Ölkə başçısı - Qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir

Ölkə başçısı - Qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir"Bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycan regionlarının inkişafı prioritet məsələ olaraq qalır: "Bu təşəbbüsü 2004-cü ildə mən irəli sürmüşdüm və o gündən bu günə qədər bütün şəhərlər, rayonlar inkişaf edir, abadlaşır. Regional inkişaf proqramımız bizə imkan verir ki, ölkəmiz həm iqtisadi, həm coğrafi baxımdan çoxşaxəli şəkildə inkişaf etsin. Sumqayıtın bu proqramın icrasında xüsusi yeri var. Sumqayıt böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də kifayət qədər böyükdür. Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir. Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni, bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər".
"Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın. Onu da qeyd etməliyəm ki, mən dəfələrlə bəyan etmişəm bizim paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Çalışmaq lazımdır ki, bütün şəhərlər Bakıya oxşasın. Yəni, memarlığa görə yox, çünki hər bir şəhərin öz tarixi, öz siması var. Ancaq abadlıq, rahatlıq, insanların yaşayış səviyyəsi baxımından hər bir şəhər çalışmalıdır ki, Bakıya yaxınlaşsın. Hesab edirəm ki, Sumqayıt artıq Bakının səviyyəsinə gəlib çatıb. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm", - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Sumqayıtda infrastruktur layihələri uğurla icra edilir: "Mənə verilən məlumata görə, qazlaşmanın səviyyəsi təqribən 100 faizə yaxındır. Şəhər əhalisinin 80 faizini fasiləsiz içməli su təminatı əhatə edir. Çalışmalıyıq ki, bu, 100 faizə çatsın. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Çünki mənim təşəbbüsümlə birinci böyük elektrik stansiyası Sumqayıtda tikilmişdir və biz onun açılışını qeyd etdik. Gücü 525 meqavat olan bir stansiya o vaxt ona görə tikildi ki, mən Sumqayıtın uğurlu inkişafını görürdüm, buna əmin idim və bilirdim ki, Sumqayıta daha böyük həcmdə elektrik enerjisi lazım olacaq. Sumqayıtda yolların salınması işi gedir, sosial infrastruktur yeniləşir, Olimpiya, Paralimpiya kompleksləri, "ASAN xidmət" mərkəzi yaradılıb, xəstəxana təmir olunub. Yəni, şəhər hərtərəfli inkişaf edir və bu, əlbəttə, məni və əminəm ki, sizi çox sevindirir. Sumqayıt tarixən kimyaçılar şəhəri kimi salınmışdır, Sovet İttifaqının kimya sənayesinin mərkəzi olmuşdur. Bu gün isə Sumqayıt müasir, dünya səviyyəli sənaye mərkəzinə çevrilib. Qarşıya məhz belə vəzifə qoyulub ki, Sumqayıtda ən müasir sənaye müəssisələri yaradılmalıdır. Bu, bizim ümumi sənaye potensialımızı gücləndirəcək, minlərlə, on minlərlə yeni iş yeri yaradacaq. Mən çox şadam ki, bu gün Sumqayıtda artıq icra edilmiş və icrada olan sahələr bu məqsədi təmin edib. Son illər ərzində Sumqayıtın sənaye potensialı böyük dərəcədə artıb və əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır. Əminəm ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq. Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır - gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir. Yeni inşa olunan sənaye müəssisələrində əsas şərt ondan ibarətdir ki, ekologiyaya tam riayət edilsin və ekoloji təmiz sənaye müəssisələri yaradılsın".
Prezident İlham Əliyev bildirib ki, Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir: "Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu gün çıxışlarda həm görülən, həm də görüləcək işlər haqqında məruzələr səslənəcək. Mən xüsusi göstəriş vermişəm ki, bu məruzələrdə həm sumqayıtlılara, həm də respublika əhalisinə görülən və görüləcək işlər haqqında hesabat verilsin. Çünki əlbəttə, siz yaxşı bilirsiniz ki, şəhərinizdə hansı işlər görülüb. Ancaq bu təqdimatlar bu gün daha da geniş formada veriləcək. Hər kəs görəcək ki, Sumqayıt bu gün əgər Cənubi Qafqazın ikinci sənaye şəhəridirsə, bu şərəfli adı daim daşıyacaq. Çünki Sumqayıtda təməlini qoyduğumuz böyük sənaye layihələri, müəssisələr dünya səviyyəli layihələrdir. Sumqayıt Texnologiyalar Parkı artıq neçə ildir ki, fəaliyyət göstərir. Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Artıq müəssisələr fəaliyyətə başlayıb, o cümlədən boru istehsalı müəssisələri xaricə məhsul ixrac edir. Bu, bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki biz ixracyönümlü məhsullar istehsal etməliyik. Polimer zavodu artıq inşa edilir. Onun təməlini şəxsən mən qoymuşam. Təqribən 1 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulub. Azot gübrələri zavodu yaradılır. Bu da həm ölkə tələbatını ödəyəcək, həm də böyük ixrac potensialı yaradacaq. Yüngül sənaye ilə bağlı olan müəssisələr fəaliyyət göstərir. Qida sənayesi inkişaf edir. Yəni, Sumqayıtın inkişafı hərtərəflidir, ilk növbədə, şəhər infrastrukturu. Çünki nəqliyyatla bağlı yeni layihələr var. Mənə bu gün yeni avtobuslar göstərildi. Bu da çox vacib olan sahədir. İnsanlar şəhər nəqliyyatından razı olsunlar. Abadlıq işləri, ictimai zonalar, istirahət mərkəzləri, sənaye potensialı, bax, budur, əsas vəzifələr. Hər bir ölkə, hər bir şəhər üçün əsas vəzifələr bundan ibarətdir - iş yerləri olsun, insanlar yaxşı maaş alsınlar, yaxşı məktəblər, uşaq bağçaları, tibb xidməti olsun, təhlükəsizlik təmin edilsin, şəhər nəqliyyatı yaxşı işləsin, ədalət həmişə zəfər çalsın. Bax, biz bu gün bu yolla gedirik və son illər ölkəmizdə qazandığımız nailiyyətləri, həyata keçirdiyimiz siyasəti Sumqayıtın timsalında əyani şəkildə görürük. Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq".
Ölkə başçısı - Qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1280   Tarix: 27 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

"Azərbaycan da Fransadakı səfirini geri çağırmalıdır" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

17 aprel
.

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır. xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib:. "Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan memorandumla Qarabağ regionunda atəşkəsə nəzarət və pozuntuların qarşısını

18 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel