Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıbMoskvada "Hacı Zeynalabdin Tağıyev - sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.

"Report"un Rusiya bürosunun məlumatına görə, fotosərgi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki "Azərbaycan" pavilyonunda Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR RUS" tərəfindən Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.

Tədbir neft və qaz sənayesi işçilərinin peşə bayramı gününə təsadüf edir.

Sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçinin şəxsiyyətinin xüsusi diqqətə layiq olduğunu qeyd edib:

"Hacı Zeynalabdin Tağıyev mühüm humanitar layihələr həyata keçirib. O, Azərbaycanda qızların təhsilinə xüsusi önəm verib. Bakıda onlar üçün ilk gimnaziyanı açıb".

Qeyd edək ki, sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış neft sənayeçisinin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Tədbirin qonaqları onun tərcümeyi-halı və Azərbaycan neft sənayesinin tarixi ilə daha yaxından tanış olublar.

Xatırladaq ki, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Məhəmmədtağı oğlu Tağıyev (1838-1924) Rusiya imperiyasının və Azərbaycanın ən iri neft sənayeçilərindən biri olub. O, bütün həyatı boyu Bakı neft mədənlərini, balıqçılıq və yüngül sənaye sahələrini inkişaf etdirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3463   Tarix: 09 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Azərbaycanın tanınmış şairi vəfat etdi - FOTO

Azərbaycan şairi, araşdırmaçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Namiq Hacıheydərli vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, bir neçə gün öncə komaya düşən Namiq Hacıheydərli 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndind

27 aprel
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

5 may
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir

Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bunu "Report"un Qəbələyə ezam olunmuş əməkdaşına "Vineyard Azərbaycan" Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib. "Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buray

5 may
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan "oğurlayıb"

Pop kralı Maykl Cekson özünün yaratdığı "Ay yerişi" (moonwalk) rəqsi ilə xüsusilə sevildi. Hər kəsin "Cekson rəqsi" adlandırdığı bu qəribə breq-dans nümunəsi onun ən böyük uğuru və kəşfi hesab olunurdu. Lakin -ın araşdırmasına görə, bu rəqsi əslində ondan illər öncə İranda oynayıblar

9 may