Toy turizminin cəlbedici tərəfləri - ARAŞDIRMA

Toy turizminin cəlbedici tərəfləri - ARAŞDIRMAÖz xoşbəxt günlərini xaricdə keçirmək istəyənlərin sayı artmaqdadır. Əgər 2000-ci illərin əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün məkan kimi Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahısı dəyişib. Toy etmək üçün məkan kimi Azərbaycanı seçənlər də var.

Xaricə müxtəlif toy, bal ayı səfərləri geniş vüsət alıb. Bu istiqamətdə konkret turların meydana çıxması ilə belə marşrutların coğrafiyası daim genişlənir. Əgər 2000-ci illərin əvvəllərində hamı füsunkar çimərlik mənzərələrinin dalınca gedirdisə və toy üçün Maldiv adalarını seçirdisə, bu gün cəlbedici ölkələrin siyahısı dəyişib. Məsələn, nikah qeydiyyatı və bal ayı səyahətini birləşdirməyi seçməklə vaxt və pula qənaət edənlər, toyun yerindən və növündən asılı olaraq, xaricdə qeydetmənin öz ölkəsində ənənəvi toydan daha ucuz ola biləcəyini düşünənlər, eynicinsli nikahları rəsmiləşdirməyin yeganə yolunu xaricdə toy etməkdə görənlər və s. var. Xaricdə keçirilən toyun unikal təcrübələr və xatirələr verə biləcəyini hesab edənlər də çoxdur. Məsələn, cütlüklər çimərlikdə, qalada və ya dağın təpəsində evlənməyi seçərək, həqiqətən, unudulmaz anlar yaşaya bilirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Toy etmək üçün ən çox istənilən ölkələr

Bu gün toylar planetimizin hər hansı bir küncündə, yeni evlənənlərin istədiyi yerdə heç bir problem olmadan keçirilə bilər. Müşahidələrə əsasən, hazırda Hindistan dünyanın ən məşhur toy məkanıdır. İtaliya ikinci ən populyar toy marşrutu kimi sevilir. Avropa ölkələrində yaşayan sakinlər üçün İtaliya nikah bağlamaqdan ötrü ən arzu olunan yerdir: Apennin adalarında evlənmək istəyənlər arasında Şotlandiya, Şimali İrlandiya, Fransa, Danimarka, Yunanıstan, Norveç və İsveçrənin vətəndaşları çoxluq təşkil edir. Toy və bal ayını İtaliyanın ayrı-ayrı bölgələrində, adalarında və ya "Cülyettanın evi" kimi turistik məkanlarda qeyd edənlər günü-gündən çoxalır. Həmçinin Maldiv adaları toy mərasimləri üçün ən populyar yer sayılır. Xorvatiya, Türkiyə və Ukraynadan olan cütlüklər ən çox bu heyrətamiz tropik adada toy edirlər. Xaricdə bir sıra mehmanxanalarda bal ayına gələnlər üçün xüsusi otaqlar var. Turizm biznesi müştərilərinin istənilən istəklərini təmin etməyə çalışır. Gənc cütlüklərin istəklərindən asılı olaraq onlar üçün xüsusi marşrut hazırlanır.

Sadə qeydiyyat prosesinə və mənzərələrə diqqət yetirilir

Evlilik üçün ölkə seçərkən əksər cütlüklər qeydiyyat prosesinin sadəliyinə və mənzərələrə diqqət yetirirlər. Bu baxımdan, Gürcüstan və Türkiyə tez-tez xarici toy üçün ən yaxşı yerlərin siyahısında görünür. Bu, həmin ölkələrdə əcnəbilər üçün nisbətən sadə və aydın nikah prosedurlarının olması ilə bağlıdır. Məsələn, Gürcüstanda cütlüklər cəmi bir günə evlənə bilirlər və bu, digər ölkələrlə müqayisədə kifayət qədər büdcəyə uyğundur. Türkiyə həm də əcnəbi cütlüklər üçün məşhur toy məkanıdır. Evlənənlər sərfəli qiymətə çoxlu gözəl məkanları seçə bilirlər.

"Evlənmək asanlığı ilə yanaşı, Gürcüstan və Türkiyə heyrətamiz təbii mənzərələri, tarixi memarlığı və canlı mədəniyyətləri ilə də məşhur toy məkanlarıdır. Bu ölkələr sevgilərini xüsusi şəkildə qeyd etmək istəyən cütlüklər üçün unikal və unudulmaz təcrübə təqdim edir", - deyə turizmçilər qeyd edirlər. Maraqlıdır ki, Türkiyə Afrikadan olan yeni evlənənlər arasında populyarlıq baxımından üçüncü, şimali amerikalılar arasında isə beşinci yerdədir.

Bizim ölkəmizdə populyar olmasa da...

Turizmçilərin fikrincə, gənclərin müraciətləri arasında toy turizmi artıq bizim ölkəmizdə də populyarlaşır. Yalnız toy turizmi üzrə ixtisaslaşmış firmalar müştərilərinə rəsmi mərasim və toy mərasimi, simvolik toy mərasimi, romantik bal ayı paketləri təklif edirlər.

Turizmçi Əfsun Əhmədovun sözlərinə görə, elə turizm şirkətləri var ki, sifariş olanda toy turizmi ilə məşğul olurlar:

"Marşrut hələ yeni canlanır. Demək olmaz ki, maraq böyükdür, amma ildən-ilə sifarişlərin sayında artım müşahidə olunur".
Turizmçi bildirir ki, toy turizmi marşrutu üzrə ölkəmizin getmə və gəlmə turizmində artımlar var. Azərbaycan vətəndaşları toy və ya bal ayı üçün daha çox Türkiyə və Qərbi Avropa ölkələrinə səyahət edirlər:

"Maldiv adaları kimi yerlər toy turizmi üçün məşhur olsa da, azərbaycanlı cütlüklər adaları o qədər də sifariş etmirlər. Bu, əsasən, qiymətlərin baha olması ilə bağlıdır".

Turizmçinin sözlərinə görə, bizim ölkəmizə toy turizmi ilə bağlı maraq göstərənlər, əsasən, Hindistan vətəndaşlarıdır:

"Onlar Bakıda nikah mərasimlərini keçirirlər. Həm özləri maraqlı layihələr irəli sürür, həm də bizim turizm şirkətləri paketlər təklif edirlər".

Ə.Əhmədov hesab edir ki, turizmin bu marşrutunu genişləndirmək faydalı olar:

"Bir çox ölkələr kimi biz də toy turizmi üzrə turistləri cəlb edə bilərik. Bu ölkəmizin daha çox tanınmasına və turizmin inkişafına səbəb olar".

Birinci seçim deyilik, amma potensialımız var

Turizmçi Tərlan Quliyev də çalışdığı firmanın toy turizmi ilə məşğul olduğunu bildirir:

"Bu yaxınlarda Rusiyadan olan qonaqlar üçün toy turu təşkil etdik. Davamlı olaraq toy və bal ayı turu ilə məşğul oluruq. Yaxın aylarda bir neçə toyumuz da olacaq".

T.Quliyevin sözlərinə görə, toy turizmi marşrutu, əslində, bizim ölkəmizdə populyar deyil, ancaq Azərbaycan son illərdə özünü turizm destinasiyası kimi tanıtdıqdan sonra bir çox şirkətlər ölkəmizdə də toy turları təşkil etməyə çalışırlar:

"Ölkəmizdə toy turizminin təşkili və inkişafı üçün təbiət mənzərələri, tarixilik, mədəniyyət və s. şərait imkan verir. Hazırda bu istiqamətdə dünyada Qərbi Avropa ölkələri, xüsusən İtaliyanın şimal hissəsi və Türkiyənin kurort zonaları populyarlıq qazanıb. Ancaq bizim ölkəmizə də hindistanlılar, ruslar bu məqsədlə gəlirlər. Hesab edirəm ki, ölkəmiz turizmin digər növlərində olduğu kimi toy turizminin inkişafı istiqamətində də irəli gedə bilər. Sadəcə, müəyyən yatırımlar lazımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1178   Tarix: 30 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avia bilet sifarişi ən ucuz qiymətə !

Dünyanın istənilən yerinə Avia Bilet sifarişi bu qədər asan və ucuz olmamışdı. saytı ilə ən ucuz qiymətə, ən rahat avia şirkətlərlə biletlərinizi asanlıq ala bilərsiz. Azal, Buta airways, Qatar, Turkish airlines və digər hava yolları şirkətləri ilə dünyanın istənilən yerinə getməyiniz mümkündür. Bile

1 noyabr 2023
.

İstisu bərpa ediləcəkmi? - RƏSMİ CAVAB

"Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub". Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib. K.Quluzadənin sözlərinə görə, Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır:. "Qarabağın turizm potensial

23 iyul 2023
.

Şəhər sakininə səhvən 6 kiloqram narkotik göndərildi

Fransanın Lyon şəhərinin sakininin başına qəribə iş gəlib. xəbər verir ki, axşam işdən qayıdan kişi poçt qutusunda böyük bağlama olduğunu görür. O, bağlamanı evə gətirib açdıqda kərpic formasında 2 əşyaya rast gəlir və şübhələndiyi üçün polisə xəbər verir. Hadisə yerinə gələn polis bunun 6 kq çəkid

22 fevral
.

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb

"Welcome back - Geridönüşünüz xoşdur" şüarı altında Papillon Hotels qonaqlarını unudulmaz təcrübələr və emosional anlar yaşamağa zəmanət verən unikal səyahətə dəvət edir. Papillon Hotels komanda heyəti hər bir qonağı hörmətlə qarşılayır və onları ailənin birhissəsi hesab edir. Otuz illik fəaliyyə

11 aprel
.

Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur

Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında vizasız yaşamaq üçün 90 gün vaxt verilir

8 iyul 2023
.

Füsunkar təbiətin suya qovuşduğu yer - VİDEO

Tərtər rayonunun Suqovuşan qəsəbəsi Qarabağın ən gözəl guşələrindəndir. Əhatəsindəki dağlar, Tərtərçay və su anbarı buraya xüsusi gözəllik verir. Burada artıq Turizm İnformasiya Bürosu inşa olunub, sahilboyu park salınıb, oturacaq­lar, söhbətgahlar quraşdırılıb, ictimai iaşə obyekti yaradılıb, avtodayanaca

21 oktyabr 2023
.

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 30 faizdən çox artıb

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 2 170,5 min və ya illik müqayisədə 31% çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Məlumata görə

14 oktyabr 2023
.

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

"Gürcüstan Hava Yolları"nın Moskva və Tiflis arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb. Bu barədə Gürcüstan aviaşirkətindən məlumat verilib. "İndi Rusiyada çaxnaşma var, hamı bilet alıb dəyişdirir", - aviaşirkətdən bildiriblər. Onlar həmçinin qiymətlərin təxminən bi

24 iyun 2023
.

Yaponiyada zəlzələdə xəsarət alanların sayı 460 nəfəri ötüb - YENİLƏNİB

Yaponiyada baş verən zəlzələ nəticəsində 92 nəfər ölüb, 464 nəfər yaralanıb, 16 nəfər isə itkin düşüb. "Report" Yaponiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi bildirib. Onun sözlərinə görə, hökumət 24

5 yanvar