2024-cü il üçün BƏDBİN PROQNOZ – "Dünya iqtisadiyyatında çöküş olacaq"

2024-cü il üçün BƏDBİN PROQNOZ – "Dünya iqtisadiyyatında çöküş olacaq"Amerikalı tanınmış iqtisadçı Harri Dent 2024-cü ildə dünyada böyük iqtisadi böhranın yaşanacağını proqnozlaşdırıb. İqtisadçı "Dent Fox News Digital"a açıqlamasında 2024-cü il üçün iqtisadi proqnozlar səsləndirərkən deyib.

O bildirib ki, 2024-cü il həyatımızda görəcəyimiz ən ciddi çöküş ili olacaq.

Son əldə edilən imkanların investorların böyük hissəsində "mülayim tənəzzül" nikbinliyi yaratmasına baxmayaraq, Dent bunu "sabun köpüyü" adlandırıb və vurğulayıb ki, bu köpük 2024-cü ildə partlayacaq:

"Tarixən bazar qabarcıqları səhm qiymətlərinin sürətlə artması, sonra isə kəskin azalma ilə xarakterizə olunur. Bu qabarcıq əslində 2021-ci ilin sonlarında, COVİD pandemiyasından sonra şişməyə başlayıb və ilk əlamətlər 2022-ci ildə "Nasdaq"ın 38 faiz ucuzlaşmasında özünü göstərdi. Bu, S&P-də 86 faiz, NASDAQ-da isə 92 faiz çöküşdür. Kriptovalyutada isə bu, 96 faiz olacaq".

İqtisadçının bədbin proqnozu reallaşa bilərmi?

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Harri Dentin proqnozlarının o qədər də əsaslı olmadığı qənaətindədir:

"Əksər dünya iqtisadçı və mütəxəssisləri, düyna iqtisadiyyatını idarə edənlər 2024-cü il barədə ümumən nikbin danışırlar. Dünya artıq iki il bundan əvvəl başlayan kataklizmə uyğunlaşır. Rusiya Ukrayna müharibəsinin başlanması ilə dünyada ciddi iqtisadi kataklizm və böhranlar yaşandı. Artıq həmin dövrdən iki il keçib və proseslər eyni qaydada davam edir.

Bu mənada 2024-cü ilin dünya iqtisadiyyatının ciddi çöküş ili olacağını düşünmürəm. Yalnız hansısa ciddi siyasi kataklizm və siyasi böhranların yaşanacağı fonunda, proses dünya iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. Hazırkı vəziyyətə əsasən prosesləri analiz edəndə isə 2024-cü ilin ağır iqtisadi böhran ili olacağını gözləmirəm".

Mənbə: bizim.media


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 710   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 1,35 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib. "Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 42 % çoxdur. Hesabat dövründə Gürcüstanda

28 aprel
.

Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan "Tesla" və "İntel" şirkətlərinin səhmlərinə investisiya yatırıb. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan bildirilib. Məlumata görə, Dövlət Neft Fondu öz yatırımlarını İnvestisiya Siyasət

27 aprel
.

Azərbaycan Türkiyədən tütün alışını azaldıb

Bu ilin I rübündə Türkiyə Azərbaycana 8 milyon 135 min ABŞ dolları dəyərində tütün ixrac edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 % azdır. Təkcə martda isə Azərbaycan Türkiyədən 4 milyon 156 min ABŞ dolları dəyərind

28 aprel
.

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq. "Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdi

18 may
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

"Gələcəkdə işsizliyin sayı artacaq"- SƏBƏB NƏDİR? - Açıqlama

Ənənəvi mağazalardakı məhsulların qiymətləri ilə müqayisədə onlayn satış zamanı təqdim olunan məhsullar daha ucuzdur. Digər tərəfdən mağazaları gəzib, uyğun məhsulu tapmaq insanlara yorucu gəlir. onlayn ticarətin artması gələcəkdə işsizliyi artıra bilər?. Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov açıqlam

8 may
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"nın (OGDC) Rəhbər Komitəsinin sədri seçilib. xəbər verir ki, bu barədə SOCAR-ın "X" sosial şəbəkəsindəki hesabında bildirilir

17 may
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel