"Deputat maaşı məni də qane etmir, amma..." - millət vəkili Fazil Mustafa
"Deputat maaşı məni də qane etmir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil".
Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Vahid Əhmədovun maaşla bağlı qalmaqallı açıqlamasına münasibət bildirərkən deyib.
F.Mustafanın sözlərinə görə, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa bu məsələni qaldırmaq olar:
"İnsanın ehtiyaclarını nə qədər təmin eləsən, yenidən o qədər insan ehtiyacları yaranacaq. Bu iqtisadiyyatın qaydasıdır. Bu baxımdan bu maaş deputat üçün Azərbaycan şərtlərində bir çox problemlərin həllini gerçəklşdirməyə imkan vermir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil. O baxımdan ki, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa. bu məsələni qaldırmaq olar. Əhalinin orta əmək haqqının yüksəlməsi fonunda deputatın, başqa dövlət qurumlarının təminatına baxmaq olar. Çünki bir az bu ədalətsiz olar. Əhalinin əksər kateqoriyaları- müəllim, həkim daha az maaşı alır. Halbuki onların bir çox hallarda zəhməti deputatın çalışma zəhmətindən daha üstündür. Bu baxımdan bugün bunu gündəmə gətirmək doğru deyil. Hansısa bir formada deputat buna qatlanmalıdır. Çünki millət vəkilliyinin ən böyük statusu insanların xidmətində durmaqdır. Xidmətində durmaq üçün də Quran oxuyan da insandan pul umur, xeyirli iş görən insan da. Bunu bir qədər güzəştli formada etmək daha xeyirli olar. Bu məsələnin üzərinə ona görə bilərəkdən gəlmirəm ki, nə qədər yetərli olmasa da, indiki Azərbaycan şərtlərində bununla kifayətlənmək lazımdır".
"Hazırda aldığınız deputat maaşı sizi qane edirmi?"- sualımızı isə Fazil Mustafa belə cavablandırıb:
"Xeyr, bu maaş məni qane etmir. Təbii ki, yetərli deyil. Amma az da deyil. Ən azından normal fəaliyyət göstərmək, yaşamaq üçün, mütəvazi həyat tərzi üçün bununla yola vermək olar".
Xatırladaq ki, millət vəkili Vahid Əhmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir.
Mirvari Nəcəf
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3394 Tarix: 17 noyabr 2016
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrSabahdan bu yollarda hərəkət məhdudlaşdırılır
5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq
4 noyabrUşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabr"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabr