Messinin sevimli peçenyeləri - FOTO
Sonxeber.az Argentina mətbəxindən alfaxores peçenyelərinin hazırlanma qaydasını təqdim edir
Tuxum-barak - FOTO
Kulinarlar dərhal: "Futbolçunun mətbəximizdə nə işi var?" deməsinlər. Milyonların sevimlisi, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi, deyilənə görə, balaca vaxtı qolları peçenyelərə görə vururmuş. Düzdür, onların məhz alfaxores olduğunu heç kim deyə bilməz. Böyüsə də, indinin özündə də anası donya Seliya Mariya Kuçittini İspaniyaya oğlunu görməyə gələndə onunçün mütləq ən sevdiyi alfaxoresdən bişirir. Ağzının dadını bilir Messi. Siz də hazırlayıb dadın.
Onu da deyək ki, Argentinada 19-cu əsrdən bişirilən bu peçenyenin kökləri Ərəbistana dayanır. Çünki elə adı da ərəbcədir: alfaxor - əla, yaxud fantastik şirniyyat deməkdir. Hazırda xüsusilə ispandilli ölkələrdə populyardır.
Tərkibi (33 ədəd):
xəmir:
1 limon
255 q kərə yağı
400 q qarğıdalı unu
150 q buğda unu
1,5 ç.q. qabartma tozu
50 ml qızılı rom
230 q şəkər tozu
1 x.q. vanilli şəkər
1 ç.q. soda
3 çimdik dəniz duzu
2 yumurta + 2 yumurtanın sarısı
iç:
100 q araxis
1,5 banka bişmiş qatılaşdırılmış süd (orijinalda Dulce de leche)
100 q kokos yonqarı
Xəmir üçün olan quru ərzağı - hər iki növ unu, duzu, sodanı, qabartma tozunu qarışdırın.
Yumşaldılmış yağı şəkər tozu və vanillə həcmli, açıq rəngli krem alınanadək çalın.
Limon qabığını sürtgəcin xırda gözündən keçirin (ağ hissəsini olmaz).
Yumurtalarla yumurta sarılarını bir-bir əlavə edin, hər birindən sonra yaxşıca çalın.
Rom əlavə edib çalın.
Quru ərzağı əlavə edin. Əlüstü xəmir yoğurun (çox yoğurmaq lazım deyil, yoxsa peçenye bərk olar).
Xəmir çox yumşaq, ovuntuq kimi və ələ yapışmayan olur.
İki kündəyə ayırıb qida plyonkasına bükün. Yastılayın. Soyuducuda 1 saat saxlayın.
Bu müddətdə araxisi sobada qovurun. Qabığını təmizləyib bıçaqla xırdalayın.
Xəmirin bir kündəsini çıxarıb azacıq un səpilmiş masada 0,4-0,5 sm qalınlıqda yayın. Formalarla dairə kəsin.
Siniyə düzün. Dairələrin yarısının ortasını fiqurlu kəsib çıxara da bilərsiniz (orijinalda bu yoxdur, amma gözəl görünür).
175 dərəcə qızdırılmış sobada 15 dəqiqə, azacıq qızılı rəng alanadək bişirin. Şəbəkənin üzərində soyudun.
Digər kündəni də eyni qaydada hazırlayıb bişirin.
Bir peçenyenin üzərinə 1 qəhvə qaşığı bişmiş qatılaşdırılmış süd çəkib ikinci peçenyeni üzərinə qoyun, azca basın ki, iç kənarından çıxsın. Sonra bu kənarları kokos yonqarı və araxis qarışığına batırın. (Milli.az)
Nuş olsun!

















Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 811 Tarix: 16 oktyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hansı sadə vərdişlər beyni cavan saxlamağa kömək edir?
ABŞ-nin Florida Universitetinin alimləri sadə gündəlik vərdişlərin beyni təxminən on il "cavanlaşdıra" biləcəyini sübut ediblər. Bu barədə "ScienceDaily" nəşrinə istinadən məlumat verir. Məlumata görə, iki il davam edən araşdırma sübut edib ki, qoruyucu davranış faktorları beyin sağlamlığın
18 dekabrBu ətləri qətiyyən almaq olmaz - Ekspertdən XƏBƏRDARLIQ
"Hansı ölkədən idxal olunmasından asılı olmayaraq bütün ətlər sərhədi keçəndə aidiyyəti qurum tərəfindən həm qida təhlükəsizliyi qaydalarına uyğun şəkildə nəzarət, həm də risk əsaslı laborator analizlər aparılmalıdır. Bu məhsullar satış mərkəzlərinə soyuq qida zəncirində gətirilməlidir, temperatu
20 dekabrNiyə ön şüşələrdə qara nöqtələr olur? - Az adamın bildiyi gizli XÜSUSİYYƏT
Bir çox sürücü yalnız son vaxtlar avtomobillərin, ilk baxışda xırda görünən bir detalına - ön şüşənin kənarları boyunca yerləşən qara nöqtələrə diqqət yetirib. Demək olar ki, hər avtomobildə mövcud olmasına baxmayaraq, onların əsl təyinatı uzun müddət diqqətdən kənarda qalıb. xəbər verir ki, söhbət ö
21 dekabr"Evdə tək"in ulduzları 35 il sonra görüşdü - Fotolar
90-cı illərin məşhur komediya filmi olan "Evdə tək"in aktyorları Makoley Kalkin, Co Peşi və Daniel Sternin yenidən bir araya gəlib. Axşam.az xəbər verir ki, aktyorlar 35 ildən sonra görüşüblər. Həmin anları əks etdirən görüntülər sosial mediada yayılıb
19 dekabrTelevizoru belə silənlər diqqətli olsun: Ekrana zərər verə bilərsiniz
Televizor, kompüter və telefon kimi ekranların təmizlənməsi bir çox insan üçün çətin prosesə çevrilə bilər. Su damcıları, bezin buraxdığı izlərdən xilas olub ekranları düzgün və təhlükəsiz şəkildə təmizləmək mümkündürmü?. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, televizor ekranında çirk və tozu
21 dekabrİnsanların 50 yaşından sonra peşman olduqları 16 səhv
50 yaşında, bəzən isə daha gec bir həqiqət aydın olur: keçmişi dəyişmək mümkün deyil, amma gələcək hələ də açıqdır. İnsanlar isə tez-tez bəzi şeyləri düzgün etmədiklərinə görə peşman olurlar. Qaynarinfo xəbər verir ki, bu barədə "BestLife" yazır. 2024-cü ildə aparılan sorğu göstərib ki, 5
19 dekabrYeni il ağacları təhlükəli ola bilər
"Yeni il ağacları ciddi allergiyaya səbəb ola bilər". "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim Aleksandra Filyova deyib. O qeyd edib ki, allergiyanın səbəblərindən biri satışdan əvvəl daşınarkən və saxlanılarkən canlı ağacın qabığında və gövdəsində əmələ gələ
17 dekabrAlmaniya sakinindən maraqlı rekord: 11 min qar kürəsi toplayıb
Almaniya sakini Yozef Kardinal rekord sayda qar kürəsi toplayıb. xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Son günlərdə Ginnesin Rekordlar Kitabının nümayəndəsi kolleksiyaçının Nürnberqdəki evinə baş çəkib və dünyanın ən böyük qar kürəsi kolleksiyası üçün yeni rekordu rəsmi olaraq təsdiqləyib. Kardina
18 dekabrZidanın "Real"a qayıtmamasının səbəbi
Fransalı məşqçi Zinəddin Zidan, mümkün qayıdış şayiələrinə baxmayaraq, "Real"a qayıtmayacaq. Əvvəllər hazırkı baş məşqçi Xabi Alonsonun "Real"dan qovulmaq üzrə olduğu bildirilirdi. 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra məşqçilik etməyən Zidan, onun yerinə əsas namizə
19 dekabr