Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?

Yol kənarında turistsiz qalan obyektlər: Ekspertlər nə məsləhət görürlər?İsmayıllı-Şəki yolunda aparılan təmir-bərpa işləri həmin ərazidə fəaliyyət göstərən turizm obyektlərinin fəaliyyətinə ciddi təsir edib. Turistlərin sayı kəskin azalıb, gəlir səviyyəsi aşağı düşüb. Ekspertlər sahibkarlara səbirli olmağı məsləhət görürlər.

Bir müddətdir ki, İsmayıllı-Şəki yolunda əsaslı təmir-bərpa işləri aparılır. Bu yolla hərəkət etmək xeyli çətinləşib. Bu səbəbdən məlum istiqamət üzrə turistlərin axınında azalmalar müşahidə olunur. Qeyd edək ki, təmir işləri aparılan yol boyunca çoxsaylı istirahət mərkəzləri, təndirxanalar, restoranlar, kafelər mövcuddur. Nəticədə, hər il yay aylarında müştərilərlə dolu olan bu restoranlar, istirahət mərkəzləri indi boş qalıb. Üstəlik, bir neçə gün əvvəl yaşanan sel fəlakəti turizm obyektlərinin vəziyyətini daha da çətinləşdirib. Belə vəziyyətdə tək qazanc yeri turistlər olan obyekt sahibləri nə etməlidirlər?

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Turistlərə əvvəlcədən məlumat verilməlidir

Turizm eksperti Ramin Zamanov deyib ki, bu məsələdə tək çarə yolların inşasının yekunlaşmasını gözləməkdir:

"Turistlərin səfəri üçün alternativ yollar təklif oluna bilər. Yolsuzluq şəraitinə uyğun nəqliyyat vasitələrindən istifadə də mümkündür ki, səyahətlərini əvvəlcədən planlamış turistləri ünvana çatdıra bilsinlər. Məsələn, safari tipli nəqliyyat vasitələri seçilə, yaxud piyada keçidlər qoyula bilər. Yollarda təmir işləri aparılırsa, turistlərə əvvəlcədən bu barədə məlumat verilməlidir".

Həmin zonalarda aktivlik yaranacaq

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə bildirib ki, bu rayonlara hazırda insanlar az üz tutsa da, təmirdən sonra səyahətlərin sayı artacaq:

"İsmayıllı-Şəki yolunda hazırda təmir-bərpa işləri gedir. İstənilən infrastruktur işləri - yolların bərpa olunması, kommunikasiya xətlərinin çəkilməsi iqtisadi canlanma yaradır. Yolun təmiri müsbət haldır. Gələcəkdə həmin yerlərin turizm bölgəsi olaraq inkişafına xidmət edəcək. Çünki yol daha rahat, ərazilər daha əlçatan olarsa, həmin yerlərə gedən turistlərin intensivliyi də artar. Bu zonalarda aktivlik yaranacaq, daha çox istirahət mərkəzləri, otellər fəaliyyət göstərə biləcək. Çünki turistlər, əsasən daha əlçatan yerlərə səyahət etməyi üstün tuturlar".

Belə vəziyyətdə obyektlərin işləməyi çox çətindir
C.Aşurovun fikrincə, yol təmiri sahibkarları düşünərək indiki vaxta salınmamalı idi:

"Yol tikintisi müvəqqəti xarakter daşıyır. Amma yaxşı olardı ki, təmir-tikinti işləri mövsüm vaxtı aparılmasın. Qeyri-mövsümi zamanda olsaydı, sahibkarlara dəyən ziyan daha az olardı. Bu, əslində razılaşdırılmalı idi. Adətən, belə təmir-tikinti işləri sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınaraq mövsüm olmayan vaxtlarda həyata keçirilir. İnsanların istirahətə getdiyi dövrdə qazıntı işlərinin aparılması fonunda obyektlərin işləməsi çox çətindir. Ancaq mövcud şəraitdə atıla biləcək başqa addım yoxdur".

"Heç kim biznesin riskləri olduğunu fikirləşmir"

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, sahibkarlıq fəaliyyətində belə hallar çox baş verir:

"Həmişə soruşulur ki, niyə mövsüm vaxtı qiymətlər daha baha olur. Amma heç kim biznesin riskləri olduğunu fikirləşmir. Sahibkar obyektdən üç ay pul qazanır, amma doqquz ay müştərisi olmur. Sahibkar hər bir halda obyektin xərclərini ödəməlidir. Qiymətlərin baha olduğunu deyəndə onların problemlərini düşünmürük. Bu məsələ sahibkarın öz problemidir. Yol çəkilir, yaxud sel gəlib deyə, onlara büdcədən yardım edilməsindən söz gedə bilməz. Çünki bu, büdcə təyinatına uyğun deyil. Güzəştli kreditlər verilməsini də deyə bilmərik. İnsanlara satışı kompensasiya etmək üçün kredit vermək ədalətli çıxış yolu deyil".

X.Kərimli qeyd edib ki, sahibkarların tək yolu insanları həvəsləndirməkdir:

"Bu obyektlərin dövriyyəsi tam olaraq aşağı düşməyəcək. Çünki, vətəndaşlar yenə də alternativ yollardan istifadə edərək, bir az artıq məsafə qət edərək həmin ərazilərə gedə biləcəklər. Amma, yol çəkilən hissədəki sahibkarlar satış dəyərinin itirilməsindən əziyyət çəkəcəklər. Qiymətləri maksimum ucuzlaşdırmalıdırlar ki, vətəndaşlar həvəsləndirmə yolu ilə gəlsinlər. İnsanlar fikirləşsinlər ki, "pis yolla gedəcəyəm, amma daha ucuz şəkildə istirahət edəcəyəm". Təbii ki, bu müddətdə sahibkarlar pul qazanmayacaq, hətta ziyana da gedə bilərlər".

"Ziyanı öz hesablarına qarşılamalıdırlar"

İqtisadçı düşünür ki, sahibkarlar səbirli olmalı və ziyanı öz hesablarına qarşılamalıdırlar: "Sahibkar həmişə pul qazanacaq" deyə bir qayda yoxdur. Nəzərə alaq ki, yol da çəkilməlidir. Çünki çəkilən yoldan həmin sahibkarlar da faydalanacaq. İnsanlar yeni yoldan istifadə edəcək və həmin sahibkarlara da xeyir verəcək. Bu halda insanların daha çox gəlməsi nəticəsində sahibkar əksinə, qiyməti daha da qaldıracaq. Bu, təbii biznes prosesidir. Onlar belə nüansları öz hesablamalarında nəzərə almalıdırlar. Sahibkarlar mövcud vəziyyətdə bu ziyanı öz ehtiyatları hesabına kompensasiya etməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1010   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Makronun gücsüzlüyü - VİDEO

"Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə Azərbaycan – Ermənistan nizamlanma prosesinə qarışan Fransa Prezidenti Emmanuel Makronun siyasətinə həsr edilib. Müəllif qeyd edir ki, əslində Emmanuel Makronun və Fransanın xarici siyasətinin fəaliyyəti nizamlanma prosesin

1 iyul 2023
.

Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub. Bu barədə CNN polisə istinadən məlumat yayıb. Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır. CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəl

19 noyabr 2023
.

Xarici turistlərin yolunu hökumət, bizimkini isə qiymətlər kəsib - COVID-in gətirdiyi "bərəkətsizliyi" necə DƏF ETMƏLİ?

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül olub. Rəsmi statistikaya əsasən, ötən il ərzində ölkəmizə 1 602 600 xarici vətəndaş səyahət edi

22 iyul 2023
.

Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 6 % artıb

Bu ilin yanvar-iyul aylarında 436 min 335 nəfər Azərbaycan vətəndaşı Türkiyəyə səyahət edib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23 min 839 nəfər və yaxud 5,7 % çoxdur. 7 ay ərzində Türkiyəyə gedən azərbaycanlıla

26 avqust 2023
.

Türkiyəyə gedən azərbaycanlıların sayı azalıb

Bu ilin yanvar-may aylarında Türkiyəyə 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfə

25 iyun 2023
.

KİV: Antalya sahillərində tapılan cəsədlər miqrantlara aid ola bilər

Bu həftə Antalya vilayətinin sahillərində aşkarlanan cəsədlərin qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər. Bu ehtimalla "Habertürk" telekanalı çıxış edib. Təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələrində çimərliklər yaxınlığında altı kişi və qadın cəsədi sudan çıxarılıb

22 yanvar
.

Türklərin tarix boyu istifadə etdiyi əlifbalar! TAM SİYAHI

Tarix boyu türklər müxtəlif əlifbaları mənimsəyərək müxtəlif dillərdə əsərlər yaradıblar. Bu uzun və zəngin yazılı mədəniyyət türk xalqının dil və mədəni irsinin müxtəlifliyini əks etdirir. Türklərin istifadə etdiyi əlifbalar arasında ilk yeri Göktürk əlifbası tutur. Bəs, türklərin tarix boyu istifad

15 dekabr 2023
.

Blinken Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. Hakan Fidan səfərin təfərrüatlarını açıqlamayıb. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri regionda qüvvələr nisbəti dəyişməy

3 yanvar
.

İstisu bərpa ediləcəkmi? - RƏSMİ CAVAB

"Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub". Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. K.Quluzadənin sözlərinə görə, Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır:. "Qarabağın turizm potensial

23 iyul 2023