Flora Kərimova: "Amaliya Pənahova yel olub ötə bilməz" - QALMAQAL

Flora Kərimova: "Amaliya Pənahova yel olub ötə bilməz" - QALMAQALAzərbaycanda qadın aktrisalar arasında rəqabət hər zaman güclü olub.

İstər müstəqillik illərində, istərsə də ondan əvvəlki illərdə bu rəqabət davam edib. Bu gün də rəqabət gənclər arasında davam edir.

Azərbaycanın dram janrında ən güclü qadın aktrisasının kim olduğu hər zaman müzakirə mövzusu olub. Bu il də ən güclü aktrisanın kimliyi sorğu olaraq araşdırılır. Sorğuda ölkənin sayılmış seçilmiş ziyalıları, sənət adamları iştirak ediblər. Sorğunun nəticələri yaxın günlərdə açıqlanacaq.

Bu mövzu ilə bağlı araşdırma edərkən xalq artisti Flora Kərimovanın da məsələyə münasibətinə diqqət çəkib, öyrəndik. Mövzu ilə bağlı münasibətini bildirən F.Kərimova rəqabətin əsasən Şəfiqə Məmmədova ilə Amaliya Pənahova arasında gedəcəyini bildirərək, səsini də Şəfiqə Məmmədovaya verib.

Daha sonra o, Amaliya Pənahovanın heç vaxt Şəfiqə Məmmədovaya çata bilməyəcəyini bildirib: "Bilirsiz madam bu mövzu ilə bağlı araşdırma aparırsınız, mən sizə deyim ki, Şəfiqə xanımda olan qürur, səhnə duruşu, obraza girmə heç vaxt Amaliya Pənahovada ola bilməz.

Ömründə Amaliya Pənahova özünü Şəfiqə Məmmədova ilə müqayisə eləməsin. Amaliya yel olub Şəfiqənin yanından ötə bilməz. Şəfiqə Məmmədova, eyni zamanda, daha çətin rolların öhdəsindən gəlib.

Mən onların heç birini yaxından tanımıram, amma baxdığım izlədiklərimə və gördüklərimə əsasən, bu, mənim fikirlərimdi. Bu, bir daha onu sübut edir ki, dram janrında ən layiqli, ən güclü qadın aktrisa Şəfiqə Məmmədovadır".

Flora Kərimovanın Amalya xanım haqqında söylədikləri yəqin ki, xeyli müddət müzakirə olunacaq. Bəs görən Amaliya Pənahova Flora Kərimovanın onun barəsində söylədiyi fikrə reaksiyası necə olacaq? A.Pənahova F.Kərimovadan belə bir kəskin açıqlama gözləyə bilərdimi?

Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə "Nömrə-1" mükafatlandırma mәrasimindә hər iki sənətçi yanaşı duraraq bir-birini salamlayıb və tədbirdə iştirak etmişdilər. Mərasimdə bir-biri ilə xoş ünsiyyətdə olan hər iki xalq artistinin birgə fotoları da mətbuat səhifələrində yer almışdı.

Xalq artisti Amalya Pənahova ilə əlaqə yaradıb, Flora Kərimovanın ismarıcına münasibət öyrənməyə çalışdıq. Mətbuata demək olar qapalı mövqe tutan Amalya Pənahova bu dəfə də ənənəsini pozmadı desək, səhv etmərik.

Belə ki, əvvəlcə telefonda bizimlə normal tərzdə danışan Amalya Pənahova "Flora Kərimova sizin ünvanınıza belə bir mesaj göndərib. Sizin mövqeyiniz maraqlıdır" sualını çılğın, emosional tərzdə cavablayaraq "Mən mətbuatın suallarını cavablandıran deyiləm. Ara vurmağa çalışıb qalmaqal yaratmaq mətbuatın köhnə peşəsidir.

Flora Kərimova mənim barəmdə yaxşı sözlərdən başqa nə danışa bilər ki? Bir də ki, o, kimdir ki, mənim sənətim barədə söz desin. Flora yalnız məni tərifləyə bilər" - söylədi.

Aktrisaya çatdırmağa çalışdıq ki, əslində heç də ünvanınıza xoş fikirlər səslənməyib. Aktrisa Flora Kərimovanın onun barəsində söylədiyini eşidən kimi "Mən bu sualınıza cavab verən deyiləm" deyərək telefonu üzümüzə bağladı.

Görünür, Amalya Pənahova ünvanına səslənən tənqidi qəbul edə bilmədi. Elə o üzdən də yenə mətbuata hörmətsizliyini nümayiş etdirməyə çalışdı.

Mənbə: Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4364   Tarix: 18 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar
.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Azərbaycanda cizgi filmlər niyə çəkilmir? - SƏBƏB

"2023-cü ildə 3 peşəkar film çəkilib. Bu isə çox azdır. Bu filmlər əsasən yerli və beynəlxalq festivallarda nümayiş olunub". Bu sözləri -a animator Rəşid Ağamalıyev deyib. O bildirb ki, milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədi ilə "Azərbaycan Animasiya Assosiasiyası"

24 yanvar
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Naxçıvanda nazir əvəzi idarə müdirini işdən çıxardı

Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub. "Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb. Əmrə əsasən, Babə

28 fevral
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel