Azərbaycandan Rusiyaya yumurta ixracı BAŞLADI - Ölkəmizdə qiymət ARTACAQ?

Azərbaycandan Rusiyaya yumurta ixracı BAŞLADI - Ölkəmizdə qiymət ARTACAQ?Bir neçə gün əvvəl Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta göndərilib. Adətən, ixrac olunan məhsulların yerli bazarda qiymətinin qalxması meyilləri bu dəfə də oxşar sual yaradıb: Azərbaycanın daxili bazarında yumurta bahalaşacaqmı?

Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli ölkədə gündəlik yumurta istehsalının 4 900 000 - 5 000 000 ədəd arasında dəyişdiyini diqqətə çatdırıb:

"Daxili tələbat isə 3 400 000 - 3 600 000 ədəd arasındadır. Biz gündəlik 1 300 000 ədəd yumurta ixrac edə bilirik. Bu günə qədər 10-a yaxın xarici ölkəyə bu məhsuldan ixrac etmişik və bu sahədə heç bir problemimiz yoxdur. Onların da əksəriyyəti Yaxın Şərq və Körfəz ölkələri, yəni Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digərləridir".

Onun sözlərinə görə, bu günə qədər Rusiyaya 1 500 000 ədədə yaxın yumurta ixrac olunub:

"Əgər artıq məhsulumuz qalarsa, bu prosesi davam etdirmək fikrindəyik. Bu baxımdan da daxili bazarda qiymət artımı olmayacaq. Ona görə ki, ölkədə rəqabətqabiliyyətli müəssisələrin sayı kifayət qədərdir. Onlar öz istehsallarını hər gün daha da artırırlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 617   Tarix: 22 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Taleh Yüzbəyov Rasim Balayevə "tərbiyəsiz" dedi

"İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib. xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib. O bildirib ki, səsləndirilən fikirlər

25 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır

Ölkənin ən varlı adamlarının sərvəti təxminən 350 milyard dollardır. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra rus oliqarxları artıq Qərbdə xoş qarşılanmayıb. -ın məlumatına görə, "Bloomberg" yazır ki, bəzi zəngin insanlar Qərbdə ailə vəsaitlərini qoruyub saxlamağın yollarını axtarır

13 may
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib

1 may
.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

28 aprel
.

Azərbaycanda bank sektoru aktivlərinin 27 %-ni likvid vəsaitlər təşkil edir

Azərbaycanda bank sektoru aktivlərinin 26,7 %-ni likvid vəsaitlərin təşkil etməsi sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olmasına imkan yaradır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2023-cü il üzrə Maliyyə sabitliyi hesabatı"nd

18 may
.

Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 % artıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 657 milyon 339,4 min manat təşkil edib. "Report" DVX-yə istinadən məlumat verir ki, dövlət büdcəsinə proqnozdan əlavə 954,2 milyon mana

11 may
.

Orta aylıq əməkhaqqı artıb

2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 748,9 min nəfər olub. Onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdl

14 may
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17 may