Azərbaycanda 2024-cü il devalvasiya olacaq? - EKSPERT AÇIQLADI

Azərbaycanda 2024-cü il devalvasiya olacaq? - EKSPERT AÇIQLADI2024-ci ildə manatın məzənnəsinin necə dəyişəcəyi ən çox maraqlandıran suallardandır. Bu il devalvasiya gözləniləndir? Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad həsənov Sonxeber.az-a açıqlama verib.

Ekspert bildirib ki, 2024-cü ildə devalvasiya olması ehtimalı yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, hazırda manatın məzənnəsini sabit şəkildə qoruyub saxlamaq imkanları 2015-ci il ilə müqayisədə daha yüksəkdir:

"Çünki faktiki olaraq, əhalinin əlində olan manat kütləsi 2014-cü il ilə müqayisədə daha az valyuta tələb edir. Təzyiqlərin aradan qaldırılması üçün, xatırlayırsınızsa 2020-ci ilin mart ayında ortaya çıxdı. Pandemiya dövründə neftin qiyməti mənfiyə doğru dəyişsə belə bu şərtlər daxilində hökumət 1.8 milyard dollar vəsaiti bazara daxil etməklə problemi həll etdi. Amma sonrakı bir neçə ayda ümumiyyətlə bazarda valyuta satılmadı. Çünki, əhalinin əlində olan manat ehtiyatlarını manata yığıblar. Hazırda şərtlər ciddi şəkildə dəyişməyib. Bu baxımdan hər-hansı bir problem yarandığı halda belə daha az vəsaitlə bunun qarşısını almaq mümkündür".

Rəşad Həsənovun sözlərinə görə, Neftin büdcədə qiyməti ehtiyatlı müəyyən edilib. 2024-cü il üçün proqnozlar əsasən neftin qiymətinin 80 ABŞ dolları olacağı istiqamətindədir:

"Lakin büdcədə bu 60 dollar nəzərdə tutulub. Buda hökumətə manevr imkanları yaradır. Eyni zamanda nəzərə almaq lazımdır ki, hökumətin verdiyi mesajlarda bu istiqamətdədir. Çünki hökumət 2023-2027-ci illər makroiqtisadi proqnozları hazırlayarkən manatın məzənnəsini 1 ABŞ dollarına 1.70 olaraq sabit nəzərdə tutub. 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyasında bənzər yanaşma ortaya qoyulub. Eyni zamanda bununla paralel olaraq hazırda tədiyyə balansı, ticarət saldosu və strateji valyuta ehtiyatlarının həcmi manatın məzənnəsinin qorunması imkanlarını daha da dərinləşdirir. Bu baxımdan növbəti ildə hərhansı bir ciddi risk gözlənilmir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4735   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salındı

Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markal

18 dekabr
.

Ölkədə istehsal olunan siqaret və spirtli içkilərlə bağlı statistika açıqlandı

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 15 milyard 700.4 milyon ədəd siqaret və siqar istehsal olunub. rəsmi statistikaya istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.3 faiz çoxdur. Cari ilin dekabr ayının 1-nə siqaret və siqar üzrə hazır məhsul ehtiyatı 1 milyard 16.

14 dekabr
.

Azərbaycanda oktyabrda nağdsız ödənişlərin 88 %-i elektron ticarətin payına düşüb

Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb

29 noyabr
.

Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI

Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri açıqlanıb. xəbər verir ki, qiymətlər bölgələrdə 26,10 manatdan 28,40 manatadək dəyişir. Ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də, ən bahalı isə "Azeri-Arapoğlu U.S. və T. LTD" BM-də satılır

29 noyabr
.

Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur. Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatın

20 dekabr
.

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 10 %-ə yaxın artıb

Bu ilin dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 % artaraq 850,9 min təşkil edib. Bu barədə "Report" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu dövrə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 9,

6 dekabr
.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

2025-ci il noyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.3 faiz artaraq 31 milyard 169.4 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25 milyard 701.7 milyon manatı v

13 dekabr
.

Doğum sayı azalıb, ölüm halı dəyişməyib

2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb. 2024-c

12 dekabr
.

Azərbaycan Türkiyədən metal idxalına çəkdiyi xərci 5 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 124,06 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır. Təkcə noyabr ayında Türkiyə Azərbaycana 9,695 milyo

13 dekabr