1-ci sinfi 1 günə bitirən vunderkind - dünyanın ən zəkalı insanı/ FOTO

Dünyanın ən zəkalı insanı məlum olub. Sonxeber.az publika.az-a istinadən bildirir ki, yenicə danışmağa başladığı günlərdən əlifbanı öyrənən Vilyam Ceyms Sidis bəşəriyyətin ən zəkalı insanı elan edilib. Qeyri-adi düşüncə tərzi, qavrayışı, yaddaşı ilə hər kəsdən seçilən Vilyam Ceyms Sidis 18-19 aylığında artıq qəzet oxumağı bacarırdı. Daha sonralar çoxsaylı kitablar oxuyan azyaşlı 3 yaşında latın dilini öyrənməyə başladı.

Orta məktəbə yüksək hazırlıqla gedən uşaq orda da hər kəsi təəccübləndirdi. Bu səbəbdən də, Vilyam Ceyms Sidis birinci sinfi 1 gün, 2-ci sinfi bir neçə gün, 3-cü sinfi 3 ay, 4-cü sinfi bir həftə, 5-ci, 6-cı və 7-ci sinifləri 15 həftə sonra bitirdi.

8 yaşı tamam olmamış uşaq ingilis, fransız, rus, latın, yunan, yəhudi, alman dillərində sərbəst danışmağı bilirdi. Gündəlik mətbuatı izləyən Vilyam artıq anatomiya haqqında məqalələr yazırdı. Yaşının azlığına baxmayaraq intellektual sahədə böyük uğurlara imza atan uşaq tədricən mətbuatın müzakirə mövzusuna çevrildi. Onun haqqında yazılanlar "New York Time"ın manşet məqalələrinə çevrildi. Bütün bunlar isə ABŞ-ın nüfuzlu mətbu orqanının satışına təsir edirdi.

Vilyam 11 yaşında Harvard universitetinə qəbul edildi. Qəribə cəhət burasındadır ki, tələbə adının qazanmış bu gənc həm oxuyur, həm də 4 fənn üzrə dərs deyirdi. Onun mühazirələrində Harvard Universitetinin müəllimləri də iştirak edirdilər.

Universiteti 16 yaşında bitirən dahi 4 kitabın müəllifinə çevrildi. O, orta yaşlarında dünyanın 40 dilində sərbəst danışırdı. Lakin siyasətlə maraqlanması ona problemlər yaratdı. Marksın ideyalarını müdafiə edən gənc 1 may nümayişlərindən birində iştirakına görə həbs edildi. Ailəsinin imkanları sayəsində həbsdən azad edilən dahinin cəzası ev dustaqlığı ilə əvəzləndi.

Dini baxışları səbəbindən də mətbuatın diqqət mərkəzində olan Vilyam tənqidlərə görə jurnalistlərdən uzaqlaşmağı qərar aldı. Kütləri informasiya vasitələri bir müddət gündəmdən kənarda qalmış dahidən bir də beyin qansızmasından dünyasını dəyişəndə yazdılar.
1-ci sinfi 1 günə bitirən vunderkind - dünyanın ən zəkalı insanı/ FOTO1-ci sinfi 1 günə bitirən vunderkind - dünyanın ən zəkalı insanı/ FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2047   Tarix: 22 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqlar nə qədər yatmalıdır?

Hamı "uşaq yuxuda böyüyür" deyimini bilir, amma nədənsə çox az adam bunu tibbi fakt kimi qəbul edir. Valideynlər rejim xatirinə uşağı səhər tezdən oyadır, sonra isə günortaya yaxın əsəbiliyə təəccüblənirlər. Əslində uşaqlıqda xroniki yuxu çatışmazlığı sadəcə kapriz deyil bu, beyin inkişafını

12 aprel
.

Dünyanın ən az yatan canlısı: Gündə cəmi 30 dəqiqə

Zürafələr yuxu ehtiyacı ən aşağı olan məməlilərdir. Onlar gün ərzində cəmi 30 dəqiqə və ya daha az yatırlar. Bu qısa yuxu müddəti vəhşi təbiətdə yırtıcılardan qorunmaq üçün bir növ təkamül strategiyasıdır. xəbər verir ki, zürafənin 5 metrlik bədəninə və uzun boynuna qan vura bilmək üçün inanılmaz bi

12 aprel
.

Lyuks avtomobili ölən sahibi ilə birlikdə basdırdılar - VİDEO

Çində baş verən qeyri-adi dəfn mərasimi həm yerli, həm də beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Liaoyang şəhərində qeydə alınıb və qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Çin mediasında yer alan görüntülərdə "88" nömrə nişanlı 2

14 aprel
.

Eskobarın begemotları öldürüləcək - Qərar təsdiqləndi

Kolumbiya hakimiyyət orqanları yerli təbiət üçün təhlükə yaradan invaziv növ hesab etdikləri 80 begemotun evtanaziyası planını təsdiqləyib. xarici KİV-ə istinadla bildirir ki, ilk dörd begemot ölkəyə 1980-ci illərdə narkobaron Pablo Eskobarın şəxsi zooparkı üçün gətirilib. Bu səbəbdən heyvanlara "kokai

14 aprel
.

Niyə təcrübəli mütəxəssislər özlərinə şübhə edirlər?

İş prosesində rast gəlinən "saxtakarlıq sindromu" (imposter syndrome) və real peşəkar səriştəsizlik zahirən bənzər duyğular yaratsa da, onların həlli yolları müxtəlifdir. xəbər verir ki, rusiyalı biznes psixoloqu Oksana Panina "İzvestiya" nəşrinə müsahibəsində bu mövzuya aydınlı

14 aprel
.

Yerə yaxınlaşan 40 min asteroid: Bəzilərinin diametri bir kilometri keçir

Bu günə qədər alimlər hərəkət trayektoriyası Yer planetinə yaxın olan 40 minə qədər asteroid aşkarlayıblar. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun elmi işçisi Nikolay Jeleznov "RİA Novosti"yə açıqlamasında bildirib. Tədqiqatçının bildirdiyin

13 aprel
.

Qəbzə yazdığı sözə görə işindən oldu - VİDEO

Türkiyənin Bursa şəhərinin Gürsu rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində baş verən hadisə diqqət çəkib. türk mediasına istinadən xəbər verir ki, məntəqədə çalışan Seyithan Alay Rusiyaya məxsus avtomobilin nömrə nişanını oxuya bilmədiyi üçün qəbz üzərinə "Putin" yazıb. Hadisəni fər

13 aprel
.

Üzdəki piqment ləkələrinin gözlənilməz səbəbi açıqlandı

"Üz dərisində piqment ləkələrinin yaranmasının səbəbi təkcə günəş şüaları deyil, həm də qacet ekranlarından yayılan mavi işıq ola bilər. Bu işıq dəriyə daha dərin nüfuz edərək hüceyrələrin fəaliyyətini pozur". xəbər verir ki, bu barədə -ya Ufa şəhərində yerləşən "Bud Zdorov" klinikasını

13 aprel
.

Niyə yuyucu vasitəyə duz əlavə olunur? - Evdar qadınların sirləri

Adi məişət üsulları bəzən ən bahalı vasitələrdən daha təsirli ola bilir. Mütəxəssislər bildirirlər ki, adi duzdan istifadə etməklə ucuz yuyucu tozun təsirini xeyli artırmaq mümkündür və bu, paltarların həm təmizliyinə, həm də görünüşünə müsbət təsir göstərir. xarici mediaya istinadən xəbər verir ki

12 aprel