu Cnayət Məcəlləsi ilə, xırda hüquqpozma olduqda isə inzibati hüquqpozmalar qanunu ilə tənzimlənir".

"Bu cür halları yaradan sahibkarlar cəzalandırılmaldır"

Deputat hesab edir ki, xırda qəpiklərin istifadəsinə maneə törədən sahibkarlara qarşı ciddi addımlar atılmaldır:
"Bu sahədə xüsusi nəzarət orqanları var. Həmin orqanlar qəpiklərin istifadəsi ilə bağlı hüquqpozmaları şikayət olmazdan öncə araşdırmalıdır. Məsələn, avtoparklardakı aparatlarda, iri supermaketlər şəbəkəsində bu gün xırda 3-5 qəpiklərə hörmətsizlik daha çox nəzərə çarpır.

Bu sahibkarlıq subyektləri ciddi nəzarətə götürülməlidir. Axı nəyə görə pul qazandıqları halda dövlət atributuna qarşı bu cür hörmətsizlik edilməlidir?

Qəpik milli pul vahidi kimi dövlətin suverenliyinin əsasıdır. Qəpik də dövlətin bayrağı, gerbi, himni kimi qorunmalı və heç bir hörmətsizliyə məruz qalmamalıdır.

Milli pul vahidinə, qəpiklərə qarşı bu cür hörmətsizlik eyni zamanda ciddi şəkildə ictimai qınaq da yaratmalıdır. Amma təəssüf ki, bu cür ictimai qınaq hələ də azdır. Hamı gözəl bilir ki, bu gün iri super-marketlər şəbəkəsində və avtoparkların əksəriyyəti məmurların, hüquqi şəxslərindir.

İlk növbədə cinayət məsuliyyətinə hüquqi şəxslər cəlb olunmalıdır. Çünki bu gün hüquqi şəxslər barəsində maliyyə sanksiyaları daha çox olduğu üçün, onlar bu sanksiyalarla cinayət məsuliyyətinə cəlb edilməlidirlər".

"Xırda qəpiklər ləğv olunmalı deyil"

Sonxeber.az modern.az-a istinadən bildirir ki, Tahir Kərimli deyib ki, xırda qəpiklərin ləğv edilməsi səhv addım olar:
"Mən sizin vasitənizlə deputat kimi buradan iqtisadi nəzarət orqanlarına səslənirəm ki, ölkədə xırda qəpik pullara qarşı hörmətsizliyin qarşısını alsınlar.

Rusiyada qəpiklərin bizimkindən orta hesabla 20-30 dəfə ucuz olmasına baxmayaraq, qəpikləri ləğv etməyi düşünmürlər.

Amma Azərbaycanda bəzən deyirlər ki, 3-5 qəpiklər ləğv olunsun. Axı niyə ləğv olunmalıdır? Hansısa işbazlar, sui-istifadəçilər xırda qəpiklərdən istifadə etmir deyə, milli valyuta da ləğv olunmalıdır ? Xeyr, belə bir şey ola bilməz.

Əksinə, qəpiklərdə maliyyə qiymətləndirmələri düzgün aparılmaldır. Bəs nəyə görə hökumət bu qəpikləri tədavülə buraxıb? Bu qəpiklər nəyə görə maliyyə və digər qanunvericilik aktlarına salınıb? Deməli, ləğv olunmalı deyil.

Rusiya, Türkiyə, Gürcüstanda xırda qəpiklərdən heç bir problem olmadan istifadə olunursa, deməli, bizdə də mümkündür.

Bu məsələ mütləq Milli Məclisdə ciddi şəkildə qaldırılmalıdır. Qəpiklərə qarşı bu cür hörmətsizlik parlamentin komitə və plenar iclaslarında da müzakirəyə çıxarılmalıdır. Çünki pula hörmətsizlik heç vaxt başucalığı gətirməyəcək".(milli)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 975   Tarix: 27 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14 aprel
.

Suyun şüşələrə doldurulması üsulu insanları TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Şüşələnmiş suyun daşınmasının asanlığı və onun güman edilən faydaları, istehsalının təfərrüatları məlum olduqdan sonra çoxlarını istifadədən çəkindirdi. xəbər verir ki, bu barədə "Mashed" "YouTube" kanalında məlumat verilib. Planetdə hər gün tullantıların miqdarını artıran və 60 milyo

6 aprel
.

"WhatsApp"da MÖHTƏŞƏM YENİLİK: Bundan sonra...

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır. Yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır. Məlumata görə, yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb. "WhatsApp" status yeniləmələri üçü

7 aprel
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13 aprel
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

7 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Çəkilmiş ət alarkən aldanmamağın yeganə yolu - VİDEO

Ətin bir kiloqramı 16-18 manat civarında təklif edilir. Çəkilmişinin kiloqramı isə 9-13 manat aralığında satılır. xəbər verir ki, paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi ətin özündən 3-4 manat ucuzdur. Halbuki farş ət sümüksüz və hazır olduğundan adi ətin özündən baha olmalıdır. Sakinlərin bu məsəl

14 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel
.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13 aprel