"New York Times" qəzeti Alim Qasımovdan yazdı

Oktyabrın əvvəllərində ABŞ-nın Berkli, Sietl və Ann Arbor şəhərlərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının yeni versiyası böyük uğurla nümayiş etdirildi. Bu tamaşalarda Azərbaycanın böyük muğam ustası Xalq artisti Alim Qasımov, qızı və tələbəsi, Əməkdar artist Fərqanə Qasımova iştirak edirdilər.
Tamaşalarda Üzeyir bəyin ölməz musiqisi ilə bərabər rəqs səhnələri təqdim olunurdu. Həmin rəqs səhnələri müasir xoreografiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin tərəfindən hazırlanmışdı. İfalarda dövrümüzün məşhur violonçel çalanı Yo-Yo Manın rəhbərlik etdiyi "İpək Yolu" ansamblı da iştirak etdi. Konsertlər amerikalıların böyük marağına səbəb oldu və böyük hərarət və heyrət hissləri ilə qarşılandı.

Modern.az-ın məlumatına görə, ABŞ-nın aparıcı qəzetləri, o cümlədən yüksək nüfuzlu "New York Times" qəzeti tamaşa haqqında məqalələr dərc edib...
Bu layihənin təşəbbüsçüsü böyük muğam ustadımız Alim Qasımovdur. Dünyanın ən mötəbər konsert zallarında Azərbaycan musiqisini təbliq edən böyük sənətkar 2006-cı ildə "Leyli və Məcnun"un yeni versiyasını hazırlayaraq, operadan parçalar seçib, onları Yo-Yo Manın rəhbərlik etdiyi "İpək Yolu" ansamblına təqdim etmişdi. Ansamblın üzvləri Conni Gəndelsman və Kolin Ceykobsen də həmin seçmələri aranjiman edərək nümayişə hazırlamışdılar. 2007-ci ildə yaranan "Leyli və Məcnun"un yeni versiyası ABŞ-nın bir çox şəhərlərində, eləcə də Kanadanın Toronto şəhərində, Fransanın Villekroz şəhərində və nəhayət Qətərin Doha şəhərində ifa olunmuşdu...

Mark Morris elə o zamanlardan "Leyli və Məcnun"un yeni versiyasının yaranmasını düşünürdü. Nəhayət, 2016-cı ildə Mark Morris öz layihəsini gerçəkləşdirdi və yeni "Leyli və Məcnun"un ilk tamaşası Kaliforniya ştatının Berkli şəhərində baş tutdu. Mark Morrisin təbirincə, o, bu işində musiqi ilə yanaşı, "Leyli və Məcnun" poemasından, şərqin təsviri sənətindən də ilham alıb. "Leyli və Macnun"un səhnə tərtibatı, eləcə də musiqiçilərin və rəqqasların libasları tanınmış Britaniya rəssamı Hovard Hockin tərəfindən işlənib. İncəsənət nümunələrindən ibarət zəngin kolleksiyası olan Hockin ideyalarının bir çoxunun qədim və orta əsr şərq miniatürlərindən təsirlənərək yaratdığını etiraf etdi.

Fərqanə xanım Alim Qasımovla birlikdə Leyli ilə Məcnunun faciəvi məhəbbətini, amma eyni zamanda onları əbədiyyətə qovuşduran məşhur əfsanəsini tamaşaçılara mükəmməl şəkildə çatdırdılar. Onlar zəngin, məharətli ifaları ilə səhnədəki musiqiçi və rəqqaslara da sirayət edir, qədim muğamla müasir rəqsin vəhdətinin yaranmasına nail oldular. Amerika tamaşaçıları bizim böyük muğam ustadlarımızı gürultulu alqışlarla salamladılar, onların ifalarından yüksək zövq aldıqlarının etiraf etdilər...
Alim və Fərqanə Qasımovların Azərbaycan musiqisinin dünyada təbliği və tanınması sahəsinə verdikləri töhfələr ABŞ-da fəaliyyət göstərən azərbaycan mədəni cəmiyyətləri tərəfindən də yüksək qiymətləndirildi. "Leyli və Məcnun"un sonuncu tamaşasından sonra ABŞ-nın Miçiqan ştatında yaşayan tanınmış tibb mütəxəssisi Doktor Şapur Ənsari bizim böyük muğam ustadlarımıza fəxri fərman təqdim etdi.
Bu tamaşada Alim və Fərqanə Qasımovları müşayiət edən, əməkdar artist, kamança ifaçısı Rauf İslamovun və tar ifaçısı Zəki Vəliyevin də xidmətləri müstəsnadır. Onlar həm xanəndələrə dəstək verir, həm də "İpək Yolu" ansamblının üzvləri arasında bir körpü yaradırdılar. "İpək Yolu"nun musiqiçiləri də öz məharətli ifaları ilə Üzeyir bəyin ölməz əsərinə yeni rənglər qatdılar...
Tamaşanın əvvəlində gənc muğam ifaçıları, müxtəlif muğam müsabiqələrinin laureatları Kamilə Nəbiyeva, Mirələm Mirələmov Azərbaycan musiqisindən seçmələri dinləyicilərə orijinal formada, yəni tar və kamança vasitəsi ilə təqdim etdilər...
Onu da qeyd edək ki, "Leyli və Məcnun" layihəsinin elmi məsləhətçisi, tanınmış Azərbaycan musiqişünası, Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetinin Ceykobs Musiqi Məktəbinin müəllimi Aida Hüseynovadır. Aida xanım tamaşalardan əvvəl mühazirələrlə, eləcə də "Leyli və Məcnun" əsərinə həsr olunan simpoziumlarda elmi məruzələri ilə çıxış edərək, dahi Ü.Hacıbəyov musiqisinin ABŞ-da da tanınmasına nail olub. Konsert bukletlərinə daxil edilən "Leyli və Məcnun" haqqında məlumatlar, o cümlədən qəzəllərin ingilis dilinə tərcümələri də məhz Aida Hüseynovaya məxsusdur. Görkəmli Azərbaycan rəssamı Sənan Səmədovun "Muğam triosu" silsiləsindən rəsmləri də həmin layihə çərçivəsində təqdim olundu. Həmin rəsmlər tamaşaların təqdimat bukletlərində, həm də Berklidə keçirilən elmi simpozium zamanı səhnədə nümayiş etdirildilər.
Alim Qasımovun bənzərsiz ifası sayəsində gerçəkləşən "Leyli və Məcnun" operasının ABŞ-dakı tamaşaları Azərbaycan musiqi və mədəniyyəti üçün olduqca mühüm hadisədir. Layihə davam edir, inanırıq ki, "Leyli və Məcnun" bu yeni quruluşda tezliklə Azərbaycan tamaşaçılarına da təqdim olunacaq.
"New York Times" qəzeti Alim Qasımovdan yazdı"New York Times" qəzeti Alim Qasımovdan yazdı"New York Times" qəzeti Alim Qasımovdan yazdı"New York Times" qəzeti Alim Qasımovdan yazdı


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1080   Tarix: 24 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto

"Səmavi dinlər" layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dəri

22 oktyabr
.

Nəriman Həsənzadə palataya köçürüldü

"Nəriman Həsənzadə reanimasiyadan palataya köçürülüb". Bu barədə "Qafqazinfo"ya Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib. "Hazırda vəziyyəti yaxşıdır. Bundan sonra həyatına dializlə davam edəcək", - o bildirib. Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən ay böyrə

12 dekabr
.

Səidə Quliyeva: "Oğlum hər gün məni yoxlayır"

Xalq artisti Səidə Quliyeva verilişlərin birində oğlu barəsində danışıb. xəbər verir ki, aktrisa bildirib ki, oğlu ailə qursa da, özü ayrı yaşayır:. "37 yaşımda ana olmuşam, bunu heç vaxt problem saymamışam. Oğlum mənim üçün çox dəyərlidir. Ailəli olsa da, sərbəst yaşamasını istəmişəm. Mən öz evimd

25 noyabr
.

Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizli

4 dekabr
.

Alim Qasımovun nəvəsinin toyu olacaq

Xalq artisti Alim Qasımovun evində toy olacaq. Axşam.az xəbər verir ki, xanəndənin nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Mövlanə ailə qurmağa hazırlaşır. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" verilişində deyib. "Yanvarın 27-də qız, fevralın 5-də isə oğlan toyudur"

28 noyabr
.

Xalq artisti Gülyanaq Məmmədova nə işlə məşğuldur?

Xalq artisti Gülyanaq Məmmədova yeni mahnılar üzərində işləyir. Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni həmin mahnıların hər birinə klip çəkiləcəyini vurğulayıb:. "Nəsibə İsrafilqızının sözlərinə Fərahim Sadiqin bəstələdiyi "Türksoy" adlı əsər üzərində işləyirik. Möhtəşə

20 oktyabr
.

Van Qoqun iki əsəri satış rekordu qırdı - Fotolar

Nyu-Yorkdakı "Sotheby’s" hərracında niderlandlı dahi rəssam Vinsent van Qoqun "Paris romanları" (1887) əsəri 62,7 milyon dollara satılaraq, rəssamın Paris dövrü işləri üçün yeni rekord müəyyən edib. "Qafqazinfo" xəbər verir ki, ilkin qiymət proqnozu 40 milyon dollar ols

22 noyabr
.

"Hər kəsdən üzr istəyirəm..." - Suad Qarayeva

"Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi". "Qafqazinfo" xəbər verir ki, bu sözləri rejissor və ssenari müəllifi Suad Qarayeva qalmaqallı "Məhsəti" filmi ilə bağlı instaqram hesabında etdiyi açıqlamasınd

17 dekabr
.

Rəşad İlyasovdan Zeynəb Xanlarova ilə bağlı paylaşım

Xalq artisti Zeynəb Xanlarovanın yeni fotosu yayılıb. Qaynarinfo xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov sosial şəbəkə hesabında paylaşım edib. Sənətçi fotoya "Dünyanın Zeynəbi" sözlərini yazıb. Onun bu paylaşımı izlıyiciləri tərəfindən maraqlaq qarşılanıb. Xatırladaq ki, Xal

6 dekabr