Banqladeş və Myanmada Mocha qasırğası səbəbindən yüz minlərlə insan təxliyə ediləcək

Banqladeş və Myanmada Mocha qasırğası səbəbindən yüz minlərlə insan təxliyə ediləcəkBanqladeş və Myanma, Benqal körfəzində Mocha qasırğasının qüvvəyə minməsi ilə əlaqədar sahil bölgələrindəki yüz minlərlə insanın təxliyə ediləcəyini açıqlayıb.

Sonxeber.az xəbər verir ki, Hindistan Meteorologiya Departamenti (IMD) Mocha qasırğasının bazar günü Banqladeşin cənubundakı Koks-Bazar sahil şəhəri və Myanmanın Kyaukpyu bölgəsinə saatda ən azı 160 kilometr sürətlə vuracağını açıqlayıb.

IMD balıqçılar və digər gəmiləri Benqal körfəzi ilə Andaman dənizi arasında səyahət etməmələri barədə xəbərdar edərək, bölgədə güclü yağışların və qasırğanın müşahidə ediləcəyini deyib.

İki ölkənin səlahiyyətliləri sahilyanı bölgələrdə yüz minlərlə vətəndaşını təxliyə etməyə hazırlaşarkən, xalqı sahilyanı ərazilərdən uzaq durmağa çağırıb.

Banqladeşdə sabah evakuasiya ediləcək insanların sayının 500 minə yaxınlaşacağı təxmin edilərkən, bölgədə 576 müvəqqəti sığınacaq yerinin xidmət göstərəcəyi bildirilir.

Səlahiyyətlilər, bölgələrdə təcili yardım qruplarının və təcili ləvazimatların hazır olduğu və bir çox könüllü yardım təşkilatının işə dəstək verəcəyi barədə məlumat paylaşıb.

Myanma Meteorologiya və Hidrologiya Departamentinin direktoru Hla Tun, sahilyanı ərazilərdə baş verə biləcək daşqınlar və torpaq sürüşmələri ilə bağlı xəbərdarlıq edildiyini bildirib.

Dövlətin nəzarətində olan "Global New Light of Myanmar" qəzetindəki xəbərdə qasırğadan təsirlənəcəyi gözlənilən Arakan əyalətinin qərb sahilində yaşayan minlərlə insanın təxliyyə olunmağa başladığı qeyd edilib.

Hindistan Meteorologiya Xidmətindən Rajendra Kumar Jeamani, bu ilin Hind okeanının şimalında ilk qasırğa olacağına diqqət çəkərək, "Qasırğa şiddətlidir və ehtimal ki, Myanma və Banqladeşdə milyonlarla insana təsir edəcək". qiymətləndirməsini etdi.

İlin bu vaxtında Benqal körfəzində tropik fırtınalar tez-tez baş versə də, 1999-cu ildə Odişada baş verən və sürəti saatda 260 kilometrə çatan qasırğa təxminən 10 min insanın ölümünə səbəb olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 901   Tarix: 12 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır

"Iraqi Airways" aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirməyə başlayır. xəbər verir ki, 19 noyabr 2023-cü il saat 00:15-də aviadaşıyıcı Bağdaaddan Bakı hava limanına ilk uçuşunu həyata keçirəcək. "Iraqi Airways" aviaşirkətinin həftədə 5 dəfə Bağdadda

18 noyabr 2023
.

Dünyada turizm pandemiyadan əvvəlki səviyyəyə çatır - bəs Azərbaycanda?

Hökumət 2024-cü ildə ölkənin turizm sahəsində 15.8 faiz artım proqnozlaşdırır. 2023-cü ilin sonuna beynəlxalq turizm 2019-cu ildə pandemiyadan əvvəlki səviyyənin demək olar ki, 90 faizi səviyyəsində bərpa olunacaq. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) hesablamalarına görə, bu ilin yanvar-sentyab

2 dekabr 2023
.

Viza dəstəyi xidməti, viza almaq

Viza dəstəyi xaricə getmək istəyən insanlar üçün çox vacibdir. Viza dəstəyini profesional şirkətə etibar etməyəndə xaricə getmək imkanını itirə bilərsiz. saytı ilə viza dəstəyi almaq çox asan və ucuz qiymətə başa gəlir. Sizə xarici ölkələrin viza rəsmiləşdirilməsində dəstək göstərə bilərik. Əsas, məqsədimi

4 noyabr 2023
.

Azərbaycan və İraq arasında hava əlaqəsi haqqında saziş təsdiqləndi

Azərbaycan və İraq hökumətləri arasında 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış saziş təsdiqlənib. xəbər verir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"i təsdiq edib

30 dekabr 2023
.

İstisu bərpa ediləcəkmi? - RƏSMİ CAVAB

"Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub". Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. K.Quluzadənin sözlərinə görə, Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır:. "Qarabağın turizm potensial

23 iyul 2023
.

Makronun gücsüzlüyü - VİDEO

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə Azərbaycan – Ermənistan nizamlanma prosesinə qarışan Fransa Prezidenti Emmanuel Makronun siyasətinə həsr edilib. Müəllif qeyd edir ki, əslində Emmanuel Makronun və Fransanın xarici siyasətinin fəaliyyəti nizamlanma prosesin

1 iyul 2023
.

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 460 nəfəri ötüb - YENİLƏNİB

Yaponiyada baş verən zəlzələ nəticəsində 92 nəfər ölüb, 464 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb. "Report" Yaponiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi bildirib. Onun sözlərinə görə, hökumət 24

5 yanvar
.

AZAL-ın Moskva-Gəncə təyyarəsi hava şəraitinə görə Bakıya enməli olub

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Vnukovo hava limanından J2-5829 nömrəli Moskva-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb. Bun

16 fevral
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 30 faizdən çox artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 2 170,5 min və ya illik müqayisədə 31% çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Məlumata görə

14 oktyabr 2023