Röya baş götürüb ölkədən qaçdı - Qalmaqal

Röya baş götürüb ölkədən qaçdı - QalmaqalArtıq bir neçə gündür ki, tanınmış müğənni Röya Ayxanın qalmaqallı "razborka"sı mətbuatda, sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biridir.

Hazırda yayılan məlumatalar görə, müğənni tez-tələsik ölkəni tərk edib. Bu barədə onun prodüseri Kənan Bayramov Lent.az-a açıqlmasında bildirib. Onun sözlərinə görə, Röya Ayxan artıq Avropa dövlətlərinin birindədir.

Musavat.com-un əməkdaşları müğənninin prodüseri ilə əlaqə yaratmağa çalışsalar da, məlum olub ki, Kənan Babayev də ölkə xaricindədir.

Qeyd edək ki, Röya Ayxan iyunun əvvəlində keçiriləcək Azərbaycan Kubokunun finalında müğənni kimi iştirak etməli idi.

Xatırladaq ki, müğənni ötən həftə özünün "İnstagram" səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videogörüntülərindən bəlli olurdu ki, müğənni sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən "razborka" aparmışdı. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundankənar hərəkətə yol veridiyi üçün onun cəzalandırılacağını bildirmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın Konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlamışdı.

Xatırladaq ki, Röya Ayxanın bu cür "razborka" hərəkəti və bundan irəli gələrək, ölkədən qaçması birinci dəfə deyil. Belə ki, müğənni barəsində 21 noyabr 2012-ci il tarixində "Yeni Müsavat" qəzetində gedən yazıda qeyd edilirdi ki, 4 oktyabr tarixində Yevlax rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (keçmiş Hərbi Komissarlıq) Mingəçevir şəhər şöbəsinin rəhbəri, general Bəylər Əyyubovun yaxın qohumu Əqid Bayroyevin təşkil etdiyi məclisdə Röya Ayxan və həmkarı Elton iştirak ediblər. Bir qədər sonra hər iki müğənni arasında mübahisə baş verib.

"Yeni Müsavat"a daxil olan məlumata görə, Röya bununla bağlı uzun müddət dostluq etdiyi Əqid Bayroyevdən xahiş edib ki, Eltonu cəzalandırsın. Hərbi komissar da eləməyib tənbəllik, Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona "bir də Röyaya gözün üstə qaşın var, desən, səni öldürərik" tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi Mirqafar Seyidovun adına şikayət ərizəsi yazır.

Bundan sonra əməliyyat hazırlanır. "Bandotdel"in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya Eltonu Əqid Bayroyev vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib.

Baş verənlərlə bağlı məlumatlar Bəylər Əyyubova çatdıqda o, harın qohumlarının onsuz da onu cana-boğaza yığdığını əsas gətirərək, tapşırıq verir ki, Əqid dərhal cəzalandırılsın. Bundan sonra onun da "Bandotdel"də ifadəsi alınır və işdən azad edilir.

Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi. Deyilənə görə, onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2183   Tarix: 27 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

İbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."

Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam

16 aprel
.

Faiq Ağayevə SƏRT QADAĞA - Tədbirlərdə yarımsaat çıxış edəcək - SƏBƏB

Xalq artisti Faiq Ağayev bütov toylara getməkdən müvəqqəti olaraq imtina edib. Bu barədə -ə sənətçinin köməkçisi Cabir Əliyev məlumat verib. O, bildirib ki, bu qərarı meqastar irimiqyaslı konsert layihəsinə hazırlaşdığına görə verib. Cabir Əliyev qeyd edib ki, həkim məsləhəti ilə səsin qorunması üçü

24 aprel
.

Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər -VİDEO

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin toydur. -ın məlumatına görə, müğənni Mərdan Kazımovla ailə quran Nəzrin toy çəkilişindən ilk görüntüləri sosial media hesabında paylaşıb. Videoda Mərdan "Sənə də qalmaz" mahnısını ifa edib. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötə

22 aprel
.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22 aprel
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

18 aprel
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

25 aprel
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19 aprel
.

93 yaşlı media maqnatı ilk dəfə nişanlısı ilə görüntüləndi

93 yaşlı əslən amerikalı media maqnatı Rupert Merdok ilk dəfə 67 yaşlı nişanlısı Elena Jukova ilə görüntülənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, cütlük "Breakthrough Prize" elm mükafatlarının təqdimetmə marasiminə birgə qatılıb. Xatırlada

20 aprel