Bu da oldu! Millimiz "qol" əvəzinə 25 min manat dəyərində televizorlarla döndü

Bu da oldu! Millimiz "qol" əvəzinə 25 min manat dəyərində televizorlarla döndüDÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşan milli komandamız səfərdən təkcə qapısından buraxdığı 4 qolla dönməyib.

Apasport.az saytı xəbər verir ki, məşhur "SKY Sport" kanalı maraqlı iddia ilə çıxış edib.

Belə ki, səfər zamanı Belfastdakı yerli elektorinka mağazasından millimiz üçün 8 ədəd televizor alınıb. Həmin cihazlar oyun başa çatdıqdan sonra millimizi ölkəyə gətirən təyyarəyə yüklənib.

Hətta onlardan üçünün dioqonalının 72 düym olması iddialar arasındadı.

Bildirilib ki, bu televizorların ümumi dəyəri 12 min funt-sterlinqdir (25.5 min AZN).

İdman   Baxılıb: 2149   Tarix: 13 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR