Yanan binanı təmir edəcək deputat: "Fəaliyyətim tam qanunidir"

Yanan binanı təmir edəcək deputat: "Fəaliyyətim tam qanunidir""Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur".

Binəqədi rayonunda yanan binanın təmiri "Azəraqrartikinti" ASC-yə həvalə olunub. Bununla bağlı ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev "Yeni Müsavat"a açıqlama verib:

"Binanın təmiri bizə həvalə olunub. Hazırda binanın üzlük konstruksiyasının söküntüsü ilə məşğuluq. Alt konstruksiyanın söküntüsünü 3 gün müddətinə yekunlaşdıracağıq. Fövqəladə Hallar Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən həmin binanın layihə-smeta sənədləri hazırlanır, bina Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müayinə olunur, binanın dayanıqlığı normal şəkildədir.

Ancaq bəzi düyünlərdə bərpa-gücləndirmə tədbirlərinin keçirilməsinə də çox güman ki, ehtiyac olacaq. Layihə-smeta sənədləri bizə verildikdən sonra binanın hansı müddətə təmir olunacağını deyə bilərik. Hesab edirəm ki, binanı 4-5 aya tam təmir edib, təhvil vermək mümkün olacaq".

Deputat bildirib ki, binada poliuretan üzlükdən istifadə edilməyəcək:

"Nəinki həmin binada, ümumiyyətlə, respublikada aparılan tikintilərdə poliuretandan istifadə olunması bu gündən sonra qadağan olunub. Hazırda həmin binada üzlənmə işlərinin görülməsi üçün 3 material üzərində işlənir.

Birincisi keremoqranit, ikincisi pəncərələrin kənarları aqlay daşı ilə üzlənib ətrafı suvaq vurulacaq və yüksək keyfiyyətli boya ilə üzlənə bilər, hansı ki, həmin boyaların istismar müddəti 20 ildən az deyil, üçüncüsü də sintofleks adlı materialdır. Həmin material İtaliyada, İspaniyada və Türkiyədə istehsal olunur. Ola bilər ki, bu materialdan da istifadə olunsun. Hazırda bu 3 variant üzərində işlənir, layihə-smeta sənədlərində nədən istifadə olunması nəzərdə tutulacaqsa, biz də o materialdan istifadə edib binanın üzlənməsini təmin edəcəyik".

Deputat binadakı təmirin ən qısa müddətə və yüksək keyfiyyətlə həyata keçiriləcəyini də söylədi:

"Binanı yüksək keyfiyyətlə təmir etməyi öhdəmizə götürmüşük, binanın daxilindəki təmir işlərindən tutmuş, fasadı, damı yenidən qurulacaq".

Poliuretan materialın keyfiyyətsizliyi haqda fikirlərə də deputatın münasibət bildirib. A.Vəliyev üzlük materialı haqda bunları bildiyini açıqladı:

"Bu, çox tez alışan materialdır. Görünür, istehsal prosesində pozuntu olub. İstehsal zamanı yanğına davamlı olması üçün müəyyən qatqılar əlavə olunmalıdır. Yəqin həmin materiallardan istifadə edilməyib. Düşünürəm ki, FHN-in laboratoriyasında poliuretanla bağlı bütün suallara aydınlıq gətiriləcək. Amma bu material tez alışan, tez yanan materialdır".

Mövcud qanunlara görə deputatlar gəlir gətirən fəaliyyətlə, bizneslə məşğul ola bilməzlər.

A.Vəliyev bu barədə yazılanlara da aydınlıq gətirib:

"Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam. Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 559   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

29 mart
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

29 mart
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

29 mart
.

Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub. Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov Ölkə.Az-a açıqlamasında bildirib ki, tələb bütün taksi fəaliyyətinə aiddir:. "Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışa

29 mart
.

İftar süfrəsi üçün fərqli reseptlər

"İftar menyusu"nu təqdim edirik:. Mantı şorbası. Ərzaqlar:. Xəmiri üçün:. 3-3,5 stəkan un. 1 yumurta. 1 stəkan su. 1 çay qaşığı duz. İç üçün:. 300 qram qiymə . 1 soğan. 1 çay qaşığı duz. 1 çay qaşığı qara bibər. Bişirmək:. 1 stəkan qaynadılmış noxud. 1 orta boy soğan. 2 diş sarımsaq. 1 xörə

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart
.

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır. Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm d

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart