Ölkədə boşanmaların sayı niyə artır? - AÇIQLAMA
Dünyanın hər yerində boşanmalar günü-gündən artır. Ailə strukturları da dəyişir. İndi boşanmış cütlüklərin uşaqları, yeni həyat yoldaşları və onların uşaqları kimi birlikdə yaxud növbə ilə yaşadığı ailə modelləri var. Ona görə də bu artımlar və dəyişikliklər tezliklə bitməyəcək. Bu məsələyə geniş perspektivdən yanaşmaq vacibdir. Statistikalara görə, 1 ayda boşananların sayında 1762 artım olub. Bu baxımdan boşanmaların artımı nə ilə bağlıdır?
Mövzu ilə bağlı sosioloq Mahir Yaqub Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, boşanmalar dayanmadan artır və müxtəlif səbəbləri mövcuddur:
"Amma o səbəblərdən biri kişilərin ailələrində xanımlarına qarşı fiziki və psixoloji güc tətbiq etməsi və valideynlərin gənc ailələrin işinə yersiz müdaxilə etməsidir. Üçüncü amil kişinin yaxud xanımın xəyanətidir. Dördüncü amil isə kişinin evə baxmaması və xanımın bundan bezib boşanmaq istəməsidir. Bunların hamısı mövcuddur. Amma məncə, Azərbaycanda və bütün dünyada ailə institutunun dağılmasının əsas səbəbi ifrat və biabırçı vəziyyətdə sosial şəbəkələrdə, mətbuatda və televiziyada, virtual məkanlarda ailə institutunun əleyhinə, ziddinə geniş vüsət almış təbliğatdır".
Sosioloq bildirib ki, müasir dünyada dayanmadan növlərini çoxaldan əyləncə modelləri və onları yaradan insanlar, sistemlər ailə institutunun əleyhinədir:
" Hər tərəfdə, o cümlədən əfsuslar olsun ki, Azərbaycan televiziya məkanlarında yayımlanan verilişlərin səviyyəsizliyi var. Bu verilişlərə baxan, qadın və kişi də ailəyə sevgi arta bilərmi? Qətiyyən. Əgər bir xanım normal ailəsi varsa. Müşahidə edirsə ki, gündə yeni bir müğənni xanım ortaya çıxır. Müstəqil həyat yaşayır və istədiyi qədər pul qazanır. Hansı yollar ilə qazanır özü bilir. Belə bir xanımda ailəyə bağlılıq hissi yarana bilər? Ona görə statistika göstərir ki, bu dəqiqə boşanmaya müraciət edənlərin çoxu xanımlardır. Mən inanmıram ki, təkcə fiziki və psixoloji şiddətdən boşanmağa can atırlar. Xeyir. Belə bir düşüncə var ki, xanımlar müstəqil həyat yaşayacaqlar. Bunun cəmiyyətdə nümunələrini görürlər. Əfsuslar olsun ki, bu tendensiyada mövcuddur və ciddi amillərdən biridir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1861 Tarix: 18 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto
Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda
20 dekabrKarantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsus
20 dekabrBakcell lotereyasının 11-ci qalibi bəlli oldu!
Bakcell lotereyasının 11-ci qalibi bəlli oldu!. Bakcell-in meqa lotereyasında növbəti avtomobilin qalibi artıq bəllidir. Həftəlik tirajın nəticələrinə görə 11-ci "Zeekr 001" sahibi Rafiq Nəsibovdur. xəbər verir ki, lotereyada meqa surpriz həyəcanı zirvədədir! Sən də "Şans" paketin
19 dekabrBakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib. Onun sözlərinə görə
20 dekabrBu qadağa fevralın 1-dək ləğv olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm
20 dekabrElektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
19 dekabrSabah hava necə olacaq?
Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimal
19 dekabr