Moskvaya Yeni il səyahəti - FOTOLAR

Moskvaya Yeni il səyahəti - FOTOLAR2023-cü il dekabrın 15-dən 2024-cü il yanvarın 8-dək Rusiyanın paytaxtında ənənəvi "Milad bayramına səyahət" adlı festival keçirilir. Sehrli bayram atmosferi və unudulmaz emosiyalar bəxş etmək məqsədi daşıyan tədbir Moskva şəhərinin sakinlərinə və qonaqlarına bayram ab-havasına qərq olmağa imkan verəcək.

Bu il "Milad bayramına səyahət" festivalı 12-ci dəfə Moskva küçələrində Yeni il möcüzəsi atmosferi yaradacaq və bütün paytaxtı sehrə bürüyəcək. Festivalın təşkil edildiyi 36 meydançada ilin əsas qış bayramına həsr olunan çoxsaylı tədbirlər keçiriləcək. Tədbirlər ziyarətçiləri Moskvanın tarixi, məişəti və Yeni il ənənələri ilə tanış edəcək. Paytaxtın sakinləri və qonaqları boyar dövründən müasir dövrədək şəhərin keçmişinə və bu gününə heyrətamiz səyahətə çıxa biləcəklər.

Azərbaycandan gələn qonaqlar ənənəvi qış xalq əyləncələri ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Festivalın ziyarətçiləri konkisürmə meydançalarında sürüşə və buz üzərində qeyri-adi diskotekalarda iştirak edə, körlinq oyununda güclərini sınaya və qar üzərində kirşə sürə biləcəklər. Festivalın təşkil edildiyi məkanlarda peşəkar aktyorların və fiqurlu konkisürənlərin iştirakı ilə 1500-dən çox heyranedici Yeni il tamaşası və buz şousu nümayiş olunacaq. Maraqlı ustad dərslərində isə festival iştirakçılarına hədiyyə bükmək, evi, Yeni il ağacını və Yeni il süfrəsini bəzəmək qaydası öyrədiləcək.

Festivalın balaca qonaqları üçün Şaxta baba, Qar qız və digər nağıl personajlarının iştirakı ilə Yeni il bayram şənliyi keçiriləcək. Şənlik uşaqların ən böyük arzularını reallaşdıracaq. Böyüklər və uşaqlar qar adamları hazırlayacaq, Yeni il maskaradında iştirak edəcək, karuseldə əylənəcək və "Sehrbazlar məktəbi" adlı ustad dərsində iştirak etməklə əsl bayram ab-havasına qərq olacaqlar.

Səyahətçilər "Moskva çay süfrəsi"ndə iştirak etmək və onun tarixi ilə tanış olmaq üçün unikal imkan əldə edəcəklər. Qonaqlar çay etiketi və qonaqpərvərlik qaydaları ilə tanış olacaq və Moskvanın müxtəlif dövrlərə aid tarixi ab-havasını hiss edə biləcəklər. Teatr meydanında təşkil ediləcək maraqlı teatr proqramı qonaqları keçmişə qaytaracaq və onlara ənənəvi isti un məmulatlarının və Moskva çay kupajlarının dadına baxmaq, çini qablar, mürəbbələr və digər ənənəvi suvenirlər almaq imkanı bəxş edəcək.

"Milad bayramına səyahət" festivalı paytaxt sakinlərinə və qonaqlara bayramın unudulmaz ab-havasına qərq olmağa, hər bir tədbirin keçirildiyi məkanda möcüzəni hiss etməyə, unudulmaz təəssüratlar və emosiyalar almağa imkan verəcək. Festival "Moskva mövsümləri" layihəsi çərçivəsində təşkil edilən çoxsaylı tədbirlərdən biridir. Festival müxtəlif ölkələrdən gələn turistlərə Rusiyanın mədəniyyəti və tarixi ilə tanış olmaq imkanı yaşadacaq.

Moskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLARMoskvaya Yeni il səyahəti - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 528   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskva-Tbilisi aviareyslərinin qiymətləri iki dəfə artıb

"Gürcüstan Hava Yolları"nın Moskva və Tiflis arasında birbaşa uçuşlarının qiymətləri iki dəfə artıb. Bu barədə Gürcüstan aviaşirkətindən məlumat verilib. "İndi Rusiyada çaxnaşma var, hamı bilet alıb dəyişdirir", - aviaşirkətdən bildiriblər. Onlar həmçinin qiymətlərin təxminən bi

24 iyun 2023
.

"Lufthansa"nın kapitanı Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

"Lufthansa" aviaşirkətinə məxsus Münhen-Tokio reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, buna səbəb təyyarədə olan sərnişini

5 noyabr 2023
.

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb

"Welcome back - Geridönüşünüz xoşdur" şüarı altında Papillon Hotels qonaqlarını unudulmaz təcrübələr və emosional anlar yaşamağa zəmanət verən unikal səyahətə dəvət edir. Papillon Hotels komanda heyəti hər bir qonağı hörmətlə qarşılayır və onları ailənin birhissəsi hesab edir. Otuz illik fəaliyyə

11 aprel
.

Turlar.az - bütün turizm elanları bir saytda

Azərbaycanda turizm elanlar platformasıdır. Hər gün yüzlərlə turizm şirkəti öz turizm elanlarını saytında yerləşdirir. Saytda turizm sahəsinə aid bütün elanlar tapmaq mümkündür. Xarici Turlar , Daxili turlar, Avia biletlər, Viza dəstəyi , Hotel və kortec sifarişləri, Rent a cars avtomobil icarəsi v

31 oktyabr 2023
.

2023-cü ildə dünyanın ən nüfuzlu şəhərləri AÇIQLANDI

Ekspertlər 2023-cü ilin ən nüfuzlu dünya şəhərlərinə həsr olunmuş reytinq tərtib ediblər. Dünyanın ən nüfuzlu şəhərlərinin yekun siyahısına 48 nömrə daxil edilib. xəbər verir ki, bu barədə "Global Power City Index" məlumat yayıb. Araşdırma zamanı ekspertlərin fikrincə, planetin ən nüfuzlu ola

25 dekabr 2023
.

Litva Ukraynaya əlavə zirehli texnika və döyüş sursatları göndərəcək

Litva Ukraynaya əlavə olaraq zirehli texnika, döyüş sursatları və pilotsuz uçuş aparatlarına qarşı texnika təhvil verəcək. Bunu Litva prezidenti Qitanas Nauseda polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında deyib. "İki illik müharibə ərzində biz Ukraynanı intensiv surətdə silahla təmi

22 yanvar
.

Bakıdan Bişkekə ilk təyyarə reysi baş tutub - FOTO

"Azərbaycan Hava Yolları"nın Bakıdan Bişkekə ilk reysi baş tutub. Bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, təyyarəmiz Bişkek hava limanında xüsusi təntənə ilə qarşılanıb. Qeyd edək ki, Bakı-Bişkek reysi hər şənbə günü baş tutacaq

23 iyul 2023
.

Martda bayram günlərini Azərbaycanda və xarici ölkələrdə keçirmək neçəyə başa gəlir? - ARAŞDIRMA + VİDEO

Novruz bayramı tətilinə sayılı günlər qalıb. -ın məlumatına görə, bayramla əlaqədar ardıcıl yeddi gün qeyri-iş günü olacaq. İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb. Tətili bölgələrdə keçirmək istəyənlər indidən yerləri rezerv ediblər. Turizm şirkətinin nümayəndəs

19 fevral
.

Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub. Bu barədə CNN polisə istinadən məlumat yayıb. Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır. CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəl

19 noyabr 2023