ŞOK! Yeni MÜHARİBƏ : Qərb parçalanır

ŞOK! Yeni MÜHARİBƏ : Qərb parçalanırAvropa ABŞ-ın anti-Rusiya siyasətini dəstəkləmir

Avropa İttifaqı (Aİ) Suriyadakı əməliyyatlara görə, Rusiyaya qarşı sanksiya tətbiq etməyib, amma Ukrayna üzrə sanksiyalar qüvvədədir.Fransa prezidenti Fransua Olland Aİ sammitinin birinci gününün yekunlarına dair çıxışında bu barədə bildirib. Avropa KİV-lərində yer alan məlumatlara görə, Aİ-nin gözlənilməz qərarı ABŞ-la Yaxın Şərq üçün yürüdülən ortaq xarici siyasətdə yaranmış fikir ayrılıqlarıyla bağlıdır. Mənbələr bildirir ki, müttəfiqlər arasında artan gərginliyin fundamental səbəbləri var. ABŞ liderliyindəki koalisiyanın Suriya və İraqda keçirdiyi hərbi əməliyyatların Avropada yaratdığı miqrant böhranı, İŞİD və digər terror təşkilatlarından qitəyə artan terrorçu axını Brüsseli ehtiyatlı olmağa məcbur edir.

Addım-addım geri

Suriya böhranına qədər ortaq xarici və təhlükəsizlik siyasəti ABŞ - Aİ müttəfiqliyinin onurğa sütununu təşkil edirdi.SSRİ ilə "soyuq müharibə" və Balkan böhranında da ABŞ Avropanın təhlükəsizliyinin qarantiyası kimi görünürdü.Lakin 11 sentyabr terrorundan sonra Pentaqon və NATO-nun müsəlman dövlətlərində beynəlxalq terrorizmlə mübarizəyə başlaması Avropa üçün təhlükə yaratdı.Savaşa məruz qalan Yaxın Şərq dövlətlərindən Avropaya üz tutan müsəlman miqrantlar, terror təşkilatlarının üzvləri qitədə sosial partlayış zəmini hazırladı.Baş verənlər Aİ dövlətlərini də üz-üzə qoydu. Qitədə artan terror və radikal islam xaosuna görə, Fransa, Almaniya kimi dövlətlərdən ABŞ-ı ittiham edənlər oldu. Avropanın təhlükəsizlik arxitekturasının gələcəyi hesab olunan ABŞ tədricən Avropa üçün təhlükə qismində təqdim olunmağa başlanıldı.Düzdür, Ukrayna və qitədaxili bir sıra məsələlərdə Vaşinqtonla eyni yolu gedən Brüsselin qitəni qana çalxalayacaq Yaxın Şərq oyunlarından bu baxımdan addım-addım geri çəkiləcəyi gözlənilən idi.

Ticarət gərginliyi

Artan gərginlik iqtisadi və maliyyə məsələləri ilə də bağlıdır. Amerikanın Maliyyə naziri Yakob Lyu Aİ-nin ABŞ şirkətlərinə tətbiq etdiyi vergi siyasətinin sərt olduğunu bildirib.Lyu qeyd edib ki, Amerika şirkətlərinə həddindən artıq ağır vergi siyasəti tətbiq edən Aİ, eyni zamanda bu şirkətlərə yönəlik maliyyə cəzalarınının həcmini də artırıb. O, Avropanın ABŞ-şirkətlərinə etdiyi ayrı seçkiliyin tərəflər arasındakı iqtisadi-maliyyə əməkdaşlığını zədələdiyini diqqətə çatdırıb. Nazir məsələnin ABŞ Konqresində müzakirə olunacağını istisna etməyib.Brüsseldən isə Vaşinqtona siyasətin dəyişməyəcəyi xəbərdarlığı edilib. Aİ "Amazon", "Google", "Starbucks" və "Apple" kimi Amerika nəhənglərinə milyardlarla dollarlıq vergi cəzaları tətbiq edib. Aİ Komissiyası "Apple"nin 20 ildir qazanc əldə etdiyi vergi güzəştlərinin qeyri-qanuni olduğunu əsas gətirərək, şirkətdən 13 milyard avroluq verginin faizi ilə birgə geri ödənilməsini tələb edib.

Berlin - Vaşinqton qarşıdurması

ABŞ-la Aİ, xüsusilə də Almaniya arasında vergi, iqtisadi və enerji məsələlərində qarşılıqlı hücumların sayı artır.Tərəflərin biri-birlərini öz maraqları istiqamətinə yönəltməyə çalışması, müqavimət göstərməsi gərginliyin təyinedici faktorudur.Artan gərginliyin aradan qaldırılması üçün Trans-Atlantik məkanda gizli görüşlər keçirilir.Bu, gərginliyin fərqli ölçülərə gəlib, çıxmasının göstəricisidir.Başda Almaniya olan bir sıra Aİ üzvləri ABŞ-ın tələb və maraqlarının Avropanı böhrana saldığı iddia edir.

ABŞ-a qarşı Almaniyanın öz gücünü ortaya qoyması, amerikan şirkətlərinə qarşı tətbiq etdiyi gömrük və vergi siyasətini sərtləşdirməsinə cavab olaraq, Vaşinqton alman avtomobil şirkətlərinə 15 milyard dollarlıq cəza tətbiq edib.Buna cavab olaraq, Berlin ABŞ-ın elektron şirkətlərinə qarşı 13 milyard avroluq cəza məsələsini gündəmə gətirdi.ABŞ səssiz qalmadı və Almaniyanın ən böyük bankına qarşı 14 milyard dollarlıq cəza iddiası qaldırdı.Almaniyanın növbəti hücumunda ABŞ-ın qida şirkətlərinə 560 milyon dollar vergi tətbiq edildi.

Polad və neft amili

ABŞ Avropadan polad idxalatına məhdudiyyət qoyub.Uzun illərdir ki, bu mövzu ətrafında gərgin müzakirələr gedir və anlaşmaq mümkün deyil.Hətta Brüssel ABŞ rəhbərliyini Beynəlxalq Ticarət Təşkilatına şikayət edib.Neft qiymətlərinin oynaması Avropanın əsas valyutası olan avronun məzənnəsinə mənfi təsir edir.Neft böhranı avronun məzənnəsini kəskin formada aşağı salıb.Çünki neftin qiymətləri ucudlaşdıqca, bazarlarda bolluq yaranır, təklif tələbləri üstələyir və özünə daha çox alıcı tapan "qara qızıl" avroya olan tələbatı azaldır.Çünki neftin qiymətini ölçən əsas valyuta dollardır.Böhran dönəmində də neftin əsas alıcısı ABŞ və şirkətləridir.OPEC-in aparıcı və ABŞ-ın müttəfiqi olan dövlətləri qiymətləri qaldırmaq üçün gündəlik hasilatı azalmayacaqları barədə qərar qəbul ediblər. Aİ-yə görə, belə bir vəziyyət dolların möhkəmlənməsi və neft ehtiyatlarını artırması üçün ABŞ-a sərf edir. Avropa böhranı ABŞ-ın adına yazır.

Gərginliyin başında dayanan güc

2001-ci ildən Trans-Atlantik məkanın - NATO-nun Asiyada nizamsız genişlənmək cəhdləri, müsəlman dövlətlərindəki sistemsiz savaşlarda iştirakı Aİ-nin dramatik səhvi idi. Üstəgəl, ABŞ-ın bu savaşlardakı əsas partnyoru İngiltərənin ittifaqdan çıxmasıyla daxildə yaranan çat və Vaşinqtonla soyuq münasibətləri olan Berlinin hegemonluğu ələ alması, ABŞ-ın liderliyindəki Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Avropa Mərkəzi Bankını bazardan sıxışdırıb çıxarması, bu gərginlikdə rol oynayan əsas amillərdir. İngiltərənin çıxışı, Fransa və Almaniyanın ortaya qoyduğu sərt mövqe Aİ - ABŞ gərginliyini əsas səbəb hesab olunur.Digər yandan Aİ daxilində liderlik üzərində qarşıdurma da böyüyür və ittifaq parçalanmaq təhlükəsi qarşısındadır.Gərginliyin başında Almaniyanın dayandığı ABŞ KİV-lərində müzakirə olunan əsas məsələdir.Hesab olunur ki, Aİ dövlətlərini ABŞ-a qarşı qaldıran da Almaniyadır.Berlinin arxivində belə bir təcrübə var. Vaxtilə Yuqoslaviya parçalanma ərəfəsində olanda qitədə Almaniya yerli münaqişələrin çıxmasında "kalatizator" rolunu oynayıb.Bosniya - Herseqovinadakı qanlı savaşın, soyqırımın, Balkan dövlətlərindəki siyasi-hərbi qarşıdurmaların qızışdırılmasında Almaniya ağır çəkiyə sahib idi.Serbiyanın dönəm başçısı Radovan Karacic də almanların bölgə dövlətləri arasında separatçılıq fəaliyyəti göstərdiyini etiraf etdi.ABŞ-dan da Almaniyanın yürütdüyü siyasət tənqid olundu.Berlinin dramatik səhvini düzəltmək məqsədilə Pentaqon və NATO orduları Yuqoslaviya və Balkanlara yeridildi. Ukrayna məsələsinə münasibətdə də Almaniya Aİ daxilində çat yaratdı. Rusiyanın Krımı işğal etməsinə sanksiyalar tətbiq edən bir sıra Avropa dövlətləri və ABŞ əksinə olaraq, Berlindən bunu tənqid edən və Moskvanı dəstəkləyən fikirlər səsləndirildi.

NATO-ya alternativ

Almaniyanın daxildə yaratdığı separatizm gündəmə başqa bir məsələni gətirdi.Yekdil qərar olmasa da Aİ dövlətləri NATO-ya alternativ sayılacaq hərbi birlik yaratmaq işinə girişib. Fransa və Almaniya kimi güc dövlətlərinin isti baxdığı təklifə digər üzvlərdən də isti münasibət var. Aİ sammitlərində müzakirə olunan məsələyə ABŞ-ın siyasi dairələri öz sərt mövqelərini qoyub və təşəbbüsün reallaşacağı halda, bunun Aİ - NATO, Aİ - ABŞ münasibətlərinə mənfi təsir edəcəyi diqqətə çatdırılıb. Brüssel isə birlik ordusunu ona görə qurmaq istəyir ki, Rusiyanın sürpiz hücumlarına qarşı hazırlıqlı olsun.Yaxın Şərqdə yaşanan gərginliyin qitədə yaratdığı xaotik vəziyyət və Almaniyanın nüfuz savaşı Aİ-ni ABŞ-ın təsir mexanizmlərini sərhədlərindən içəri buraxmamaq məcburiyyəti qarşısında qoyub.Tərəflər arasındakı gərginliyin savaşa səbəb olmasından söhbət gedə bilməz, bu özünü daha çox Aİ-nin ABŞ və NATO-nun geosiyasi proyektlərində qismən, nəzəri formada iştirakında, ticarət və iqtisadi münasibətlərdəki qırılmalarda göstərə bilər.

Rusiya faktoru

Aİ - ABŞ gərginliyində Rusiya faktoru da böyük rol oynayır.Ukrayna böhranının ortaya çıxmasından sonra ABŞ Rusiyanın Avropaya təhlükə yaratmasına səbəb olacaq addımlar atır.Aİ-ni də məcbur edir ki, Rusiyaya qarşı sanksiyaları genişləndirsin.Brüsselin sərt mövqeyinə cavab olaraq, Rusiya Krımdan sonra Donbasa da nəzarəti ələ keçirdi.Finlandiya və İsveçlə sərhədlərində hərbi qüvvələrinin sayını artırdı, Avropa sərhədlərinə "İsgəndər M" raketləri yerləşdirdi.Üstəgəl, 65%-ni qazdan asılı saxladığı Avropanı qiymətləri artıracağı və satdığı enerjini kəsəcəyi ilə hədələyir.Yəni ABŞ-ın Rusiyaya qarşı sərgilədiyi aqressiv siyasətin əsas zərərini də Avropa görə bilər.Əgər Qərblə hansısa savaş başlanacaqsa, burada əsas poliqon da Avropa olacaq.ABŞ-ın savaşı okeanın o tayına daşıyacağı inandırıcı deyil, bu heç məntiqli də deyil. Bu kimi faktorları nəzərə alan Aİ ABŞ-la yürütdüyü ortaq xarici və təhlükəsizlik siyasətində bir qədər ehtiyatlı davranmağa çalışır və buna məcburmuş kimi görünür.(cebheinfo)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2354   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

18 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO

"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti

15 sentyabr 2021
.

72 yaşlı həyat yoldaşından hamilə qalan yaşlı qadın: Bu, möcüzədir, sürprizdir - FOTO

ABŞ-da 62 yaşlı qadın 72 yaşlı ərindən hamilə qalıb. İki uşaq anası olan Cenni adlı bloqqer qadın öz hekayəsini sosial şəbəkələrdə paylaşıb. Qadın qeyd edib ki, son 16 il ərzində menstruasiya dövrünü keçirməsə də hamilə qalmasını möcüzə və sürpriz kimi dəyərləndirir. Lakin bloqqer onun bu yaşda hamil

16 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021