"Ermənistanda qaz pulunu süni şəkildə aşağı saldılar ki…" - YAP-çı millət vəkili

"Ermənistanda qaz pulunu süni şəkildə aşağı saldılar ki…" - YAP-çı millət vəkili"2017-ci ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu səbəbdən indiki hakimiyyət baş nazir postunu əldə saxlamaq üçün cəbhə xəttində vəziyyəti gərginləşdirir".

Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, işğalçı ölkə yenidən cəbhədə aktivləşməklə daxili siyasətdə indiki elitanın daha çox hakimiyyətdə qalmasına çalışır: "Ermənistanın əsas istəyi istənilən vəziyyətdə torpaqları işğal altında saxlamaqdır.

Ən yaxşı halda işğalçı ölkə o torpaqları özünə birləşdirmək istəyir. Bu isə nə beynəlxalq hüquq normalarına, nə də sivil düşüncəyə düzgün gəlmir. Bu baxımdan Ermənistanın cəbhə xəttindəki hərəkətləri onun apardığı siyasətə tamamilə uyğundur. Ermənistan cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, Azərbaycanı hərbi təzyiq altında saxlamağa və bu faktordan istifadə edərək daxili siyasətdə indiki elitanın daha çox hakimiyyətdə qalmasına çalışır.

Ermənistanda gələn il parlament seçkiləridir. İndiki hakimiyyət də baş nazir postunu əldə saxlamaq üçün maksimum provokasiya yaradır. Məsələn, bir müddət öncə Ermənistanda əhaliyə qazın satış qiymətini süni şəkildə aşağı saldırlar ki, daha çox seçici cəlb etsinlər. Əhaliyə müəyyən süni şəkildə yaradılmış sosial hərəkətlər edirlər".

Aydın Mirzəzadə bildirib ki, artıq bir necə gündür cəbhə xəttində kiçik döyüşlər gedir: "Son günlər ermənilər cəbhə xətində vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Bir necə gündür ki, kiçik döyüşlər gedir.

Amma Ermənistan problemin həlli yolunun onun apardığı siyasətbazlıqda olmadığını unudur. Bu reallıqda və beynəlxalq hüquq normalarının işləməyindən asılıdır. Azərbaycan özünün ərazi bütövlüyü məsələsini çox ciddi sürətdə ortaya qoyub və bu xətdən geri çəkilən deyil. Bunu etmək üçün Azərbaycanın düşünülmüş dövlətçilik siyasəti, düzgün qurulmuş xarici siyasəti, güclü ordusu və iqtisadiyyatı var. Ölkəmiz Ermənistanın həmlələrinə vaxtaşırı çox sərt cavablar verir".

Deputatın fikrincə, Ermənistan rəhbərliyi özünə hesabat verməlidir ki, Azərbaycanın səbri tükənməz deyil: "Aprel hadisələri yenidən təkrarlana bilər. Amma cavab artıq əvvəlkini belə kölgədə qoyacaq. Bu isə Ermənistanın nəinki qarşıdan gələn seçkiləri, ümumiyyətlə bir çox planlarını ciddi surətdə pozacaq".

Cəbhə xətində vəziyyətlə bağlı olaraq Rusiyaya arxalanmaq əhval-ruhiyyəsi Ermənistanda mövcuddur. Onlar həmişə özünün çirkin oyununa Rusiyanı cəlb etməyə çalışır. Amma Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Hətta işğal edilmiş zonada yaranan rejimlə əlaqə qurmaqdan imtina edir. Hesab edirəm ki, Ermənistanda Rusiya ilə son günlərdə vahid ordu yaradılması ilə bağlı müqavilədən sonra bir eyforiya yaranıb. Onlar bu müqaviləyə əsaslanaraq Rusiyanı Dağlıq Qarabağda işğal edilmiş zonada gedən döyüşlərə cəlb edə biləcəklərini umurlar.

Amma müqavilədə birbaşa Rusiyanın və Ermənistanın ərazi bütövlüyü yazılıb. Bu o deməkdir ki, Qarabağ və ətraf rayonların Ermənistanın ərazisinə aidiyyəti yoxdur. Ümumiyyətlə, Azərbaycanın öz ərazisində istədiyi hərəkəti etmək hüququ var". (BakiPost)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2844   Tarix: 03 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta sürücülük vəsiqəsi istifadə edən şəxs CƏZALANDIRILIB

Saxta sürücülük vəsiqəsindən istifadə etməkdə təqsirləndirilən Rusiya vətəndaşı barəsində hökm çıxarılıb. -a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı - Emil Şərəfxan oğlu İsmayılov Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə (saxta sənəddən istifadə) ittiham olunub

20 dekabr
.

Pensiya alanlara ŞAD XƏBƏR: Gələn ildən...

"Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdə

21 dekabr
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

19 dekabr
.

Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhəri, Müslüm Maqomaye

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus

20 dekabr
.

Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video

Sosial şəbəkələrdə yayılan Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta ümumtəhsil məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən video ilə bağlı araşdırma aparılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib

19 dekabr
.

19 yaşlı oğlan qəfil öldü

Bakıda gənc oğlan qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib. 2006-cı il təvəllüdlü Nihad İsmayıl oğlu Məmmədov səhhətinin anidən pisləşməsi nəticəsində həyatını itirib. Yaxınları onun insult keçirdiyini bildiriblər. Faktla bağlı araşdırm

20 dekabr