"Formula -1" in biletləri satışda - QİYMƏTLƏR BİLİNDİ

"Formula -1" in biletləri satışda - QİYMƏTLƏR BİLİNDİBu gündən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər veririk ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır.

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini alıb.
Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir.

2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, ayaqüstü yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1404   Tarix: 02 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Neftçi"nin legioneri Rumıniyaya qayıdacaq?

"Neftçi"nin müdafiəçisi Yuri Matias yeni mövsümə Rumıniyada başlaya bilər. Braziliyalı futbolçu "ÇFR Kluj"un maraq dairəsindədir. Rumıniyalı futbol eksperti Mihay Stoyka hesab edir ki, "ÇFR Kluj"un baş məşqçi postuna Dan Petresku təyin olunarsa, Matias yeni sezona həmi

21 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13 aprel