64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO

Ailəsi tərəfindən atılan, özü yataq xəstəsi olan Eldəniz Məmmədov haqqında birinci dəfə reportaj hazırlayanda onun 63 yaşı var idi. İndi isə 64 yaşı var. Təəssüflər olsun ki, bu birdə həyatında heç nə dəyişməyib. Nə onun haqqında dərc etdiyimiz yazı, nə də sonradan aidiyyatı qurumlara etdiyimiz müraciətlər Eldəniz Məmmədovu bu köhnə daxmadan xilas etməyə yetərli olmayıb.

Ayaqları yer tutmayan, xəstə vəziyyətdə olan bu qocanın havanın soyuq vaxtında burada necə yaşaması isə kimsəni düşündürmür. Yalnız, arabir qonşuları onun halına acıyıb bir pay isti yemək verirlər.
Bizi təkrar qapısında görüb kövrəldi. Arada yardım əli uzadan qonşulardan başqa, uzun illərdən bəri qapısını çalan kimsə olmamışdı.

Yaşadığı otağın ölçüsü 4 kvadratmetrdən də kiçikdir. İçəridə yalnız bir köhnə çarpayı və kiçik masa var. Çarpayının üzərindəki döşək və yorğanın nə dərəcədə çirkli olması ilk baxışdan nəzərə çarpır. Yaşlı insan evin təmizliyi ilə məşğul ola bilmədiyindən illərdir bu çirkli yorğan-döşəkdə yatır. Evin hər tərəfindən sallanan hörümçək torları zəif lampanın işığında daha çox nəzərə çarpır. Masanın üzərində isə çirkli qablar yığılıb. Təbii ki, içəridəki natəmizliyin qoxusu ilk addımdan insanın burnuna gəlir. Rütubət və natəmizliyə toplaşan həşəratlar da özünü gizlətmir. Bizim bir neçə dəqiqə durmağa tab gətirmədiyimiz bu otaqda 64 yaşlı Eldəniz Məmmədov illərdir yaşayır. Onun yeganə arzusu qocalar evinə yerləşmək və ən azı təmiz yorğan döşək və gündə bir qab isti yeməkdir.

Ev o qədər soyuqdur ki, paltomuza bürünüb otururuq. Yatağının içində oturan Eldəniz kişi də yun köynəklə yatır. Əynində ən az 4 köynək olan bu kişi soyuqda da şikayətlənir. Deyir ki, elə ayaqları soyuğun badına gedir. Əgər ayağı yer tutsaydı, indi kiminsə əlinə baxmazdı.
Vəziyyət o qədər acınacaqlıdır ki, Eldəniz Məmmədovdan niyə ailəsi tərəfindən atıldığını, yaxın qohumlarından kimsənin olub-olmamasını soruşmağa da dilimiz gəlmir. Hekayə necə olursa-olsun, nəticə göz qabağındadır.

Eldəniz Məmmədovun sözlərinə görə, musavat.com-un onun həyatı haqqında yayımladığı reportajdan və dövlət qurumlarına ünvanlanan müraciətdən sonra gəlib ona baş çəkiblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onu həkim müayinəsindən keçirib. Təsdiq olunub ki, o yeriyə bilmir, ayaqları tutulub. Onun bir həftə xəstəxanada saxlanılıb müalicə olunması məsləhət görülsə də, nəinki həkimlər, heç təcili tibbi yarım işçiləri də yaxın durmayıb.

Həmin vaxt qocalar evinə yerləşdirilmək məsələsi də alınmayıb: "Mənə dedilər ki, ancaq pensiya alanları qocalar evinə qəbul edirlər. Pensiya almasan ora götürməyəcəklər. Mən də pensiya almıram. Səbəb isə odur ki, mənim şəxsiyyət vəsiqəm yoxdur, hələ də Sovet pasportu ilə yaşayıram. Ayaqlarım tutmur ki, gedim özümə sənəd düzəltdirim".
Hazırda necə dolanmasına gəlincə, Eldəniz Məmmədov deyir ki, ona əsasən qonşular kömək edir: "Allah onların canlarını sağ eləsin. Olanda yemək gətirirlər. Ayaqlarım tutulub, yerimdən tərpənə bilmirəm. Çörəyi alıb gətirirlər, otaqdan asıram. Ancaq çörək elədir ki, bir günə kiflənir. Elə olur ki, bir neçə gün çörək gətirən olmur, mən də gedib çörək ala bilmirəm, elə kifli çörəyi yeməyə məcbur qalıram".
Söhbətin bu yerində əlini yorğanının altına uzadıb orada bir qara torba çıxarır. Torbanın içi isə kitabla doludur. Deyir ki, bu yarıqaranlıq evdə həyatını işıqlandıran məhz o kitablardır: "Çox kitab oxumuşam, yüzlərlə... Fərq qoymuram, hamısını oxuyuram. Buradakıların hamısını oxuyub qurtarmışam. Təzə kitablar olsaydı oxuyardım".

Ümid edirik ki, bu reportaj yayımlandıqdan sonra aidyyatı qurumlar bu sahibsiz qocanı ölümün pəncəsindən alacaqlar. Əks təqdirdə bu bir qocanı qarşıdakı şaxtalı qış günlərində ölümə tərk etmək deməkdir. (musavat)

64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO64 yaşlı kişinin QANDONDURAN HEKAYƏSİ: ''Günlərlə kifli çörəkləri yeyirəm'' - VİDEO - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2099   Tarix: 23 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021