Ermənilər tərəfindən təqib olunan soydaşımızı 2 il həbs gözləyir - FOTO

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkınla bağlı Hollandiya polisinin başlatdığı araşdırmalar yekunlaşıb və iş məhkəməyə göndərilib. Hollandiyada saxta "erməni soyqırımı"na həsr olunan abidələrin qoyulmasına etiraz edən və Xocalı soyqırımı ilə bağlı həqiqətləri dilə gətirən soydaşımıza qarşı erməni diasporunun iddiası ilə açılan cinayət işi üzrə keçiriləcək məhkəmə şousunun da tarixi bəllidir. Belə ki, İlhan Aşkın 6 dekabr 2016-cı il tarixində mühakimə olunacaq. 30 ildir ki, Hollandiyadayada yaşayan, bu günsə həbs təhlükəsi ilə üz-üzə qalan diaspor fəalımızla elə bu barədə danışdıq:

Sonxeber.az musavat.com-a istinadən müsahibəni təqdim edir.

- İlhan bəy, məhkəmə prosesində sizi müdafiə edən vəkiliniz kimdir?

- Əjdər Kosə müdafiə edir. O, türkdür.

- Bəs, diasporamız sizi müdafiə edirmi?

-Diaspora sözdə hər zaman yanımızdadır. Amma hələ ki, ortalıqda heç nə yoxdur.

- Rəsmi Bakıdan necə, dəstək varmı?

- Yox.

- Amma Azərbaycan parlamentində bəzi deputatlar sizinlə bağlı çağırışlar etdilər. Milli Məclisdə sizinlə bağlı çıxışlardan sonra nə dəyişdi?

- Yalnız Qənirə Paşayeva bir dost kimi zəng etdi. Artıq bu məsələni məclisdə də qaldırmışıq. Amma bizə hələ ki, nə düşündükləri barədə heç bir bilgi gəlmədi.

- Siz hansı şəkildə dəstək istərdiniz?

- Bizim istədiyimiz dəstək hərtərəflidir. İstər məhkəmədə bu işi bilən hüquqşünaslar, yəni istər azərbaycanlı, istərsə də digərləri olsun...Xocalı hadisələrini görən bir şahid kimi bir ailə də öz dəstəyini verə bilər. Bizlər bu məhkəməni uduzsaq, artıq burada belə məsələlərin adını çəkmək yasaq olacaq və cəmiyyətlərimiz passivləşəcək.

- İş hansı məhkəmədədir?

- Hollandiyanın Almelo şəhər məhkəməsində.

- Məhkəmədə sizinlə bağlı hansı cəza qərarı çıxarıla bilər?

- 2 il həbs və ya hətta 20 min avro pul cəzası kəsilə bilər.

- İlhan bəy, bu hadisələrdən sonra Hollandiyadakı ermənilər sizə qarşı necə davranırlar? Təhlükəsizliyinizə təhdid varmı? Ehtiyat tədbirləri görürüsünüzmü?

- Son vaxtlar bir neçə dəfə gecə saatlarında mənə zəng edib ağızlarına gələn söyüşləri deyiblər. Təbii ki, artıq diqqət edirəm.

Ermənilərin basqısından dolayı artıq cəmiyyətimiz həm mənəvi, həm də maddi sıxıntılarla üzləşib. Ermənilər Hollandiya qurumlarına göstərdikləri basqılara görə dövlət dəstəyi artıq demək olar ki, kəsilib. Hətta mənə bu il Hollandiya Krallığının "Tərəqqi" medalı veriləcəkdi, onu belə vermədilər.

- Bəs, ailə-uşağınıza qarşı təzyiqlər necə, varmı? Bundan narahat deyilsiniz ki? Təhlükəsizlik üçün rəsmi müraciət edibsinizmi?

- Təbii ki, mənə qarşı edilən bu həyasızlıqlara görə ailə üzvlərimlə bağlı təhlükəsizlik tədbirləru görürəm. Bəli, rəsmən müraciət etmişəm.

- Azərbaycandan vəkil olmasını istərdinizmi?

- Təbii ki. Məhkəmə günü Azərbaycandan da vəkilimin gəlməsini, prosesdə iştirakını istərdim.

- Bəy, özünüz harada işləyirsiniz? Sizə iş yerində münasibət necədir?

- Mən 4 il bundan öncə də bu məsələ ilə üzləşıb işimdən olmuşam.

- Harada işləyirdiniz?

- Hollandiyada bir özəl şirkətdə təşkilatçı idim. Amma sonra erməni ilə dost olan bir iş yoldaşımla bu məsələlərə görə aramız dəydi və mənim işdən uzaqlaşmağıma səbəb oldu.

- O vaxtdan işsizsiniz? Bəs, necə yaşayırsınız?

- Bəli, işsizəm. Amma xəstəliyimə görə təqaüd alıram. Mənə edilən haqsızlıqlara görə səhhətimdə ciddi problemlər yarandı. Ona görə də təqaüdə çıxmalı oldum.

- Yəqin uşaqlarınız böyükdür, eləmi?

- Bəli. Böyük oğlum 29, qızım 21, kiçik oğlum 14 yaşındadır.

- Uşaqlardan işləyən varmı?

- Böyük oğlum artıq ailə qurub. O, işləyir.

- Söhbətimizin sonunda daha nələri deyə bilərsiniz? Azərbaycandan istəkləriniz nədir?

- Bu məsələyə ciddi və rəsmi yanaşmaq, Azərbaycandan, lazım olsa, Türkiyədən hüquqçular gətirdərək işi ciddiyi aldığımızı göstərmək və Niderland Məhkəməsinin əleyhimə verə biləcək qərarının qarşısını almaq əsas niyyətimizdır. Dediyim kimi, bu məsələ bütün cəmiyyətlərimizin var olma və ya yox olma məsələsidir. Sizə səmimiyyətlə ifadə edim ki, bu məsələdə mən Azərbaycan tərəfindən heç nə görmədim. İndiyə qədər heç bir rəsmi qurum bizim üçün nələr edə biləcəyini söyləmədi. Bu vəziyyət gələcəkdə burda fəaliyyət göstərəcək insanları da qorxudacaq. Bunu nəzərə almağınızı xahiş edirəm.
Bütün bu yükü yalnız dərnək üzvlərimizin köməyi ilə daşımaq artıq qeyri-mümkün hala gəlib. Bu mövzuya Azərbaycan müdaxilə etməli və Den Haaq kimi əhəmiyyətli bir mərkəzdə Azərbaycan Mədəniyyət Evi qurulmasına kömək etməlidir. Çünki biz nə qədər bu çətinliklərə hələlik dayansaq da, gələcəkdə gənclərin bu çətinliklərə dayanmayacağı və bu işlərdən uzaq duracağı bəllidir.
Ermənilər tərəfindən təqib olunan soydaşımızı 2 il həbs gözləyir - FOTOErmənilər tərəfindən təqib olunan soydaşımızı 2 il həbs gözləyir - FOTOErmənilər tərəfindən təqib olunan soydaşımızı 2 il həbs gözləyir - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1333   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

21 yaşlı voleybolçu qız intihar etdi

"Zareçye Odintsovo" çimərlik voleybol klubunun və Rusiyanın gənclərdən ibarət çimərlik voleybolu komandasının voleybolçusu Arina Mixaylina intihar edib. -ın xarici mediaya istinadən xəbərinə görə, 21 yaşlı qız 1-ci Siniçkina küçəsində, Moskva Energetika İnstitutunun yataqxana binasının yaxınlığınd

24 aprel
.

Dəhşət! Qaçırıldığı deyilən 14 yaşlı qızı "başlıq parası" ilə EVLƏNDİRİBLƏR - VİDEO

Türkiyədə ana 14 yaşlı qızının qaçırıldığını söyləyərək kömək istəyib. xarici mediaya istinadən xəbər verir ki, ailənin qızı 100 min TL "başlıq parasına" qarşılığında uşaqlarını yaxınlarına verdiyi məlum olub. Türkiyənin ATV kelekanalında yayımlanan Esra Erol verilişində uşaq gəlin qalmaqal

26 aprel
.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib

Almaniyanın Ştutqart şəhərində zəhərlənmə əlamətləri ilə 300-ə yaxın insan həkimlərə müraciət edib. Onların hamısı hər il keçirilən Ştutqart Bahar Festivalında olub və orada yemək alıblar. Zərərçəkənlər arasında həftəsonu festivala qatılan yeddi dost da var. Onlar qrildə bişmiş toyuq yeyib və spirtl

25 aprel
.

Taksimdə partlayış törədən qadına hökm oxundu - 1794 il HƏBS

Ötən il noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı iş üzrə hökm elan edilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müttəhim Suriya əsilli Əhlam Əlbəşir törətdiyi cinayətlərə görə 7 ağırlaşdırılmış ömürlük və 1794 il həbs cəzasına məhkum edilib. Belə ki, iddianaməd

26 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel