Öldürülən əsgərlə bağlı şok detallar - FOTO - VİDEO

Öldürülən əsgərlə bağlı şok detallar - FOTO - VİDEOFHN olayın qətl olduğunu təsdiqləyib; Tapdıq Babaşovun yaxınları onun işgəncəyə məruz qaldığını, öldükdən sonra 4-cü mərtəbədən atıldığını deyirlər; mərhumun sevdiyi qız gözüyaşlı qaldı...

Mayın 22-də Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində 23 yaşlı Babaşov Tapdıq Əlizaman oğlunun müəmmalı şəkildə ölməsi haqda xəbər vermişdik. BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirən mərhumun mayın 25-də Şamaxıdakı ata yurdunda üç mərasimi keçirildi. Ailənin yeganə oğlu olan T.Babaşovun yas mərasimində iştirak etmək üçün Şamaxıya yollandıq.

Rastlaşdığımız mənzərə ağır idi. Hər kəs mərhumun vətənpərvərliyindən danışır, qatillərinin cəzalandırılmasını tələb edirdi. Artıq hadisənin qətl olmasına şübhə yox idi. Çünki FHN-də faktı təsdiqləyib, istintaq aparıldığını və bugünlərdə günahkarların cəzalandırılacağına söz veriblər. Ekspertiza da mərhumun döyülərək öldürüldüyü rəyini verib.

Tapdığın yaxınları onun idmançı olduğunu nəzərə alaraq, bu qətldə bir yox, bir neçə şəxsin iştirakını iddia edirlər. Bizimlə danışıqlarında yarım ay öncə mərhumun andiçməsində iştirak edən yaxın qohumları onun heç nədən şikayətinin olmadığını bildirdilər. Hətta öldüyü gündən bir gün öncə Tapdıq ailəsi ilə son dəfə danışıb. Hər şeyin yaxşı olduğunu, sentyabrda məzuniyyətə buraxılacağını söyləyib. İki saatdan sonra isə ailəsinə onun 4-cü mərtəbədən yıxıldığı xəbəri verilib.

Xəstəxanada həkimlər Babaşovun iki ayağının qırıldığını və tezliklə sağalacağını bildiriblər. Lakin sonradan ümid dolu sözlər faciəvi xəbərlə bitib. Baxışovlar ailəsinin əsas iddialarından biri də mərhumun hərbi hissədə öldürülərək, 4-cü mərtəbədən atılması ilə bağlıdır...

Mərhumun anası ilə söhbət etməyə cəhd etsək də, alınmadı. Yeganə oğlunu itirən ana şokdan ayıla bilmir. Tapdıq Babaşovun dayısı İsaq Süleymanov bacısı oğlunun vətənə bağlı bir insan olduğunu bildirdi: "Hədsiz dərəcədə vətənini sevirdi. Əsgərliyə getmək üçün nələr etdiyini onu tanıyanlar yaxşı bilir. Onun ödündə daş var idi. Komissiyadan keçəndə dedilər ki, sənə əsgərliyə getmək olmaz. Onu Çinə göndərdik. 15 gün müalicədən sonra qayıtdı. Təzədən komissiyadan keçdi. Hər şey normal idi. Əsgərliyə getdi. Xəbəri qəflətən eşitdik. Heç kəslə problemi olacaq insan deyildi. Andiçməsində yanına getdik. Xidmətinə görə elə sevinirdi ki. Hər şeydən razı idi. Sonuncu dəfə ölümü günü zəng edib. Deyib ki, narahat olmayın, Allah qoysa, sentyabrda məzuniyyətə gələcəm. Vətənə qulluq etməkdən hər danışığında qürur hissi keçirdiyini deyirdi".

Mərhumun nəşini görən dayısı şok faktlar açıqladı: "Qollarında qaraltı var idi. Bədənində salamat yeri yox idi. Üzü tamamilə yox dərəcəsində idi. Başı iki yerə bölünmüş, tikiş qoymuşdular. Ayaq dabanlarının hər ikisi tikişdə idi. Bir onu bilirəm ki, son zamanlar hərbidə tez-tez belə şeylər olur. Kaş bacım oğlu şəhid olardı. Buna çox sevinərdim. Bilərdim ki, Tapdıq vətən uğrunda şəhid olub. Amma heyf ki, özümüzünkülər öldürür. Yaxın günlərdə hər şey üzə çıxacaq. İstintaq başlayıb. Tutulan var.

Amma kimliyi açıqlanmır. Tezliklə bütün Azərbaycan qatilin kimliyini biləcək. Tapdıq hamıya "qadan alım" deyirdi. Savadlı insan idi. BDU-nun tarix fakültəsini bitirmişdi. Öz hesabına qəbul olmuşdu. Axırı da bu oldu. Özünün bir problemi ola bilməzdi. Görünür, onu insana yaraşmayan hərəkətlərə məcbur etmək istəyiblər. O hərbi hissədə qalmayacaqdı. Orada iki-üç ay qalandan sonra döyüş bölgələrinə göndərilir. Özü deyirdi ki, bir aydan sonra bizi böləcəklər. Ola bilsin ki, kiminsə bununla problemi olsun, getmə vaxtı çatdığına görə öldürsünlər. Amma dəqiq fakt iki günə ortaya çıxacaq".

İ.Süleymanov Tapdığın atasını iki il öncə itirdiyini söylədi: "Ailədə üç övlad idi. Tapdıq atasını iki il öncə itirdi. Atası rəhmətə gedəndən sonra çətin günlər gördü. Çalışdıq ki, bu çətinliyi unutduraq. Özü deyirdi ki, dayı, narahat olma, atamın buraxdığı yarımçıq işləri tamamlayacam. Heyf ki, tamamlaya bilmədi. Anasının, bacılarının xoşbəxtliyi üçün çalışırdı. Ehtiyaclarının olmasına imkan vermirdi. Daim bacılarının yanında olurdu. İndi eşidirəm ki, istədiyi qız var imiş. Qarşılıqlı sevgiləri olub. Gələndən sonra toyları olmalı imiş. Kimliyini bilmirəm. Ancaq tariximiz haqqında maraqlanırdı. 3 dil bilirdi - alman, ingilis, rus. Heç yerə işə götürmürdülər. Çünki əsgərliyə getməmişdi. Onun tələbə yoldaşlarının hamısı əsgərliyə getmişdi. Bu da istədi. Vətənini və tarixi çox sevirdi".

Mərhumun dayısı FHN-də olan görüşlərindən də danışdı: "Hər şeyin qısa müddətdə açıqlanacağını bildirdilər. Qətllə bağlı saxlanılan şəxslərin olduğunu söylədilər. İstintaq sirr olduğuna görə yaxın iki-üç gündə açıqlayacaqlar. Nazir müavini bacımı qəbul edib. Bugünlərdə nazir özü də qəbul edəcək. Xəbəri eşitmək hədsiz dərəcədə ağır oldu. Hələ də şokdayıq. Elə bilirik ki, bu dəqiqə gələcək. Anası iynə ilə ayılır, yatır. İnanmıram ki, bu ayrılığa o dözəcək. Bizə ilk dəfə yıxıldığını dedilər. Səhər tezdən xəstəxanaya getdik. Ora çatanda artıq rəhmətə getdi xəbərini eşitdim. Guya xəstəxanada komada olub. Sonradan gördüm ki, bizi aldadırlar. Çünki onun meyitini şəxsən özüm gördüm. Üzünü açıb baxdım. Tapdığı öldürüb, yuxarıdan yerə atıblar.

Onun üzü, bədənində gördüklərim çox şeyi sübut etdi. İnsanlığa sığışmayan hərəkət idi. Bunu yalnız şərəfsizlər edə bilər. Bəlkə də erməni bunu eləməzdi. Amma bizim millətin şərəfsizləri edə bilər. Görüblər ki, ölüb, 4-cü mərtəbədən tullayıblar. İzi itirmək üçün. Əsgər heç vaxt belə hərəkət etməz. Çünki hamı evindən iki aydır çıxıb. Bunu edən zabitlərdir. Əsgərliyi qurtarıb, pula görə işləyən zabitlər. Heç bir savadı olmayan, çoban şərəfsizlər. Maaşa görə qalırlar. Əsgər yoldaşlarından heç kəsi tanımırıq. 30 günün əsgəri idi Tapdıq. Xəstəxanada ayağının qırılması, yıxılması sözləri bizdə şübhə yaradır. Onu xəstəxanaya ölü gətiriblər. Bədəninin hər yerində tikiş var idi. Ekspertizanın tikişini bilirik. Ekspertin başında, ayaqlarında nə işi var? Ekspert təsdiq etdi ki, öldürülüb".

Tapdığın dayısı göstərilən diqqət və dəstəkdən razıdır: "Rayon rəhbərliyi dəfn və üç mərasimində iştirak etdi. Hüquq mühafizə orqanları burada idi. Dəfndə iştirak edən nazir müavini dedi ki, qətl açılmasa, günahkar bizik. Bu sözün arxasında başqa şey durur. Hətta tutulan şəxs olduğunu da dedi. Yardım etmək istədilər. Amma bizə lazım deyil. Bir oğlumuz var idi, o da getdi. İndi bizə lazım olan, qətlin iştirakçılarının həbsidir. Onlar cavab verməlidir. Bu, bir şəxsin törədəcəyi iş deyil. Son olaraq, öyrənmişəm ki, o hərbi hissədə qulluq edənlərin 90%-i harınlamış şəxslərdir. Başqa şəxslərin bu hadisəni görməməsi mümkün deyil. Çünki bir dəqiqəlik qətl ola bilməz. Kasıb bir insanın övladı belə hadisə törətməz. Azərbaycanda günü-gündən harınlamış insanlar artır. Deyirlər ki, nazir balası harınlayır. Onlar heç əsgərliyə getmirlər. Demək, başqa səbəblər var. O, bir nəslin yeganə ümidi idi. Hamımız ona atası kimi baxırdıq. Bütün rayon bu dərdə şərik oldu. Çünki hamı onu sevirdi..."

Tapdığın xalası Səmər Süleymanova onun vətənpərvərliyinin qurbanı olduğunu söylədi: "Ondan elə xəbər eşitməyi ağlımıza gətirə bilməzdik. Çox savadlı, vətənpərvər insan idi. Bayrağımız daim olduğu otaqdan asılı olurdu. Bu cür zorakılığa heç nə səbəb ola bilməzdi. O, nəyinsə qurbanı oldu. Çünki çox alicənab idi. Orada nəyisə müdafiə edib. Haqsızlığa qarşı susan deyildi. İnanırıq ki, bu səbəb oldu. Meyitini biz görmədik. Anası çox yalvardı ki, nə olar, buraxın, qulağına səslənim, bəlkə oyandı. Deyilənə görə, beyni işləmirdi. Ölümünü iki gün bizə gec dedilər. Belə vicdansızlıq olmaz. Tapdıq idmançı idi. Üç adamın işi olmaz. Qrup şəklində öldürüblər. Ölü bilib binadan atıblar. İstintaq gedir, nəticəni gözləyirik. Bu cinayətin üstü açılacaq. İndiyə qədər əsgər cinayətlərindən heç birinin üstü açılmayıb. Yəqin ki, Kəmaləddin Heydərov bunun üstünü açacaq. İnanırıq. Bizə nazirlikdən dedilər ki, cinayətin üstünü açmasaq, cinayətkar özümüzük.

Heç cürə təsəlli tapa bilmirik. Nə etsək də, Tapdıq qayıtmayacaq. Ailəsinə çox bağlı idi. Deyirdi ki, bir il gözləyin gələcəyəm. Anası onu 23 il böyüdüb vətənə əmanət etdi. 1 ay belə qorumadılar. Tapdıq bizə heç bir şey demədi. Andiçməsinə getməyimizə razı olmadı ki, bura qadın yeri deyil. Kaş gedərdik. Son dəfə görərdik. Bir ayın qurbanı oldu. Belə vətən olar? 23 il zülmlə oğul böyüt, bu da sonluğu. Yalnız anası ilə telefonla danışırdı. Çox utancaq, abırlı, heç kimə əziyyət verməyən idi. Taksi sürürdü. Nə qazandığını soruşanda deyirdi ki, gah xəstə, gah da imkansız olduğundan pul almadım, əvəzini Allah verər. Həmişə deyirdi ki, vətənin "vətən daşı" olmaq istəyirəm. Onu gözləri götürmədi. Nazir müavini bizə dedi ki, sizin övladı bu 4 gündə sizdən daha yaxşı tanıdıq. Bütün hərbi hissənin Tapdıqdan razı olduğunu söylədilər. Bəs buna nə oldu? Ana bu dərdə necə dözsün? Təzəcə diplomunu almışdı. Vinetkasını belə hərbi geyimlə çəkdirmişdi".

Xalası göz yaşları ilə Tapdığın faciəli sonluqla bitən şəxsi həyatından bizə danışdı: "Bir qız sevirmiş. Bizə deməyib. Həmişə deyirdi ki, sevdiyim qız haqqında danışmaram, başıma bir iş gələr, onun adına söz çıxar. Qıza çoxlu hədiyyələr verib. İndi üzə çıxır. Qayıdanda toyunu edəcəyini deyibmiş. Bu da belə oldu. Atasının dostlarından birinin qızı imiş. Ailəvi yaxın imişlər. Nazir müavininə dedik ki, birdən kasıb birinin uşağını bədbəxt edərsiz. Başqasının yalandan boynuna atılar. Kim edibsə, onu istəyirik. Tapdıq cəbhə bölgəsinə getmək istəyirdi. Çox narahatıq. Nazir müavini Tapdığın bacısına dedi ki, sənin ağlamağın ürəyimizi deşdi. Öz övladının da öldüyünü, ata olduğunu söylədi. Qatili tezliklə tapacağına söz verdi. Hətta dedi ki, tapmışıq, amma açıqlaya bilmərik. Bizi arxayın ediblər. Necə ola bilər ki, günün günorta çağı qətl olsun, heç kəsin xəbəri olmasın? İşdən gələndə mənə xəbər etdilər ki, Tapdıq yıxılıb. Sən demə, həmin an həyatda yox imiş. Xəstəxanada iki gün vaxtımızı aldılar. Bizə heç nə lazım deyil. Nə yardım, nə də maliyyə. Bizə o lazımdır ki, cinayətkar cəzalandırılsın. Gözümüzün qabağında qatili görmək istəyirik. Görək o, necə insandır, hansı tərbiyənin yiyəsidir. İnsan-insana belə qəsd edər?.."/Musavat.com


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3331   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel