"10-15 min dollar verdim" - Akif Çovdarovun oğlu İFADƏ VERDİ

"10-15 min dollar verdim" - Akif Çovdarovun oğlu İFADƏ VERDİLəğv edilmiş Millit Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov "Kürdəmir epizodu" üzrə istintaqa ifadə verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, R.Çovdarov deyib ki, 2006-cı ildə yaradılan "RAF 2006" MMC-nin təsisçilərindən biri olub: "Məndən başqa Fəttah Seyidov, soyadını bilmədiyim Ramiz adlı şəxs də təsisçi idi. Fəttah Seyidov əslən gürcüstanlıdır, atamla cavanlıq vaxtlarından dostluq ediblər. Ramiz də gürcüstanldır, o da atamla yaxın dost olub. Bu firma Fəttah Seyidov tərəfindən yaradılıb. Firmanın yaradılma səbəbi və fəaliyyət istiqaməti kənd təsərrüfatı, əsasən Kürdəmir rayonu ərazisində boş qalmış və istifadəsiz bələdiyyə torpaqlarında balıqçılıq təsərrüfatı yaratmaq və inkişaf etdirmək idi. "RAF 2006" MMC-in ofisi Bakıda olsa da, dəqiq harada yerləşdiyini bilmirəm. Firmanın işləri ilə əlaqədar təxminən 10-15 min dolları pul verdim, lakin sonradan bütün işləri Fəttah Seyidov gördü. O, 2008-ci ildə "Dəmirbank"dan 95.000 dollar kredit götürüb təsərrüfatın inkişafına yönəltdi. Balıqçılıq təsərrüfatı yaradılması üçün torpaq sahəsini isə Ramiz tapdı. Mən orada cəmi 2-3 dəfə olmuşam.

Bundan başqa 2006-cı ildə "Bozalt" MMC-ni təsis etdim. Bu firma Siyəzən rayonu ərazisində qum-çınqıl karyerləri açaraq fəaliyyət göstərdi. Təsisçi olsam da, firmanın fəaliyyətindən tam məlumatsız idim, sadəcə sənəd üzərində adım yazılmışdı, heç bir qazanc da götürməmişəm. Bu işlə Fəttah Seyidovun kürəkəni Rəşad məşğul olurdu. Heç vaxt həmin daş karyerlərinə getməmişəm. Bildiyimə görə 2007-ci ildə "Bozalt" MMC fəaliyyətini dayandırdı, "RAF 2006" MMC isə hələ də fəaliyyət göstərir. Bunlardan başqa təsisçisi olduğu heç bir hüquqi şəxs, firma yoxdur".

Qeyd edək ki, ittihama görə , Akif Çovdarov Kürdəmir rayonunda 69 hektar torpaq sahəsi alıb, həmin sahədə yerləşən yeməkxananı da almaq istəyib. Lakin onun sahibi bundan imtina edib. Əvəzində isə Çovdarov yeməkxanaya gedən yolu çəpərlətdirirb və 7 il faktiki mühasirədə saxlayıb.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2331   Tarix: 12 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Antalyanın məşhur istirahət bölgəsində nəhəng burulğan - VİDEO

Bu gün səhər saatlarında Antalyanın Kəmər bölgəsində dəniz üzərində təxminən 15 dəqiqə davam edən nəhəng burulğan meydana gəlib. Ətrafda olan insanlar təbiət hadisəsini telefonları ilə qeydə alıblar. Qeyd olunur ki, nəhəng burulğan sahilə çatmayaraq tədricən zəifləyərək yox olub.\

15 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021